İBTİDAİ TƏHSİLDƏ TƏLİM KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİNİN DİDAKTİK ƏSASLARI

Gülşən Mehdizadə,
ADPU–nun Elmi Tədqiqat Mərkəzinin
Böyük elmi işçisi,
Pedaqoqika üzrə fəlsəfə doktoru
Müasir dövrdə təhsilin əsas vəzifəsi vətəndaş cəmiyyətində yaşayacaq kamil insanın formalaşdırılmasının vasitə və yollarını müəyyənləşdirməyə, onun yüksək mənəvi ideyalar və dəyərlərə yiyələnməyə, insan həyatının mənasını anlamağa və dərk etməyə, öz şəxsi həyatında daim yeni nailiyyətlər əldə etməsi üçün səy göstərməyə hazırlamaqdır. Bu tələblərə cavab verən insan, ilk növbədə, milli-mənəvi dəyərlər əsasında tərbiyə almalı, səriştəli müətxəssis (müəllim, təhsilverən) səviyyəsində bilik və bacarıqlara yiyələnməlidir.
Təhsil sistemində islahatlar, modernləşmə elə aparılmalıdır ki, bütün təhsilvermə və təhsilalma mərhələləri və tsikilləri (yəni nəzəri biliklərin verilməsi praktikı bacarıqların formalaşdırılması və qazanılmış bilik və bacarıqların tətbiqi) vahid bir sistem kimi bir-birilə sıx bağlansın, qarşıya qoyulmuş məqsədin təmin olunması üçün, qloballaşan dünyamızda yaranmış problemlərdən baş çıxaran, universal elmi dünyagörüşə malik, elmlərin son nailiyyətlərinə bələd olan, müasir təfəkkürlü gənclərin hazırlanmasını tələb edir.
XXI əsrdə pedaqoji, psixoloji, fəlsəfi və metodiki yanaşmaların əsasını “Təhsilalanlara nəyi isə ətraflı öyrətmək deyil, öyrənməyi öyrətmək”, insan özünü tez-tez refleksiya etməklə, imkanlarını müəyyənləşdirsin, yeniliyin xüsusiyyətlərini anlamağa çalışsın, effektiv şəkildə kommunikativ və koopereativ əlaqələr qursun. Təhsil sisitemi kifayət dərəcədə novator xarakterli, cevik və yaradıcı keyfiyyətlərə malik olmağı tələb edir. Elmin, təhsilin və texnoloji tərəqqinin tez-tez dəyişdiyi indiki dövrdə ümumtəhsil verən məktəblər (bütövlükdə bütün təhsil müəssisələri) gənc nəslə yalnız bəşəriyyətin indiyədək topladığı bilikləri verməklə kifayətlənməməli, onların cəmiyyətin və ayrı-ayrı subyektlərin rastlaşacağı yeni problemləri həll etməyə hazırlamalı, rəqabətəqabil, kamil insanın, şəxsiyyətin, səriştəli təhsilverənin formalaşmasına xidmət etməlidir.
Müasir dövrdə öyrənənin gələcəkdə elm və informasiya tutumlu cəmiyyətdə müvafiq yer tutması üçün tədris-təlim prosesində onlarda hansı kompetensiyaların formalaşdırılmasının qabaqcadan müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan əlverişli təlim texnologiyalarının formalaşmasında, inteqrativ xarakter kəsb edən tənqidi təfəkkürün inkişafında müstəsna rol oynayan fəal təlim metodlarından, yeni yanaşmalardan təhsil sistemində istifadə öz aktuallığı ilə seçilir. Araşdırmalar göstərir ki, əlverişli təlim texnologiyalarının formalaşmasında yeni yanaşmalar içərisində təhsildə səriştəli (kompetensiyalı) yanaşmanın xüsusi yeri vardır. Təhsildə səriştəlilik - şərəf, ləyaqət, məsuliyyət; mükəmməl bilik; aldığı biliyi həzm etmək, tətbiqini həyata keçirmək; bunu başqalarına çatdırmaq (ziyalı olmaq), belə fəaliyyətə mane olan əməllərə qarşı barışmaz mövqe tutmaq bacarıqlarını fomalaşdırır. Yüksək səviyyəli səriştəlilik, geniş bilik, bacarıq və vərdişlər toplusunun formalaşdırılmasında şəxsi, institusional və ictimai inkişafın əsas amili kimi, tədris-təlim prosesinin səmərəliliyinin yüksəldilməsinə imkan verən göstərici hesab edilməlidir.
