Ekoloji tarazlığın qorunması günün tələbidir

Respublikanın Əməkdar müəllimi
BEA-nın “Tibbi Biologiya və Ekologiya”
Departamentinin Elmi katibi
Təmiz ekoloji mühit - sağlam həyat
Yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir. Təbiətin qorunması, flora və faunanın, ətraf mühitin, təbii ehtiyatların mühafizəsi və bərpası hər zaman öz aktuallığını qoruyur. Günəş, su, hava, səma, bütün canlılar və insanın özü də təbiətin bir hissəsidir. Bizi əhatə edən təbiəti, ətraf mühiti, təbii ehtiyatları qorumaqla gələcək nəsillərə ötürə bilərik. Ona görə də bu məsələ ölkədə davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, mühafizəsinin təkmilləşdirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqilliyin bərpasından sonra ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və Prezident İlham Əliyevin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması, “2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması bunun bariz nümunəsdir. Təbiətin qorunması, flora və faunanın, ətraf mühitin, təbii ehtiyatların mühafizəsi və bərpası hər zaman öz aktuallığını qoruyur.

Beynəlxalq Ekoenergetika Akademiyası
Beynəlxalq Ekoenergetika Akademiyası Azərbaycanda fəaliyyət göstərən elmi–tədqiqat və innovasiya yönümlü qurum olmaqla əsasən alternativ enerji, ekologiya və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərir. Akademiya həm elmi, həm də ictimai səviyyədə ekoenergetika sahəsinin inkişafına ciddi töhfə verən nüfuzlu qurumlardan biridir. Beynəlxalq Ekoenergetika Akademiyası fəaliyyətinin əsas istiqamətləri:
- Ekoloji cəhətdən təmiz bərpa olunan enerji mənbələrinin istifadəsi və enerji səmərəliliyi sahəsində elmi tədqiqat işlərinin aparılması və tətbiqi;
- Xəzər regionunun dayanıqlı inkişafına nail olmaq məqsədilə dənizdəki neft yataqlarının işlənməsinin Xəzərin flora və faunasına təsirinin öyrənilməsi və ekoloji monitorinqi;
- Antropogen amillıərin təsiri nəticəsində atmosfer havasının, su və torpaq ehtiyatlarının çirklənməsi ilə bağlı problemlərin tədqiqi;
- Əlaqədar dövlət təşkilatları ilə birlikdə müasir ekoloji standartların işlənməsi və tətbiqi;
- Dayanıqlı inkişaf və global ekoloji tarazlığa nail olmaq sahəsində müasir ideyaların müzakirəsi və yayılması məqsədilə milli və beynəlxalq təşkilatların iştirakı ilə konfrans, seminar və təlim kurslarının təşkili;
- Xarici elm mərkəzlərinin və universitetlərin cəlb olunması ilə birgə təhsil proqramlarının işlənib həyata keçirilməsi;
- Yerli və xarici şirkətlərin, elmi qurumların və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə enerji təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə regional və beynəlxalq layihələrin yerinə yetirilməsi.

Beynəlxalq Ekoenergetika Akademiyası prezdenti texnika elmləri doktoru, Oksford Akademiyasının professoru Fəqan Qənbər oğlu Əliyev 1969-cu ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Moskvada aspirantura üzrə Fizika və İnşaat İnstitutunu bitirdikdən sonra 1977-ci ildə elmlər namizədliyi və 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Binaların enerji idarəetmə və nəzarət sisteminin problemləri, inkişaf və alternativ enerji texnologiyasının həyata keçirilməsi sahəsində tədqiqatlar ilə məşğul olmuşdur. Fəqan Əliyev Azərbaycan, ABŞ, Finlandiya, Böyük Britaniya, Rusiyada nəşr edilən, elmi-populyar jurnalların baş redaktoru, “Enerji, Ekologiya, İqtisadiyyat“, “Ekoenergetika”, “Riyyaziyat və Kainat“ elmi jurnalarının, çoxsaylı sənədlərin, ixtira, dərslik və monoqrafiyanın, müəllifidir. Fəqan Əliyev 1990-cı ildə “Günəş“ və 1994-cü ildə Beynəlxalq Ekoenergetika Akademiyasının əsasını qoymuşdur. Hal-hazırda Beynəlxalq Akademiyasının prezidenti, professor Fəqan Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya“ kafedrasının müdiridir. O, binalarda səmərəli enerji və bərpa olunan enerji texnologiyaları, ətraf mühitin risk qiymətləndirilməsi və radiasiya təhlükəsizliyi və s. tətbiqi üzrə mühazirə və inkişaf kursları keçir.
Professor Fəqan Əliyevin fəaliyyəti ekosistem müdafiəsi və müxtəlif binaların və strukturların radiasiya təhlükəsizliyidir. Bura xüsusən sənaye inkişafının ekoloji problemləri və neft-qaz əməliyyatları daxildir. BEA-nın xətti ilə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Finlandiya, Türkiyə, İran, Rusiya, Pakistan və başqa MDB ölkələrində konfranslar keçirilmişdir. Azərbaycan və xarici alimlərin iştirakl ilə 15 Beynəlxalq Bakı Konqresi təşkil edilmişdir.

