ZƏFƏRİMİZ MÜBARƏK - yeni kitab
ZƏFƏRİMİZ MÜBARƏK - Əməkdar müəllim Zülfiyyə Vəliyevanın yeni kitabı bu addadır
II Qarabağ müharibəsindəki qələbəmizdən qürurlanan VƏTƏN SEVDALI Azərbaycan xanımının ürək döyüntüləri kitab səhifələrində bu kəlmələrdə sətirlənib: “Cənnətməkan Qarabağ torpaqlarının işğaldan azad edilməsi, sərhədlərimizin bərpası, torpaqlarımızın mənfur düşmən tapdağından təmizlənməsi yeni tarixin yazılması, xalqın, ordunun, güclü liderin birliyinin təntənəsidir!”
İlk təqdim olunan “Tarix yazan sərkərdə” adlı məqalədə Ali Baş Komandanın öz xalqı haqqında düşüncələri sətirlənib: “Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik”.Müəllif diqqəti bu kəlmələrin açıqlaması olan aşağıdakı fikrə istiqamətləndirir: “Dünya Azərbaycanın hərbi qüdrətinə, XXI əsrin müharibə taktikasına heyrət etdi”.
Və elə bu məqamdaca “Qarabağ müharibəsi xalqımız üçün nə deməkdir?” anlamını cavablandırılır: “Azərbaycan dövlətinin zəfər yürüşüdür,QayıdışınınbaşlanmasınınnəticəsidirQələbə!” ...“Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimizdüşmənincanlıqüvvəsinivətexnikasınıməhvedərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətən sevdalı Vətən oğulları xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu”.
Bu tarixi qələbədən qürurlanan Z.Vəliyeva xalqına cözaydınlığı verməyi də unutmur: “Gözün aydın, Azərbaycan dünyası,Azərbaycan bayrağı Qarabağda dalğalanir! Eşit dünya, Qarabağ Azərbaycandır! Bunu Ali Baş Komandan deyir, Azərbaycan xalqı, qüdrətliordumuzdeyir!... Gəncəmiz, Bərdəmiz,Tərtərimiz - bütöv Azərbaycan, gözlərin aydın, bayrağımız Şusada, Ağdərədə, Xocalıda, Xocavənddə, Xankəndidə dalğalanır!”
Müəllif “Qarabağ müharibəsi xalqımız üçün nə deməkdir?” sualını özünəməxsusu cavablandırır: “Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimizdüşmənincanlıqüvvəsinivətexnikasınıməhvedərək xalqımıza qələbə sevincini yaşatdı”.
***
Nəticə etibarı ilə kitabda iki istiqamət diqqət çəkir: 44 günlük Zəfər yürüşündən bəhs edən publisistika nümunələri və Qarabağ müharibəsi qəhrəmanlarının döyüş yolundan söz açanyazılar.
“Müstəqilliyimiz əbədidir, dönməzdir” yazısı ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu yöndəki fəaliyyətinə işıq salır.
Kitabda Qarabağ, Şuşa, Ağdam haqqında geniş informasiyalı yazılar da (“Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır”, “Mədəniyyətin mərkəzi, Qarabağın döyünən qəlbi Şuşa”, “Yanar çırağın heç zaman sönməsin, Ağdamım, Qarabağın ağ incisi, Qafqazın Xirosiması Ağdam”, “Ağdam, qaydışınmübarəkolsun!) yer alıb. Bu yazılarda oxucu Şuşanın,Ağdamın, bütövlükdə Qarabağın tarixi və özəllikləri, eləcə də “Şuşa Azərbaycan xalqı üçün niyə bu qədər əzizdir?” sualına cavab tapmaq imkanı əldə edir,
“Ordum var – yurdum var” kimi məzmunlu məqalələrdə 44 günlük Zəfər yürüşünün sirlərinə aydınlıq gətirilir, igid Azərbaycan oğullarından Milli qəhrəmanMübariz İbrahimovu,leytenant Əmrulla Əliyevi, Suqovuşan fatehi Babək Şəmdillini, döyüşçü Sərdar Rəsulovu, Sübhan Abdurahmanlını, Cəbrayıl Dövlətzadəni, Mirmusa Hüseynzadəni və Asim Camalzadəni şəhadət zirvəsinə ucaldan məqamlardan söhbət açılır.
Kitabda həmçinin döyüş yoluFüzuli, Qubadlı və Şuşa uğrunda əməliyyatlarda iştirakına görə və “Cəsur döyüşçü” medalları ilə dəyərləndirilən II Qarabağ müharibəsi veteranı kərbəlayi Fail İsgəndərovun və I Qarabağ müharibəsi veteranı usta Ceyhun Nuriyevin də döyüş yoluna işıq salınır.
Sonda təqdim olunan “Vətən və insan sevdalı Zülfiyyə xanım” yazısında oxucular kitabın müəllifi ilə tanış olmaq imkanı əldə edirlər.
KIMDIR ZÜLFİYYƏ ƏLSAAB QIZIVƏLIYEVA?