Hazırda ibtidai siniflər üçün “İbtidai sinif müəllimliyi” ixtisası üzrə pedaqoji yönümlü ali təhsil müəssisələrində müəllim kadrları hazırlanır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda səriştəli müəllim hazırlığının təmin olunması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Məzmun standartları hazırlanarkən şagirdlərin idraki, informativ- kommunikativ və qeyri-iradi fəaliyyətlərinin əldə olunması, düşünmə, emosional və psixomotor bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulmalıdır. Dövlət Stratergiyasında göstərildiyi kimi, tədris-təlim prosesində yeni hazırlanacaq müəllimlər Təhsil Proqramlarında formalaşdırılması nəzərdə tutulmuş bilik və bacarıqların öyrənənlərdə həyata keçirilməsini təmin etməli və bu istiqamətdə fəaliyyətlər intensivləşdirilməlidirlər.
Təlimin məzmununu, metodlarını, forma və vasitələrinin təkmilləşdirilməsi üçün aşağıdakıları bilmək zəruridir:
- öyrənilən fənlərin materialın həcmi və mövzuların ardıcıllğı;
- dərslik və proqramların artıq yüklənməməsi, ikinci dərəcəli materialların çıxarılması;
- öyrənilən fənlərin əsas anlayışlarının və aparıcı ideyalarının dəqiq izah edilməsi;
e) hər fənn üzrə bilik, bacarıq və vərdişlərin optimal həcminin müəyyən edilməsi.
Vəzifələr bu problemlər üzrə kompleks didaktik tədqiqatların inkişafını tələb edir: tədris planının və məzmununun nəzəriyyəsinin, bilik, bacarıq və vərdişlərin seçilməsinin meyarlarını, fənlər üzrə dərsliklərin, tədris metodik komplekslərin hazırlanmasını, təlim prosesində şagirdlərin təlim və tərbiyəsinin didaktik əsaslarını, şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsini və s.
Keyfiyyət dedikdə söhbət pedaqoji problemlərə yeni baxışdan, yeni yanaşma tərzindən gedir. Təlim prosesinin hər bir subyekti (pedaqoqlar, şagirdlər, valideynlər, müdiriyyət) təhsilin keyfiyyətinin təmin olunmasında maraqlıdır.
Keyfiyyətin əldə olunması müxtəlif ziddiyyətli mənalar kəsb edir:
- valideynlər keyfiyyəti uşaqların fərdi inkişafı ilə əlaqələndirirlər;
- müəllim üçün keyfıyyət təlim materialları ilə təmin olunan tədris planının olmasıdır;
- şagirdlər üçün təhsilin keyfiyyəti məktəbdaxili mühitlə əlaqədardır;
- cəmiyyət üçün isə keyfiyyət təlim alanların dəyərləri ilə əlaqədardır ki, bu da onların vətəndaşlıq mövqeyində, peşə fəaliyyətinin humanist istiqamətləndirilməsində öz əksini tapır.
- yalnız test yolu ilə biliyin qiymətləndirilməsi keyfiyyət göstəricisi deyil;
- təhsil müəssisəsinin fəaliyyətinin bütün istiqamətlərini nəzərə alaraq, təhsilin keyfiyyətinin kompleks şəkildə qiymətləndirilməsi.
Müəllimin təhsil səviyyəsi ilə şagirdlərin mənimsədiyi biliklər arasında əlaqənin olması şübhəsizdir. Lakin onu da nəzərə almaq lazımdır ki, müəllimlər və təhsil müəssisələri təhsil sisteminin yalnız bir elementidir və şagirdlərin təlim müvəfəqiyyətinin asılı olduğu başqa elementlərlə müqayisədə o qədər də təsir gücünə malik deyil. Ona görə də təlimin keyfiyyətini müəyyən etmək üçün müəllimin fəaliyyətini qiymətləndirərkən ailənin və ya uşağın fərdi xüsusiyyətinin təlim müvəffəqiyyətlərinə daha çox təsir etdiyi nəzərə alınmalıdır. Keyfiyyət birdən birə yaranmır. Keyfiyyətin monitorinq vasitəsi ilə qarantı və idarə olunması, təlim prosesində bilik əldə edilməsi təlim prosesinin mərhələli müşahidəsi deməkdir ki, bu da öz növbəsində nəzəri cəhətdən keyfiyyətsiz təlim prosesinin qarşısını alır.
