Məktəb direktoru: təcrübədən müasirliyə
Dadaş Əliyev,
Bakı şəhəri V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin direktoru
“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".
HEYDƏR ƏLİYEV
Əmək fəaliyyətinə Bakı şəhəri 204 nömrəli tam orta məktəbdə ixtisasım üzrə ilk başladığım vaxtdan 40 il keçir. Hazırki müddətə qədər ardıcıl olaraq 55 və 269 nömrəli tam orta məktəblərdə direktor müavini,Xətai rayon təhsil şöbəsində müxtəlif vəzifələrdə, 138 və 315 nömrəli tam orta məktəblərdə direktor, Bakı Şəhəri üzrə Təhsil İdarəsində məsləhətçi vəzifəsində şərəflə, öhdəmə düşən tələbləri vicdanla həyata keçirməyə nail olmuşam. Təhsil sistemində uzun illər səmərəli fəaliyyətim dövründə daim öyrənmək və öyrətmək təşəbbüsündə çalışmışam. Hazırda 281 nömrəli tam orta məktəbin direktoru kimi böyük bir kollektivi və 3000 dən çox şagirdi məqsədəuyğun idarə edirəm.
Təcrübəli təhsil işçiləri məktəb direktorun idarəçiliyinin əsasladırılması barədə demişlər:”Dərin elmi-nəzəri biliyə, geniş eridusiyaya, həyati və pedaqoji təcrübəyə, yüksək mənəvi keyfiyyətlərə malik olmalı, uşaqları sevməli və onlara qayğı ilə yanaşmalı, bir pedaqoq kimi peşəsinin ustası, ixtisasının sahibi, lider-müəllim olmalı, pedaqoji kollektivdə olan nüfuzlu müəllimlərə hörmətlə yanaşmalı, özünə, sonra isə digərlərinə qarşı tələbkarlıq göstərməli,psixoloqluq etməli, lazım gəldikdə o özünü müəllimin, şagirdin, valideynin də yerinə qoymağı bacarmalıdır”. Digərləri bildirirlər ki:”Əsl direktor təşəbbüskar, yaradıcı insan olmalıdır, məktəbin hər bir işçisinin uğurunu məmnunluqla qarşılamalı, layiqincə qiymətləndirməli, dəstəkləməli, digərlərinə nümunə göstərməlidir. O, formalizmə, yalana, gözdən pərdə asmağa qarşı mübariz olmalı, səhvləri, nöqsanları etiraf etməyi, onların aradan qaldırılması yollarını tapmağı, məktəb həyatının gündəlik cari işləri axarında əsas məsələləri nəzərdən qaçırmamalıdır”. Bu təcrübədən gələn fikirlər məktəb direktorunun xarakterik xüsusiyyətlərini tam əhatə edə bilməsə də əməl olunmasını vacib sayıram.
Direktor fəaliyyəti zamanı - pedaqoji əxlaq qaydalarının tələblərinə riayət etməli, sözü və əməli üst-üstə düşməlidir. V.A.Suxomlinski tövsiyə edirdi ki, "Əgər yaxşı direktor olmaq istəyirsinizsə, ilk növbədə, yaxşı pedaqoq-müəllim-didakt, yaxşı tərbiyəçi olmağa çalışın..." (İzbrannıe pedaqoqiçeskie soçineniya, tom tretiy, str.12, M.1981). Ölkəmizin bazar iqtisadiyyatı şəraitində inkişafı, təlim-tərbiyənin keyfiyyətini daha da yaxşılaşdırılması məsələləri məktəb rəhbərlərindən yüksək səviyyədə psixoloji - pedaqoji və inzibati-təsərrüfat səriştəliliyi tələb edir.Çünki şəriştəlilik qabiliyyəti məktəb işinin məzmununu dərindən bilməkdən, müasir şəraitdə cəmiyyətdə və təhsildə baş verən gerçəkliklərin mahiyyətini dərk etməklə idarə etməkdə peşəkarlıq fəaliyyəti mümkün olur. Dövlət məktəb rəhbərlərindən idarəçilikdə demokratik prinsiplərə istinad etməyi, məktəbin qarşısında duran məsələlərin həllinə yaradıcı yanaşmağı, bütün işçilərdən işgüzarlığı, intizamlılığı, operativliyi, təşkilatçılığı, şəxsi məsuliyyət hissinin aşılanmasını tələb edir.
