Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İbtidai siniflərdə şagird əməyi



          
Şahrza Ağayev,
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi.
E-mail: [email protected]  
 
 
Aktuallığı ilə daim maraq doğuran, şagird şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət daşıyan pedaqoji prosesdə əməyə hazırlığının nəzəri və praktik baxımdan tədqiqində qazanılan nəticə və təkliflərin reallaşdılmasına zərurət vardır.İlk öncə problemi ehtiva edən nəticənin məzmunu mənimsənilməlidir. 
“Əmək fərdi və ictimai rifahın əsa­sıdır” (Azərbaycan Respublikasının Konstitusiyası-mad­də 35). Bu  ifadə tədqiq olunan mövzunun mahiyyətinin nə də­rə­cədə əhəmiyyətli olduğunu əsaslandırır. İbtidai sinif şa­gird­lərinin əməyə hazırlanması aktual problem olub təhsillə bağlı bütün konseptual sənədlərdə təsbit olunaraq, öz həllini əsasən pedaqoji prosesdə tapır. Əmək anla­yı­şının mahiyyəti, şagird şəxsiyyətinin formalaşmasında və inkişafında onun rolu didaktik cəhətdən şərh olunduqda yeni mənəvi keyfiyyətlər yaranır.
    
 Təhsil haqqında Azərbaycan Respublikasının “Qanunun” da təhsilin məqsədində ehtiva olunan- 4.0.2. milli-mənəvi və ümum­bəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dün­ya­görüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiy­mət­ləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yi­yə­lənən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütə­xəs­sis-kadrlar hazırlamaq” müddəanın rellaşmasında  pedaqoji əmək­də öyrənənlərin təlim yolunun idraka əsaslanmasının mühüm əhəmiyyəti vardır.
   
 Təhsilin konsepsiyasında (Milli kurikulum)   (Azər­baycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq edilmişdir ) ibtidai təhsilin məqsədini əks etdirən uşaqlarda oxu, yazı və hesablama vədişləri yaratmaq və möhkəmləndirmək; uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qa­nu­nauy­ğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək; uşaqlarda məntiqi və yaradıcı təfəkkür ele­mentlərini formalaşdırmaq, istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etmək; uşaqlara həs­saslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünəxidmət bacarıqları aşılamaq kimi dəyərlərin təmin olunması pedaqoji əməyin hazırlığının nəzəri və praktik həlli ilə əlaqədardır.
   
 Pedaqoji əməyin tərbiyəedici funksiyası təlim prosesində hər bir fərddə ictimai əhəmiyyətli keyfiyyətlərin və şəxsiyyətin xüsusiyyətlərinin möhkəmləndirilməsi, həyata və fəaliyyətə əxlaqi, estetik münasibətin inkişafını təmin edir.
İbtidai siniflərdə şagirdlərin nəzəri və praktik cə­hət­dən əmək hazırlığı yeni pedaqoji texnologiyalarla həllini tapır. Şagirdlərin əməyə hazırlığı onların həyati bacarıqlar əsa­sında formalaşması şəxsiyyətəyönəlmiş, fəal idrak, inkişaf etdirici, qabaqlayıcı, əməkdaşlıq, dialoq prinsipləri ilə real­laşır.
Pedaqoji əmək təlim prosesinin sadələşdirilmiş modeli (məzmun, üsul, öyrədici, monitorinq və qiymətləndirmə) şa­girdlərdə təhsil alma, tərbiyələnmə, inkişaf etmə kimi mənəvi keyfiyyətlər formalaşdırır.
 
    Uşaqlarda əməli işlərdə müstəqil olaraq texnoloji fəa­liyyət üçün əşya, məmulat, alət və tərtibatla bağlı sada­lanma, adlandırma və tanıtma; seçmə, müəyyənləşdirmə, fərqləndirmə, izahetmə, şərhetmə,təşkil etmə və münasibət bildirmə; hazırlama, əməletmə, tərtibetmə, təqdimetmə, nümayiş etdirmə, təsvir çəkmə kimi bacarıqlar forma­laş­dırıl­dıqda təfəkkür qabiliyyətləri (məntiqi, tənqidi, yara­dı­cı) inkişaf edir.
 