Bu anlayışları nəzərə alaraq keyfiyyətin monitorinq sisteminin aşağıdakı elementlərini onun tərkib hissələri kimi göstərmək olur.
- standartların müəyyən olunması;
- meyarların müəyyən olunması;
- dəlillərin yığılması və qiymətləndirilməsi;
- nəticənin qiymətləndirilməsi;
- müvafiq ölçülərin qəbul edilməsi;
- standartlara müvafiq qəbul edilmiş ölçülərin qiymətləndirilməsi.
Təhsilin qiymətləndirilməsi hər bir təhsil müəssisəsinin fəaliyyət prosesinin nəticəsinin qiymətləndirilməsi kimi şagirdlərin bilik və bacaırqlarının müşahidəsi ilə ölçülür.
Keyfiyyətin qiymətləndirilməsində bəzi psixoloji amillər də nəzərə alınır. Müəllimlərin şəxsi keyfiyyətləri (prinsipiallıq, məsuliyyət hissi). Bütün bunlar da biliyin yoxlanılmasına və qiymətləndirilməsinə müəyyən dərəcədə təsir edir.
Şagirdlərin biliyinin mənimsənilməsi prosesinin müşahidəsi aşağıdakı prinsiplərlə həyata keçirilir:
- obyektivlik;
- sistemlilik;
- aşkarlıq.
Sistemlilik prinsipi yoxlamaya kompleks yanaşmağı tələb edir. Müşahidənin və qiymətləndirmənin forma, metod və vasitələri bir yerdə və qarşılıqlı istifadə olunur.
Aşkarlıq prinsipi həmin meyarlar üzrə açıq sınaqların keçirilməsi ilə izah olunur. Aşkarlıq prinsipi qiymətlərin motivlərini və elan edilməsini tələb edir.
Bu prinsiplər didaktik prosesin, yəni biliklərin yenicə qavranılmasından başlayaraq təcrübəyə tətbiq olunana qədər diaqnoz müşahidəsinin istifadə olunmasını tələb edir.
Akademik M.Mehdizadə “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” adlı kitabında qeyd edir ki, təlim hər şeydən əvvəl, şagirdləri elmlərin əsasları ilə dərindən silahlandırmağa, əqli və praktik fəaliyyətləri üçün bilik, bacarıq və vərdişlərə yiyələnməyə xidmət edir. Bilik, bacarıq və vərdiş təhsilin əsas komponentləridir. İdrak fəallığı mövqeyini formalaşdırmaq əslində təlim prosesində ilk növbədə dərsdə və dərs vasitəsi ilə təmin edilir. Müasir dərs ənənəvi dərsə nisbətən həm məzmun, həm vəzifələr, həm metod və priyom, həm də vasitələrlə çox-çox zəngindir, təşkili və keçirilməsi cəhətdən xeyli mürəkkəbdir. O müəllimdəıı yalnız mükəmməl hazırlıq, pedaqoji məharət deyil, həm də gərgin, yaradıcı iş tələb edir. Şagirdlər də fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Müasir dərsdə ənənəvi dərsdən fərqli olaraq izahlı-reproduktiv təlim forması, proqramlaşdırılmış təlim, təlimin alqoritmləşdirilməsi, problemli təlim, differensial təlim tipləri tətbiq edilir. Müasir dərs daha sonra onunla səciyyələnir ki, adi təlim kabinetləri, cihaz və əyani vasitələrdən başqa, həm də təlimin müasir texnikı vasitələri geniş planda tətbiq edilir.
