Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yeni kitab: “Təlim prosesində pedaqoji yönümlü tədqiqatçılıq qabiliyyətinin inkişafı”



“Müəllim” nəşriyyatı tərəfindən Ləzifə Qasımova, Vaqif Mahmudov, Arzu Kərimova, Zenfira Seyidova, Xalid Seyidov, Könül Xəlilova və Natəvan Daşdəmirovanın həmmüəllifliyi ilə müəllim və tələbələr üçün nəzərdə tutulmuş “Təlim prosesində pedaqoji yönümlü tədqiqatçılıq qabiliyyətinin inkişafı” adlı beş bölmədən ibarət A5 formatlı 230 səhifəlik yeni metodik vəsait nəşr olunmuşdur.
 (Bakı: Müəllim, 2025).

  Vəsaitdə 1-ci və 2-ci bölmələri əhatə edən tədqiqatçılıq işi və tədqiqat metodları, sosial işdə tədqiqatlar və tədqiqat metodları haqqında xeyli nəzəri və paktik məlumatlar vеrilmişdir. Vəsaitin 3-cü və 4-cü bölmələrində təhsilalanların tədqiqatçılıq qabiliyyətlərinin inkişafına dair pedaqoji yönümlü təqdimatlar yerləşdirilmişdir.

  Metodik vəsaitdə ali məktəblərdə tələbələrin, ümumtəhsil tədris müəssisələrində isə şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsinin daha da təkmilləşdirilməsi üçün müxtəlif yollar, vasitələr, metodlar və pedaqoji tədbirlər haqqında geniş məlumat toplanmışdır.
  Vəsaitin 5-ci bölməsində isə elm, texnika və tədqiqatçılıqla bağlı maraqlı məlumatlar öz əksini tapmışdır.

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının 02 dekabr 2024-cü il tarixli (protokol № 6) iclasının qərarı ilə metodik vəsaitin çap olunması məqsədəuyğun hesab edilmişdir.

 Vəsaitdən təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin elmi tədqiqat işləri aparan gənclər, o cümlədən magistr, disertant, aspirant və doktorantlar istifadə edə bilər.

 "Təhsil" jurnalı
14 fevral 2025-ci il


Tarix: 14-02-2025, 02:21

Xəbəri paylaş