Məktəb direktoru səlahiyyətli rəhbər, təlim-tərbiyə prosesinin baş təşkilatçısıdır. O, ilk növbədə, pedaqoqdur, tərbiyəçidir. Rəhbər idarəetmə sisteminin mərkəzi fiquru - siması, işin önündə duran şəxsdir. Məlumdur ki, məktəbin idarə olunmasında başlıca mövqe rəhbərə - direktora məxsusdur.Qazandığım təcrübəyə görə fikirlərimi yığcam ifadə etsəm deməliyəm:”İdarəçilikdə rəhbərin müəyyənedici rolu ondan irəli gəlir ki, ona qərar qəbul etmək səlahiyyəti verilir, o, "nə etmək, necə etmək" məsələsini müəyyənləşdirir və bunun üçün məsuliyyət daşıyır.Bir təşkilatçı kimi direktor işçilərin əməyinin səmərəliliyini təmin etmək üçün müvafiq iş şəraiti yaratmalı, qarşıya qoyulan vəzifələrin işçilər tərəfindən vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi ilə bağlı məqsədyönlü vəzifələrin uğurla həlli üçün tələb olunan ilkin şərtləri, metodları müəyyənləşdirməlidir.
Məktəb direktoru öz ixtisasının elmi-nəzəri və praktik əsaslarını dərindən bilən, peşəsinin ustası olan bir mütəxəssis - pedaqoq olmalıdır. Rəhbər məsələləri düzgün, savadlı qoymağı, səriştəli təhlil etməyi, onların yerinə yetirilməsinə effektli nəzarət etməyi, işçilərə ixtisaslı tövsiyə verməyi, təlimatlandırmağı bacarmalıdır. Məktəb rəhbəri, eyni zamanda özünün bütün fəaliyyəti, insanlara münasibəti və şəxsi mənəvi keyfiyyətləri ilə bir tərbiyəçi kimi çıxış edir. Onun qəbul etdiyi qərarların ədalətliliyi, sözü ilə əməlinin vəhdəti işçilərə, şagirdlərə, valideynlərə tərbiyəvi təsir göstərir. Direktor nüfuzu, şəxsi nümunəsi, biliyi, təşəbbüskarlığı və digər mənəvi keyfiyyətləri ilə qazanmalıdır. Haqlı olaraq qeyd olunur ki,rəhbərin ciddi tələbkarlığı bəzən əməkdaşlar tərəfindən yaxşı qarşılanmır. Belə halda konfliktin qarşısı vaxtında alınması təcrübəsindən aşağıda qeyd olunanlar reallaşmalıdir:kollektivin işi üzərində rəhbərin nəzarəti müntəzəm aparılarsa;müstəsnalıq etmədən nəzarətlə tabelikdəki bütün işçilər əhatə edilərsə;rəhbər hamının, hər kəsin işinin qiymətləndirilməsinə eyni dəqiq kriteriyalarla yanaşarsa;hər bir işçini əldə etdiyi müvəffəqiyyətə görə rəğbətləndirə, işə başdansovdu yanaşan, səhlənkar işçiləri tənqid edərsə;rəhbərlərin tənqidi dəqiq, əsaslandırılmış, xırdaçılıqdan uzaq olarsa;tənqid edilən işçinin əvvəlcə işindəki müsbət cəhətlər qısaca qeyd edilərsə. Bu tələblərə riayət etmək üçün məktəb direktoru hər bir işçini yaxşı tanımalı, onlar haqqında ən düzgün məlumatı özünün şəxsi müşahidələri əsasında əldə etməlidir.
N.Tusi deyir: "Müxtəlif simalı, dəyişkən xasiyyətli adamları seçməkdən imtina edilməlidir. Həyalı, ağlına nisbətən gücü və şücaəti daha çox olanları seçmək məsləhətdir..." (Əxlaqi-Nasiri, səh. 169, B.1980). Direktor "...seçərkən şan və şöhrət, var və dövlətə deyil, istedad və qabiliyyətə, əxlaq və tərbiyəyə fikir verilməlidir" ("Kəlilə və Dimnə". səh. 280. B.1982). Məktəb direktoru rəhbərlik etdiyi müəssisənin müəllimləri, şagirdləri, valideynləri üçün hər cəhətdən etalonluğunu sübut etməlidir. Bazar iqtisadiyyatı şəraitində direktor dövlətimizin kadr siyasəti prinsiplərinə uyğun olaraq, idarəetmə bacarığına görə seçilib, müasir tələblərə cavab verməlidir.