Təlimin keyfiyyətinin yüksəldilməsi bu proseslə geniş sosial proseslər arasında ümumi, xüsusi və zəruri əlaqələr yaradan qanunauyğunluqlara tabedir. Pedaqoji ədəbiyyatda bu məsələyə müxtəlif yanaşmalar vardır. Ə.X.Paşayev və F.A.Rüstəmov qeyd edirlər ki, qanunauyğunluqlar didaktik proseslərin obyektiv inkişafının ümumi mənzərəsini başa düşməklə müəllimə kömək edir, lakin həmin qanunauyğunluqlarda praktik fəaliyyət üçün bilavasitə göstəriş olmur. Onlar praktik fəaliyyətin texnologiyasını işləyib hazırlamaq və təkmilləşdirmək üçün nəzəri əsasdır. Təlim işini qurmaq üçün zəruri olan göstərişlərə pedaqoji ədəbiyyatda didaktik prinsip və qaydalar adı verilmişdir. Beləliklə, müəlliflər təlim prosesinin qanauyğunluqlarını və prinsiplərinin təsnifatını ayrı verirlər. Bunu təlimin keyfiyyətinin yüksəldilməsinə də şamil etmək olar.
Təlimin keyfiyyətinin yüksəldilməsinin didaktik əsaslarından biri də metodların düzgün istifadə olunmasıdır. Metod təlim prosesində müəllimin öz məqsədinə nail olması üçün şagirdlərlə nizama salınmış fəaliyyətidir. Metodlardan düzgün istifadə olunması şagirdlərin idrak fəaliyyətini inkişaf etdirir.
Təlim prosesində idrak fəaliyyətini təmin edən metod və priyomlara problem situasiyalarının yaranmasını, idraki məsələlərin qoyuluşunu, faktların təhlilini, nəzəri nəticələrin, qaydaların və anlayışların müstəqil formalaşdırılmasnı aid etmək olar Təlim prosesində yalnız yeni biliklər, qanunauyğunluqlar deyil, həm də yeni iş tərzi, idrakı inkişaf etdirən üsullar yaransın. İdrak qabiliyyətlərinin inkişafında mübahisənin, özünütənqidin, müstəqil fikir yürütmənin böyük əhəmiyyəti vardır.
Dərslərin didaktik əsaslarla keçirilməsi prosesində standart olmayan innovasion formalar da öz yerini tapır. Bunlara dərs- seminarları, dərs-konfransları, inteqrasiya dərsləri, oyun metodları ilə istifadə olunan dərsləri aid etmək olar.
Təhsilin ümumbəşəri mövqedən yeniləşdirilməsi və şagird şəxsiyyətinin formalaşdırılması prosesində hər hansı bir ölkənin təhsil sisteminin təcrübəsindən istifadə edilərkən onun bizim xalqın milli xüsusiyyətlərinə uyğun gəlməsinə, milli mənlik şüurunun formalaşmasına mane olmaması tədqiqatçıların, metodistlərin və müəllimlərin daim diqqət mərkəzində olmalıdır. Ölkəmizin demokratiya, müstəqillik yolunu tutduğu, respublikamızda təhsil konsepsiyasının, təhsil sahəsində islahat proqramının tətbiq olunduğu bir vaxtda ümumtəhsil məktəblərində müasir təlim metodları ilə təlim prosesini zənginləşdirməsi əhəmiyyətlidir.
DIDACTIC FOUNDATIONS FOR IMPROVING THE QUALITY OF INSTRUCTION IN PRIMARY EDUCATION
Gulshan Mehdizade
ADPU – Senior Researcher at the
Scientific Research Center,
PhD in Pedagogy
In the modern era, the main task of education is to determine the means and ways of developing a well-rounded person who will live in civil society, to prepare that person to acquire high moral ideas and values, to understand and comprehend the meaning of human life, and to strive continuously for new achievements in personal life. A person who meets these requirements must, first of all, be educated on the basis of national and moral values and acquire knowledge and skills at the level of a competent specialist (teacher and educator).
Reforms and modernization in the education system should be carried out in such a way that all stages and cycles of teaching and learning—that is, the provision of theoretical knowledge, the formation of practical skills, and the application of acquired knowledge and skills—are closely interconnected as a unified system. This requires preparing young people with a universal scientific outlook, knowledge of the latest achievements of science, and modern thinking, capable of dealing with the problems arising in our globalizing world.