Göyçay şəhərində dogulub. BDU-nun Tarix fakültəsinin(qiyabi,1975-ci il) və Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunun İqtisadiyyat fakültəsinin (1996-cı il) məzunudur. 1971-1973-cü illərdə Göyçay şəhər 7 saylı orta məktəbində müəllim işləyib. 1973-1978-ci illərdə Göyçay rayon Komsomol Komitəsinin məktəblər üzrə katibi, II katibi, 1978-1996-cı illərdə Göyçay rayon 1 saylı orta məktəbində müəllim işləyib.1990-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq ğörülüb. 1998–2016-cı illərdə APKİA və YHİ-da metodist, Azərbaycan Müəllimlər İnstitutunda metodist, kabinet müdiri, “Təhsildə araşdırmalar və innovasiyalar” mərkəzində metodist işləyib. 2016-cı ildən “Pedaqoji təhsilin problemləri” elmi tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb. SSRİ Təhsil Nazirliyinin “Krupskaya medalı”na layiq görülüb. Akademik M.Mehdizadə mükafatı laureatı,“XXI əsrin tanınmış maarifçisi” beynəlxalq diplomçusu, “VEKTOR” Elmi Mərkəzi mükafat komissiyasının “Azərbaycanın tanınmış maarifçiləri” beynəlxalq layihəsinin qalibidir Elm və Təhsil Nazirliyinin ”Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi” layihəsi üzrə Milli məsləhətcisi olub. Çoxsaylı əsərlərin və elmi məqalələrin müəllifidir. Hazırda ADPU Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, ”Zəfər” İnformasiya Mərkəzinin-zefer.info.az saytının redaktorudur.
***
Məsuliyyətli, bağışlamağı bacaran
xarakter insan, səbr-hövsələ sahibi
Bu dörf cəhət Zülfiyyə xanımın kimliyinə açar sala biləcək keyfiyyətlərdir. İlk iki dəyərində Zülfiyyə xanım özünün kimliyii təsdiq edir, Sonuncularda isə... Sözünün əvvəli də-axırı da ünsiyyətdə olduğu, hətta heç tanımadıqlarına da tövsiyəsi budur ki, hər hansı çətinliyinizdə SƏNİ YARADANINDAN kömək dilə, mövqe göstərə biləcəyin hər hansı əməlində nəfsini-izzətini, abrını, ləyaqətini qoru.
Xanım üçün “xarakter insan” olmaq mümkünsiz dərəcədə çətindir. Sözünün sahibi, mövqeyində dəyişilməz, insanlar arasında həmişə səmimiyyət toxumları səpən, doğmalığa səy göstərən – bu gün cəmiyyətimiz bu qism insanlara ehtiyacdadır.
Ömür yolunu səhifələdikcə önündə qat-qat zəngin informasiya qalareyasıaçılır. Elə mövzu yoxdur ki, Zülfiyyə xanımın söz kəhkəşanında əksini tapmasın. Görüb-bildiyi, təmasda olduğu elə bir tədbir, hadisə, yaxud tarixin təqvim gününü xatırlamazsan ki, Zülfiyyə xanımın mövzu obyektinə düşməsin. Bu rəngarənglikdəbaşlıca yeri müəllim, müəllim sənəti, pedaqoji işə vurğunluq, vətən, torpaq məhəbbəti, vətənpərvərlik mövzuları tutur. Onun üçün həyatda ən müqəddəs “müəlim” və “insan” adı, ölçü vahidi - insana insanlıq münasibətidir.
Zülfiyyə xanım bu adların müqəddəsliyini qoruya bilmək imkanlarından həmişə qürur duyub. Deyir:
- Müəllim olmaq, bu adı layiqincə daşımaq şərəfdir, şərəfli olduğu qədər də məsuliyyətlidir, çətindir;
- Mənən pak, böyük ürək sahibi, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi ali sima, böyük nüfuz sahibidir müəllim. Bu sıralarda olmaq qürurvericidir. Gənc müəllimlərə tövsiyəm budur ki, daim yaradıcı, məsuliyyətli, Vətən sevdalı, azərbaycançılıq ideyalarına sadiq olsunlar;
- Müəllim gənclərə bilmədiklərini öyrədən elm saxlancı deyil, bu iş – kitabın işidir, bilmədiklərimizi kitabxanalarda tapmaq mümkündür, müəllim - ruhumuzan memarıdır;
- Allahın dəyər verdiyi insan öz əməli, xidməti, dürüstlüyü və xisləti ilə hörmət qazanır, özünü təsdiq edir.
Zülfiyyə xanımın həyat kredosu: - Təmənnasız yaxşılıq etmək, kimə isə əl tutmaq, hətta tanımadığın kəs olsa belə...
Zülfiyyə xanım ictimai auditoriyada da fəal ziyalı, mübariz “əsgərdir”. Yazmış olduğu çoxsaylı elmi əsərləri ilə, xalqımızı zəfərə aparan 44 gün boyunca duaları, çağırışları, ictimaiyyətə müraciətləri ilə bunu bir daha sübut etdi. Qələmə almış olduğu “Zəfərimiz mübarək” adlı kitabını böyük sevgi,ehtiramvə əzmləZəfərimizə borclu olduğumuz şəhid və qazilərimizin döyüş qəhrəmanlığını qələmə almaqla Vətən qarşısında “əsgəri” xidmətini ehtiva etmişdir! Vətəni sevmək imandan gəlir - Zülfiyyə xanım həyat devizi belədir.
***
Zülfiyyə Vəliyeva belə mənalı-məzmunlu ömür sahibidir.
Həyatda kimliyimizin təsdiqi üçün Zülfiyyə xanımdan görüb-götürməyiniz kifayər edər zənnimcə.
Ayətxan Ziyad (İsgəndərov),
Yazıçı-jurnalist, tədqiqatçı,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü
Tarix: 14-12-2024, 19:58