Məktəb direktoru, pedaqoji psixologiyanı, yaş fiziologiyası və psixologiyasını yaxşı bilməlidir. Əks halda, müxtəlif yaş qruplarına aid olan uşaqlar, yeniyetmələr, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri ilə qarşılıqlı anlaşma yaratmadan idarəçilikdə uğur əldə etmək çətindir. Amerika menecerlərin fikrinə görə, rəhbər işçi əsasən iki vacib keyfiyyətə malik olmalıdır:İnsanların xarakterinin onların işinə mane olmayan cəhətlərinə dözümlülük;işə mənfi təsir edən hər şeyə qarşı dözümsüzlük göstərməlidir.
Müdriklər, məktəb təlim-tərbiyə, təhsil məbədi, mədəniyyət beşiyidir demişlər. Ona görə də belə müəssisənin rəhbəri yüksək idarəetmə mədəniyyətinə malik olmalıdır. İdarəetmə mədəniyyəti insanın və cəmiyyətin rifahı və xoşbəxtliyinin zəruri şərtidir. İdarəetmə mədəniyyətinin yüksəldilməsi bütövlükdə təhsil sisteminin təkmilləşdirilməsinə və nüfuzunun artmasına xidmət edir. Hazırda ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də mühüm işlər aparılır. Təhsil sahəsində İslahat Proqramı çərçivəsində təhsilin müxtəlif aspektlərini əhatə edən Dövlət Proqramları həyata keçirilir. Təhsilin maddi-texniki bazası möhkəmləndirilir, məzmunu və onun təşkili formaları yeniləşdirilir, kadr potensialını gücləndirməklə bağlı müəyyən işlər görülür. Qeyd olunduğu kimi,təhsil-tərbiyə prosesinin idarə olunmasında direktor əsas yer tutur.
Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Strategiyanın reallaşdırılması təhsil məzmununun, pedaqoji kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir.
Müasir məktəb direktoru idarəetmənin koordinatoru kimi proqnozlaşdırma, planlaşdırma və təşkiletmə bacarıqlarına malik olmalıdır. İdarəetmədə münasibətlər başlıca rol oynayır. Müasir təhsil sistemlərinin xüsusiyyətləri əlaqələrə tam uyğun gəlməlidir. Pedaqoji idarəetmənin hər bir regionda formalaşdırarkən onun iqtisadi, maliyyə, pedaqoji, metotoloji sahələri üzrə tarazlı inkişaf tələbləri ziddiyyət təşkil etməməlidir.Bir vaxtlar müxbirin:Gələcəkdə ola bilərmi pedaqoji fəaliyyəti olmasa da, idarəetmə təcrübəsi olan insanlar direktor təyin edilsin?sualına Elm və Təhsil Naziri Emin Əmrullayevin cavabı məntiqlidir: “Bəli, gələcəkdə yalnız pedaqoji fəaliyyəti olanları deyil, daha çox idarəetmə təcrübəsi, bacarığı olan insanları məktəb idarəetməsinə cəlb edə bilərik. İdarəetmə qabiliyyəti olan valideynlər də bu vəzifəyə cəlb edilə bilərlər. Düşünürük ki, hər şey menecerlərdən asılıdır. “Ən yaxşı müəllim direktor olmalıdır” kimi ənənəvi fikirlərdən uzaqlaşıb, yaxşı menecer və yaxşı müəllim arasında bir fərqlilik yaratmaq lazımdır. Müəyyən mənada özünüidarəetmə təfəkkürünə malik, təşəbbüskar, ətrafdakı maraqlı tərəfləri düzgün şəkildə məktəb idarəetməsinə cəlb edən, özəl sektorla əməkdaşlıq qura bilən, digər donor təşkilatları cəlb etməklə məktəbin ümumi maraqlarına uyğun layihələr həyata keçirən, bir sözlə, məktəbin keyfiyyətini qaldıran insanlar direktor olmalıdır”.