In the 21st century, the foundation of pedagogical, psychological, philosophical, and methodological approaches is not “teaching learners something in detail,” but “teaching them how to learn.” A person should regularly reflect on themselves, determine their abilities, try to understand the characteristics of innovation, and establish effective communicative and cooperative relationships. The education system is required to possess sufficiently innovative, flexible, and creative qualities.
In the present period, when science, education, and technological progress are changing rapidly, general education schools—and all educational institutions as a whole—should not be limited to giving the younger generation only the knowledge accumulated by humanity so far. They should also prepare learners to solve new problems that society and individual subjects may encounter, and contribute to the development of competitive, well-rounded individuals and competent educators.
In order for learners to take an appropriate place in the future information- and knowledge-based society, it is particularly important to determine in advance which competencies should be developed in them during the teaching and learning process. From this perspective, the use of active learning methods and new approaches in the education system is especially relevant, as they play an exceptional role in developing effective learning technologies and critical thinking of an integrative nature. Research shows that among new approaches to developing effective learning technologies, the competency-based approach to education has a special place. Competence in education develops honor, dignity, responsibility; comprehensive knowledge; the ability to assimilate and apply acquired knowledge; the ability to communicate it to others (to be an intellectual); and the ability to take an uncompromising position against actions that hinder such activity. A high level of competence, as a combination of extensive knowledge, skills, and abilities, should be regarded as an indicator that enables improvement of the effectiveness of the teaching and learning process and serves as a major factor in personal, institutional, and social development.
At present, teacher training for primary grades is carried out in pedagogically oriented higher education institutions under the specialty “Primary School Teaching.” The State Strategy for the Development of Education in the Republic of Azerbaijan identifies ensuring the preparation of competent teachers as a major objective. When developing content standards, provision should be made for learners to acquire cognitive, informational-communicative, and voluntary activity skills, as well as to develop thinking, emotional, and psychomotor abilities. The new teachers to be prepared within the teaching and learning process, as stated in the State Strategy, must ensure the implementation of the knowledge and skills envisaged in the Education Programs among learners, and activities in this direction should be intensified.
To improve the content, methods, forms, and means of instruction, it is necessary to know the following:
a) the volume of the material of the subjects being studied and the sequence of topics;
b) avoiding overloading textbooks and curricula and removing secondary materials;
c) clearly explaining the basic concepts and leading ideas of the subjects being studied;
d) reflecting innovations achieved in practice and science in curricula and textbooks and ensuring students’ preparation for independent life;
e) determining the optimal volume of knowledge, skills, and abilities for each subject.
These tasks require the development of comprehensive didactic research on such problems as the theory of the curriculum and its content; criteria for selecting knowledge, skills, and abilities; preparation of textbooks and teaching-methodological complexes for subjects; didactic foundations of students’ instruction and upbringing in the learning process; assessment of students’ level of knowledge; and other related issues.
When we speak of quality, we mean a new view of pedagogical problems and a new approach to them. Every subject of the educational process—teachers, students, parents, and administration—is interested in ensuring the quality of education. The achievement of quality may have different meanings:
- parents associate quality with the individual development of children;
- for teachers, quality means having a curriculum supported by teaching materials;
- for students, the quality of education is associated with the school environment;
- for society, quality is associated with the values of learners, which are reflected in their civic position and the humanistic orientation of their professional activity.
The following provisions are emphasized in assessing quality:
- assessment of knowledge only through tests is not an indicator of quality;
- the quality of education should be assessed comprehensively, taking into account all areas of the educational institution’s activity.
How should the learning process be organized so that it satisfies the subjects mentioned above? The transition from many traditional methods of instruction to new forms—including the use of testing instead of entrance examinations for admission to higher education institutions, the intensive development of the non-state education system, and so on—has elevated the quality of instruction to the level of major state and public concerns.
There is undoubtedly a relationship between the teacher’s level of education and the knowledge acquired by students. However, it should also be taken into account that teachers and educational institutions are only one element of the education system and do not have as much influence as some other factors on which students’ learning success depends. Therefore, when evaluating a teacher’s activity in determining the quality of instruction, it should be considered that the family and the individual characteristics of the child may have a greater influence on learning success. Quality does not arise suddenly. Ensuring and managing quality through monitoring, and observing the acquisition of knowledge during the learning process, means the systematic observation of the stages of the educational process, which in turn theoretically prevents a low-quality learning process.