İndi yaşıl enerji, bərpa olunan enerji, alternativ enerji kimi ifadələrə rast gəlinir,başqa sözlə bərpa olunan enerji ifadəsi işlədilir. Günəş alternativ ola bilməz. Həyatımız günəşlə bağlıdır. Nef,daşkömür bunlar sonradan əmələ gəlib. Sadaladıqlarımız alternativ ola bilər. Fəqan müəllim elmi işlərimdə şəhərsalmada, memarlıqda, bina tikintisində, inşaat materiallarında günəş enerjisinin rolunu göstərmişdir. Biz Günəş sistemində yaşayırıq. Yer kürəsində 2 cərəyan ayrılır. Biri saat əqrəbinin istiqamətində, digəri saat əqrəbinin əksi istiqamətində. Bu suda da, havada da eyni şəkildə gedir. Cərəyanların hərəkətində dənizdə gedən dalğalar dənizin təmizliyini aparır, külək isə hava atmosferini təmizləyir. Və bununla da həyat belə davam edir. Enerjinin alınması məsləsində isə günəşdən alınan enerjini çox təəssüf ki, ekvatora yaxın ölkələr yaxşı istifadə edə bilmirlər. F.Əliyev tərəfindən Azərbaycanda günəş enerjisindən istifadənin qanunvericiliyi, bərpa olunan enerjinin effektivliyinin qanunvericiliyi yaradılmışdır. Dövlət başçısının tapşırığı ilə Xınalıqda hibrid sistemi işlənilmişdir. Xınalıq dəniz səviyyəsindən 2300-2400 metr hündürlükdədir. Hibrid sistem daha yaxşı, daha rahatdır. Hidrogenlə bütün bitki yağları təmizlənir. Qarabağda yaşıl enerji zonasının və eləcə də bərpa olunan enerjidən istifadə potensialı çox böyükdür. Orada hər cür imkanlar mövcuddur; günəş, külək, biokütlə, bioqaz, kiçik çaylar kimi bütün imkanlar var. Bu barədə bir neçə silsilə layihələr işləmişdır. Qarabağda günəş enerjisindən istifadənin diaqramları da artıq qurulub. Laçın, Şuşa, Ağdam və Kəlbəcərdə günəşdən necə istifadə etmək, kiçik çaylardan necə istifadə edib su elektrik stansiyaları qurmaqla bağlı layihələri öz icrasını gözləyir. Dünyada tullantı əmsalı hədsiz şəkildə çoxalmaqdadır.
Beynəlxalq Ekoenergetika Akademiyası eyni zamanda bərpaolunan enerjinin istifadəsi və ətraf mühitin qorunması sahəsində də fəaliyyət göstərir. Akademiyanın işinə dövlət əhəmiyyətli sosial, elmi lahiyələr, qalvanik laboratoriya fəaliyyəti daxildir.
Beynəlxalq Ekoenergetika Akademiyası:
-Azərbaycanda yaşıl enerji siyasətinin elmi əsaslarının formalaşmasına töhfə verir;
-Ekoloji problemlərin həllinə yönəlmiş innovativ yanaşmalar təqdim edir;
-Enerji təhlükəsizliyi və davamlı inkişaf sahəsində mühüm elmi platforma rolunu oynayır.

Beynəlxalq Ekoenergetika Akademiyası nəzdində yeni yaradılmış Tibbi biologiya və Ekologiya Departamentin direktoru Oksford Akademiyasının akademiki, “Alternativ Psixologiya” elminin müəllifi, Tibbi biologiya üzrə elmlər doktoru, professor, Oksford Akademiyasında fəaliyyət göstərən “Alternativ Psixologiya” Departamentinin rəhbəri Yaşar Saday oğlu İbadovdur. Tibbi Biologiya və Ekologiya Departamenti – həyat elmlərinin kəsişməsində yerləşən, insan sağlamlığı, biomüxtəliflik,ekosistemlərin qorunması və biomühitdəki dəyişikliklərin orqanizmlərə təsirini öyrənən multidissiplinar bir struktur bölmədir. Departament həm tədris, həm tədqiqat, həm də ictimai maarifləndirmə sahələrində fəaliyyət göstərir. Departament xətti ilə mövcud ekoloji promlemlərin həlli istiqamətində “Alternativ Psixologiya” elmin metodologiyasının praktiq tətbiqinə həsr olunmuş:
-Tibb və Təhsildə Birgə İnteqrasiya”, Ekologiyanın psixologiya elmi ilə qarşılıq əlaqəsi”;
- “İnsan və mühit: sağlam gələcəyin açarıdır”;
- “Alternativ Psixologiya elminin insanların tibbi-psixoloji sağlamlığının qorunmasında dünya təbabətinə gətirdiyi elmi yeniliklər;
- “İnsan və mühit: sağlam gələcəyin açarıdır”;
-“Erkən Uşaq inkişafında Alternativ Psixologiya elminin metodlarının tətbiqi və əhəmiyyəti”,
- “Sağlam gənclik, Sağlam gələcək” mövzularında konfraslar, "dəyirmi masa"lar, görüşlər keçirilmişdir.
“Elm İnsanların sağlamlığına xidmət edir” mövzusunda keçirilən Beynəlxalq konfransların əsas qayəsi - İnsana özü-özünün xilaskarı onluğunu anlatmaq, onun mənəvi cəhətdən zəngin, dəyərli bir şəxsiyyət kimi formalaşmasına kömək etmək, sağlam gənc nəslin formalaşdırılması, onların ekoloji biliklərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da təbiətlə bağlıdır. Dünyamızın sabahı və gələcəyi biz insanlarla bizi əhatə edən təbiətin vəhdətindən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu tarazlıq pozularsa nələr baş verdiyini düşünmək gərəkdir. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq. Təbiət həm də bizim həyatımızı zinətləndirir. O, bizə böyük sevinc bəxş edir. Yer kürəsində ekoloji tarazlığın pozulması ilə əlaqədar baş verən fəlakətin aradan qaldıırılması məqsədi ilə kainatın ən xeyirhaqq insanlarının birgə fəaliyyətə səsləyirik! Gəlin birlikdə dünyamızı, doğmalarımızı, sağlamlığımızı Qoruyaq!
Tarix: Bu gün, 18:27