Məktəb rəhbərinin idarəetmə mədəniyyəti onun peşə-pedaqoji mədəniyyətinin bir hissəsidir. Son illərdə pedaqoji mədəniyyət problemləri sahəsində psixoloji-pedaqoji tədqiqatlar aparılır. Pedaqoji mədəniyyət anlamı pedaqoji dəyərlər, pedaqoji texnologiya və pedaqoji yaradıcılıq kateqoriyalarında açılır.Məktəb rəhbərlərinin idarəetmə mədəniyyəti özünü müxtəlif növ fəaliyyətində, dəyərlərin və texnologiyaların mənimsənilməsində, ötürülməsində və yaradılmasında göstərir. Bu mənada idarəetmə mədəniyyətinə aksioloji, texnoloji və şəxsiyyət-yaradıcı komponentlər daxildir.Məktəbi effektli idarə etmək üçün hazırda böyük əhəmiyyət kəsb edən biliklər, ideyalar, konsepsiyalar pedaqoji dəyərlər kimi çıxış edir. Müasir təhsil sistemində idarəetmə prosesini, fəaliyyətin təşkilini, icraçılar arasında funksiyaların və məsuliyyətin bölüşdürülməsini, resursların səmərəli seçimini və istifadəsini, coxvariantlı qərarların qəbul edilməsini - pedaqoji menecment öz aktuallığını qoruyub saxlamaqda və inkişaf etdirməkdədir.
Menecmentin elmi məktəbləri öz inkişafına görə aşağıdakı təkamül mərhələlərini keçmişdir:Elmi idarəetmə məktəbi (1885-1920);Klassik və ya inzibati idarəetmə məktəbi (1920-1950);İnsani münasibətlər məktəbi (1930-1950);Müasir idarəetmə (kəmiyyət) məktəbi (1950-indiyədək).
Menecment yanaşmalarının ən çox tətbiq edilən proses, sistem və situasiya yanaşmaları fərqləndirilir:
Proses yanaşması - bir-biri ilə bağlı idarəetmə funksiyalarına arasıkəsilməz ardıcıllıq (proses) kimi baxır. Burada idarəetmənin funksional ardıcıllığını bilmək vacibdir: planlaşdırma; təşkiletmə; motivləşdirmə; nəzarət; marketinq.
Sistem yanaşması - menecmentə işçilər, təşkilat və ətraf mühit amillərinin qarşılıqlı əlaqəlləri (daxili və xarici amillər) kimi baxır.Sistem yanaşması bir-birilə qarşılıqlı əlaqədə olan və asılı olaraq fəaliyyət göstərən bütün hissələrin və elementlərin təsirini nəzərə alır.
Situasiya yanaşması - vaxta görə, mövcud situasiya ilə bağlı müxtəlif idarəetmə metodlarının tətbiq olunması və rəhbərin fərdi qabiliyyəti ilə müəyyən olunan qərarların qəbul edilməsidir. Burada, yuxarıda qeyd olunan proses və sistem yanaşmaları ilə birlikdə vaxt amili və onunla yanaşı qərar qəbul edən rəhbərin şəxsiyyəti, qabiliyyəti və digər xüsusiyyətlər də nəzərə alınmalıdır.
“Pedaqoji menecment” anlayışı dilimizdə sinonimi “idarəetmə” terminidir: müəssisə və təşkilata rəhbərliyin prinsip, metod və formalarının məcmusu kimi dərk olunur. Təhsildə idarənin təşkilat-istehsal tərəfini əks etdirən ənənəvi prinsiplər sistemi pedaqoji menecment ideyalarının təhsil müəssisələrinin təcrübəsinə tətbiq edilməsilə əhəmiyyətli tələblər şəkildə təkmilləşmişdir. Pedaqoji nöqteyi-nəzərdən aşağıdakı idarəetmə prinsiplərini ayırd etmek mumkundur; İnsana hörmət və inam prinsipi;İnsanın vəhdət baxış prinsipi; Əməkdaşlıq prinsipi; Sosial ədalət prinsipi;İdarəetmədə fərdi yanaşma prinsipi; Şəxsi stimullaşma prinsipi; Kollektiv qərar qəbuletmə prinsipi; Məlumat əlaqələri prinsipi;İdarəetmənin muxtariyyəti prinsipi; Mütəmadi yenilənmə prinsipi və s. Hazırki dövrdə təhsil siyasətinin mahiyyəti, bütün təhsil sisteminin demokratikləşdirilməsi və humanistləşdirilməsi kimi başa düşülür.