Taking these concepts into account, the following elements can be identified as components of the quality monitoring system:
- establishing standards;
- establishing criteria;
- collecting and evaluating evidence;
- evaluating the results;
- adopting appropriate measures;
- evaluating the measures adopted in accordance with the standards.
Monitoring the quality of education is conducted directly within the educational institution (self-attestation, internal monitoring) or by state authorities (external monitoring).
Assessment of education, as the evaluation of the results of each educational institution’s activity, is measured through observation of students’ knowledge and skills.
Certain psychological factors are also taken into account when assessing quality, including teachers’ personal qualities (principledness and sense of responsibility). All these factors also influence, to a certain degree, the assessment and evaluation of knowledge.
Observation of the process of students’ acquisition of knowledge is carried out according to the following principles:
- objectivity;
- systematicity;
- transparency.
The principle of objectivity is explained by the scientific justification of control tasks, questions, the teacher’s attitude toward students, and the content of instruction.
The principle of systematicity requires a comprehensive approach to assessment. The forms, methods, and means of observation and evaluation are used together and in mutual interaction.
The principle of transparency is explained by conducting open assessments according to established criteria. It requires that the reasons for grades be made clear and that grades be announced openly.
These principles require the use of diagnostic observation throughout the didactic process, beginning with the initial perception of knowledge and continuing through its application in practice.
Academician M. Mehdizade, in his book “Ways of Improving the Teaching and Educational Process in General Education Schools,” notes that instruction, above all, serves to equip students deeply with the foundations of the sciences and to help them acquire the knowledge, skills, and abilities necessary for intellectual and practical activity. Knowledge, skills, and abilities are the main components of education. The formation of a position of cognitive activity is primarily ensured in the learning process, especially through the lesson itself. Compared with the traditional lesson, the modern lesson is much richer in content, objectives, methods and techniques, and instructional means; it is also considerably more complex in terms of organization and implementation. It requires not only thorough preparation and pedagogical mastery from the teacher, but also intensive and creative work. Students are also required to be active.
Unlike the traditional lesson, the modern lesson applies explanatory-reproductive forms of instruction, programmed learning, algorithmization of learning, problem-based learning, and differentiated types of instruction. The modern lesson is also characterized by the broad use of modern technical teaching aids in addition to ordinary classrooms, equipment, and visual materials.
Improving the quality of instruction is governed by regularities that establish general, specific, and necessary relationships between this process and broad social processes. There are different approaches to this issue in pedagogical literature. A. Kh. Pashayev and F. A. Rustamov note that regularities help teachers understand the general picture of the objective development of didactic processes, but these regularities do not provide direct instructions for practical activity. They constitute a theoretical basis for developing and improving the technology of practical activity. The instructions necessary for organizing instructional work are referred to in pedagogical literature as didactic principles and rules. Thus, the authors distinguish separately between the classification of regularities and principles of the learning process. The same approach can be applied to improving the quality of instruction.
One of the didactic foundations for improving the quality of instruction is the correct use of methods. A method is an organized activity of the teacher with students in the learning process aimed at achieving the teacher’s objective. Proper use of methods develops students’ cognitive activity.
Methods and techniques that ensure cognitive activity in the learning process include creating problem situations, posing cognitive tasks, analyzing facts, and independently formulating theoretical conclusions, rules, and concepts. The learning process should develop not only new knowledge and regularities, but also new ways of working and methods that promote cognitive development. Debate, self-criticism, and independent reasoning are of great importance in developing cognitive abilities.
In conducting lessons on a didactic basis, non-standard innovative forms also have their place. These include lesson-seminars, lesson-conferences, integrated lessons, and lessons using game-based methods.
When renewing education from a universal human perspective and developing the student’s personality, researchers, methodologists, and teachers should constantly pay attention to ensuring that the experience of any country’s education system, when used, is compatible with the national characteristics of our people and does not hinder the formation of national self-awareness. At a time when our country has chosen the path of democracy and independence and educational concepts and reform programs are being implemented in the Republic, enriching the learning process in general education schools with modern teaching methods is of great importance.
Tarix: Bu gün, 14:15
Xəbəri paylaş
