Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Respublikada iqtisadi kadr hazırlığı ilə məşğul olan ilk kollec - MALİYYƏ-İQTİSAD KOLLECİ – 90







XIX əsrin birinci dövründə ixtisaslı kadrlara ehtiyac var idi. Bu ehtiyacın ödənilməsi istiqamətində  ilk peşə-sənət məktəblərinin yaranması mərhələsi başlandı. Bu məqsədlə 1934-cü ildə Bakı şəhərinin mərkəzi küçələrindən birində, H.Z.Tağıyevin kontoru kimi tikdirdiyi iki mərtəbəli binada Xalq Təsərrüfatı Uçotu Texnikumu açıldı. Bu məktəb 1936-cı ildən Bakı Xalq Təsərrüfatı Uçotu Texnikumu adı ilə fəaliyyətini davam etdirdi.

1946-cı ildən Mərkəzi Statistika İdarəsi nəzdində Bakı Statistika Texnikumu adı ilə fəaliyyət göstərirdi. 1966-cı ildə təhsil ocağının adı dəyişdirildi. Maliyyə-Kredit Texnikumu adı altında uzun illər fəaliyyət göstərdi.

Təhsil müəssisəsi 1992-ci il mart ayının 3-də Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 119  saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırıldı. Nazirlər  Kabinetinin 2015-ci il 17  avqust tarixli 280 saylı qərarı ilə kollec Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırıldı.

Onu da qeyd edək ki,  bu tədris müəssisəsi respublikada orta ixtisaslı iqtisadçı kadrların hazırlanması ilə məşğul olan ilk kollecdir. 
Fəaliyyəti dövründə Kollecə aşağıdaki şəxslər rəhbərlik etmişdir: Saleh Səmədov (1934-1951), Soltan Ələkbərov (1951-1958), Səid Ağamirzəyev (1959-1966), Samid Adıgözəlov (1966-1969), Cəmşid Əmirov (1969-1972), Əhməd Məcidov (1972-1978), Almaz Adıgözəlova (1978-1983), Mais Bağırov (1983-1988), Mirdamət Sadıqov (1988-1999), Həmzə Ziyadov (1999-2017), Oruc Məmmədov (2018-2024).  3 iyun 2024-cü il tarixdən UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə Davud Rasim oğlu Davudov direktor təyin edilib. 

Fəaliyyəti ilə daima nümunə olan Azərbaycan Respublikası Elm və Təhsil  Nazirliyinin Azərbaycan  Dövlət  İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 18-25 oktyabr 2024-cü il tarixində “Orta ixtisas təhsil problemləri inkişaf yolu” mövzusunda Azərbaycan Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyinə həsr edilmiş Konfrans keçirilmişdir. Konfransda Təşkilat Komitəsinin üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov (sədr), Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tədris hissə müdiri Könül Xəlilova (sədr müavini), Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecinin Maliyyə və Mühasibat fənni birləşmə komissiyasının sədri Nailə Mahmudova, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecinin İqtisadiyyat və İdarəetmə fənn birləşmə komissiyasının sədri Mehriban Aslanova, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin Humanitar və Sosial fənn birləşmə komissiyasının sədri Mahal Zeynalova, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin Ümumtəhsil fənn birləşmə komissiyasının sədri Mehriban Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin Dillər fənn birləşmə komissiyasının sədri Kətanə Ələkbərova olmuşdur.
Göründüyü kimi, Maliyyə-İqtisadi Kollecində beş Fənn Birləşmə  Komissiyası fəaliyyət göstərir. Bu FBK-lar ayrı-ayrılıqda konfrans keçiriblər. Konfransda günün aktual məsələlərini işıqlandıran çıxışlar olub.

Axırda Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin Tədris hissə müdiri Könül Xəlilovanın təşkilatçılığı ilə plenar iclas keçirildi.  FBK-lardakı çıxışlardan bir neçəsi də plenar iclasda təqdim olundu.
Onu da qeyd etmək lazımdır ki, Maliyyə-İqtisad Kollecinin 90 illiyinə həsr olunmuş konfransın materialları bu yaxınlarda kitab halında çap olunacaq. Kollecin kollektivini təbrik edir və uğurlar arzu edirik.

Tinatin  ƏHMƏD,                              
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Təhsil" jurnalı
20 noyabr 2024-cü il


Tarix: 20-11-2024, 18:03

Xəbəri paylaş