Təhsilin demokratikləşdirilməsi, şagird şəxsiyyətinin inkişaf etdirilməsinə, onun ehtiyac və marağının təmin olunmasına,özünüreallaşdırması və özünütəsdiqinə, təhsil yolunu müstəqil seçməsinə, qabiliyyətinə uyğun fərdi təhsil proqramını həyata keçirməsinə imkan vermək və şərait yaratmaqdır. Müasir şəraitdə məktəbin qarşısında duran başlıca vəzifələrə: tədrisin keyfiyyəti, müəllimlərin hazırlıq səviyyəsi, valideynlərin məktəb kollektivinə münasibəti, məktəblilərin cəmiyyətdə baş verən hadisələrə münasibəti, məktəbin qarşısında duran başlıca məqsədin müəyyənləşdirilməsi və s. daxildir. Pedaqoji menecment təhsil prosesinin subyektlərinin maraqları, tələbləri, ehtiyacları və motivləri istiqamətlərini xarakterizə edir. Pedaqoji menecmentin məqsədi – təhsil müəssisəsinin idarə edilməsinin optimallaşdırılmasıdır. Optimal idarəetmə insanlara diqqətlə yanaşmanı, onların ləyaqət və üstünlüklərini, imkanlarını nəzərə almağı tələb edir.
Pedaqoji sistemləri idarəetmə dəyərləri- məqsədlər, biliklər, münasibətlər və keyfiyyətlər olmaqla müxtəlifdir.
Dəyərlər-məqsədlər. Onlar iyearxiyanın müxtəlif səviyyələrində tam pedaqoji idarəetmənin məqsədinin əhəmiyyəti və mənasını açıb göstərir:təhsil sistemini idarəetmə məqsədi;məktəbi idarəetmə məqsədi;pedaqoji və şagird kollektivini idarəetmə məqsədi;şəxsiyyətin özünütərbiyəsini və özünüinkişafını idarəetmə məqsədi və s.
Dəyərlər-biliklər. İdarəetmə sahəsində biliklərin əhəmiyyəti və mənasını açır. Buraya idarəetmənin metodoloji əsasları, məktəbdaxili rəhbərlik, pedaqoji prosesin idarə olunmasının effektiv meyarlarını bilmək və s. daxildir.
Dəyərlər-münasibətlər. Pedaqoji prosesin iştirakçıları arasında qarşılıqlı münasibətlərin, özünə münasibətin, özünün peşə fəaliyyətinə münasibətin, pedaqoji və şagird kollektivlərində şəxsiyyətlərarası münasibətlərin, bu kollektivlərin məqsədyönlü formalaşdırılması və idarə olunmasının əhəmiyyətini açır.
Dəyərlər-keyfiyyətlər. İdarəetmənin subyekti olan məktəb rəhbərinin-menecerin müxtəlif fərdi, kommunikativ, davranış keyfiyyətlərini açır. Bu keyfiyyətlər xüsusi qabiliyyətləri əks etdirir: öz fəaliyyətini proqnozlaşdırmaq və onun nəticələrini qabaqcadan görməyi bacarmaq qabiliyyəti; öz məqsəd və hərəkətinin başqalarının məqsəd və hərəkəti ilə əlaqələndirmək qabiliyyəti; əməkdaşlıq etmək və əlbir idarə etmək qabiliyyəti və s.
Məktəb direktorunun idarəetmə mədəniyyətinin texnoloji komponenti idarəetmə qaydalarını özündə birləşdirir. Məktəbdaxili idarəetmənin texnologiyası spesifik pedaqoji vəzifələri həll etməyi nəzərdə tutur. Bu vəzifələrin həlli pedaqoji prosesin təhlili və planlaşdırılması, təşkili, nəzarət və tənzimləmə sahəsində rəhbərin bacarıqlarına əsaslanır. Direktorun idarəetmə mədəniyyətinin səviyyəsi göstərdiyimiz tipdə olan vəzifələrini həll etmək qaydalarına yiyələnmək səviyyəsindən asılıdır.
Şəxsiyyət-yaradıcılıq komponenti məktəb direktorunun idarəetmə mədəniyyətini yaradıcı akt kimi açıb göstərir. Bu, rəhbərin şəxsiyyət və idarəetmənin obyektinin xüsusiyyətləri ilə müəyyən olunur. Məktəb direktoru idarəetmə fəaliyyətində şəxsiyyət, rəhbər, təşkilatçı və tərbiyəçi kimi özünü realizasiya edir. Demokratik idarəetmədə mövqe və fikirlərin müxtəlifliyini öyrənmək, onlardan istifadə üçün geniş imkanlar vardır. Təhsildə azad axtarış ruhu demokratik prinsiplərin həyata keçirilməsində böyük əhəmiyyətə malikdir. Azərbaycan təhsilində milli xüsusiyyətlər nəzərə alınmaqla demokratik fikirli vətəndaş yetişdirmək, dünya təhsil sisteminə inteqrasiya üçün şərait yaratmaq zəruriyyəti yaranır. Ölkəmizdəki tərəqqini inkişaf etdirməyi bacaran humanist fikirli şəxsiyyətlər yetişir. Azərbaycanın iqtisadi, mədəni, elmi cəhətdən yüksək inkişafını təmin edə biləcək vətəndaş hazırlanır. İdarəetmə strukturlarını milli zəmində daha zəngin etmək üçün Nəsrəddin Tusi, Mustafa Kamal Atatürk, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyov, Heydər Əliyev və b. xadimlərin fikirlərindən, müasir türk dünyasında tətbiq olunan mütərəqqi konsepsiyalardan yaradıcı istifadə etməliyik.
Aparılan müsahibələrdən, verilən təkliflərdən, söhbətlərdən təhsilin idarə edilməsi sahəsində müxtəlif fikirlər və mülahizələr alınır: Fikir söyləyənlərin bir qismi təhsil sahəsində köhnə düşüncənin hamısını dağıtmağı, təklif edir; İkinci qismi isə təhsilin demokratik idarə edilməsində daha çox fayda verdiyini əsaslandırmağa çalışırlar; Üçüncülərin fikri, idarəetmə təhsilin məzmunundan irəli gəlir; Dördüncü qrup qeyd edir ki, məktəb rəhbərləri demokratik düşüncəli adamların içərisindən seçilməlidir.
Demokratik idarəetmə fəaliyyətinin optimallaşdırılması – onun əsas vasitələrindən biri hesab edilir. Bunun aşağıdakı optimal variantının əsas götürülməsi məqsədəuyğun hesab edilir: təhsilin kriteriyalarının aydınlaşdırılması, konkret şəraitin nəzərə alınması, bir neçə imkanı olan optimal variantın seçilməsi. Həyatımızın bütün sahələrində olduğu kimi, təhsil sisteminin demokratik ruhda yeniləşməsi, idarəetmənin bir sıra yeni və səmərəli formaları irəli sürülmüşdür. Təhsilin məqsədi demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Respublikası qarşısında öz məsuliyyət və cavabdehliyini dərk edən, xalqının azadlıq amalına və demokratiya ənənələrinə, insan hüquqları və azadlıqlarına hörmət edən vətənpərvər, dövlətçilik prinsiplərinə və azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirməkdir.
ХХI əsri kеyfiyyət əsri аdlаndırırlаr. Аzərbаycаn təhsil sistеmi üçün оrtа təhsil müəssisələrində uşаqlаrımızа vеrilən təhsilin kеyfiyyyəti gündəmdə ən аktuаl prоblеm kimi durur.Bir vəzifə оlаrаq bu məsələdə Аvrоpа ölkələrinin təhsil kеyfiyyətinin səviyyəsinə yахınlаşmаq, оnunlа bərаbərləşmək təhsili idаrə еdənlərin qаrşısındа durаn mühüm və mürəkkəb məsələdir.
Təhsil müəssisələrində kеyfiyyətin idаrə оlunmаsının dахili sistеminə aiddir: Müəllim-şаgird münаsibətləri; Müəllim təhsildə kеyfiyyətin idаrə оlunmаsındа iхtisаslаşmış еkspеrt rоlunu оynаyаn mütəхəssis olması; İdаrəеtmənin digər subyеktləri – müəssisə rəhbərləri,vаlidеynlər, məktəbin əməkdаşlаrı, ictimаi хаrаktеr dаşıyаn digər bölmələrin rəhbərləri, tехniki pеrsоnаl kеyfiyyətin əldə еdilməsi üçün şərаiti yаrаdаnlаr.
Təhsildə pоrtfоliо tеrmini kеçən əsrin 80-ci illərində Аmеrikаdа işlədilməyə bаşlаmışdır. Əsrimizin əvvəlində Аzərbаycаndа dа işlədilir. Pоrtfоliо fəlsəfəsi qiymətləndirmədə “özünüqiymətləndirmə”yə üstünlüyün vеrilməsidir. Müəllim və yа şаgird nəyi bilmir, nəyi bilir və lаzımi səviyyədə həyаtа tətbiq еtməyi bаcаrır. Pоrtfоliоnun əsаs mənаsı”sənin nəyə bаcаrığın vаrdır” dеməkdir. Dünyаnın inkişаf еtmiş ölkələrinin təcrübəsində pоrtfоliо pеdаqоji diаqnоstikа vаsitəsi, müəllimlərin prоfеssiоnаllıq səviyyəsinin qiymətləndirilməsi mеtоdu kimi qəbul еdilib. Bu hаldа pоrtfоliо müəllimin prоfеssiоnаl fəаliyyətinin strаtеgiyа və tаktikаsını müəyyənləşdirib, оnun prоfеssiоnаllıq səviyyəsini müəyyənləşdirir.
Mеnеcеrin nələri bilməsi və həyаtа kеçirməsi, fəаliyyətin оnun tərəfindən оbyеktiv qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb еdir. Bu məqsədlə təhsil müəssisəsini idаrə еdən şəхs idаrəеtmə prinsiplərinə yiyələnməlidir. Müаsir dövrdə inzibаtçılıqdаn sоsiаl-psiхоlоji qаydаlаrа üstünlüyün vеrilməsi insаni münаsibətlərin tətbiqinin həyаtа kеçirilməsi dеməkdir. Etiraf edək ki, Elm və Təhsil Nazirliyi son illərdə məktəb direktorlarının peşə və idarəetmə bacarıqlarının artırılması üçün mütəmadi olaraq təlimlər həyata keçirilir. Bu təlimlərdə iştirakçılara müasir şəraitdə direktorluq üçün zəruri olan kompetensiyalar formalaşdırılır, peşəkarlığın artırılması məqsədi ilə namizədlərin mərhələli seçimi olur. Direktor olmaq hər bir müəllimin arzusudur. Lakin yaxşı direktor olmaq üçün təkcə istək kifayət deyil. Direktorluğa müasir baxış, təlim-tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün xüsusi yanaşma tələb olunur. Görəsən müəllimlərimiz necə düşünür? Onlar direktor olsalar, məktəbdə daha çox hansı məsələlərə xüsusi diqqət yetirərlər? Müasir məktəbin inkişafı üçün nələri prioritet hesab edirlər? sualları cavablandırmaq üçün aprılan müsahibələr çox mühüm əhəmiyyət daşıdığını düşünürəm.
Deyilənlərdən nümunələr: “İlk öncə məktəbdə nizam-intizama xüsusi diqqət yetirmək; müasir gənclərdə məsuliyyət hissinin aşılanmasına çalışaram;valideynlərin uşaqlarına qarşı tələblərinin artmalı; məktəbdə müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində işlər görmək;məktəb direktoru təlim-tədris prosesinin keyfiyyətinə təhsil lideri olaraq cavabdehdir və qarşılaşdığı bütün çətinliklərin öhdəsindən gələ bilməlidir;valideynləri məktəbə cəlb etmək, onlara yeni təlim üsullarının, kurikulumun mahiyyətini aşılamaq; sinifdənxaric oxu, dərnəklərdən istifadə etməklə, kitab aylıqları keçirməklə şagirdlərdə mütaliə vərdişlərinin formalaşmasına çalışmaq”.
Nəticə olaraq mövzu ilə bağlı ümumiləşdirmə aparsaq:müasir məktəb direktoru təhsildə uğur qazanmanın başlıca vasitəsi olan pedaqoji idarəetməyə düzgün yanaşmalıdır; təhsildə idarəetmə prinsiplərinə əməl olunarsa, məktəbdə istənilən sahəsində nailiyyət əldə etmək olar; məktəb direktoru intellektli, işgüzar, müasirliyə can atan, təşəbbüskar olmalıdır; idarəetmənin milli və beynəlxalq qabaqcıl təcrübə əsasında yenidən qurulmasında səriştəli qabiliyyətlərə yiyələnmək kimi qeyd olunanlar qənaətindəyik.
"Təhsil"
2 fevral 2024-cü il
Tarix: 1-02-2024, 22:24
Xəbəri paylaş