    Konseptual sənəddə şəxsiyyətyönümlü təhsilin məz­mu­nunun yaradılmasına diqqət yönələrək təhsilin bütün pil­lələri üzrə kurikulumların inkişafı, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin və müasir tələblərə uyğun  və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, Azər­bay­can Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dün­yanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviy­yəyə uyğun təhsil sisteminin modelinin qurulması kimi konseptual ideyalar pedaqogika elminin tədqiqat mövzusu olmaqla ibtidai siniflərdə şagirdlərin pedaqoji  əməyə hazır­lığını təmin edir.
    
    Pedaqoji prosesdə fənlərin tədrisi təlim əməyi ilə real­laşdırıldığından bu zaman şagirdin məqsədyönlü faəliy­yəti ümumi təhsilin əsaslarına yiyələnmək olub, əmək hazırlığı anlayışına sistem kimi yana­şılır. Müasir dövrdə əmək anlayışının məzmun xarak­te­rinə uyğun olaraq dəyişdiyi üçün pedaqoji prosesdə həmin cəhətlər (sosial tələbat, iqtisadi funksiya, bioloji cəhətlər) nəzərə alınmaqla nəticəyönümlüdür.

     Bu prosesin ibtidai siniflərdə səmərəsi şagirdlərin əmək hazırlığının didaktik əsasını təşkil edən pedaqoji texno­logi­yaların tətbiqindən asılıdır .
Tərbiyə dinamik proses olmaqla bərabər, eyni za­manda idarə edilən mürəkkəb sistemdir. Bu sistemdə daimi təsir göstərən və dəyişən elementlər var. Hər elementin təsir gücünü tənzimləyən müvafiq amillər qrupu möv­cuddur. Bunları nəzərə almadan sistemin hərəkətini düzgün idarə etmək mümkünsüzdür. Əmək tərbiyəsi insani keyfiy­yətlərin mahiyyət və xarakterindən asılı olaraq müəyyən məq­sədə nail olunmasında şəxsiyyətə imkan və şərait ya­ratması, qarşıya çıxan çətinlik və maneələri aradan qal­dırmağa kömək etməsidir.
Şagirdlərin pedaqoji prosesdə əməyə hazırlanması yeni texnoloji yanaşmaları zəruri edir. Pedaqoji texno­logiyaya görə təlimin məqsədi şagirdin vəziyyətini, onun biliklərini, fikirlərini, hisslərini, davranışını dəyişməkdir. Müəl­lim texnologiyanın vəzifəsi olan  təlimedici sistemin bü­tün elementlərini öyrənməklə yanaşı  pedaqoji prosesi la­yihələşdirməyi təmin etməklə uğurlu nəticələr qazanmış olur.

    İbtidai siniflərdə şagirdlərin əmək hazırlığının nəzəri və praktik problemləri pedaqoji proses konteksində ilk dəfə olaraq tərəfimizdən araşdırılması və onun zəruriliyi qloballaşan dünyada şəxsiyyət amilinin yeni keyfiyyətlər kəsb etməsi ilə şərt­lənir. İbtidai siniflərdə tədris olunan fənlərin (Azərbaycan dili, Xarici dil, Riyaziyyat, İnformatika, Həyat bilgisi, Tex­nologiya, Fiziki tərbiyə, Təsviri incəsənət, Musiqi) hər biri pedaqoji prosesin məzmununa daxildir. Bu zaman pedaqoji əmək təlim strategiyaları (təlim prosesi və onun təşkili prin­sipləri, fənn üzrə təlimin planlaşdırılması, təlimin təş­kilində istifadə olunan forma və üsullar) vasitəsilə həyata keçirilərək, təşkil olunma səviyyəsinə, texnologiyasına, qə­naətçilliyinə, məhsuldarlığına görə xarakterizə olunur.
    
    İbtidai siniflərdə şagirdlərin əmək hazırlığının nəzəri və praktik istiqamətlər üzrə formalaşamsı onların intellek­tual­lığını inkişaf etdirir və yuxarı siniflərdə bu tendensiya dinamik səciyyə daşıyır.Bu prosesdə didaktikanın əsas vəzifəsi təlim işinin real­laşması şəraitini təsvir və izah etmək,onun ən mükəm­məl təşkilinin yeni texnologiyasının işləyib hazırlanması zərurəti vardır. Çünki nəzəriyyə öz-özlüyündə məqsəd de­yil­dir. O, praktiki fəaliyyətin əsasıdır, ona istiqamət­lən­dirmə, kökündən dəyişdirmə imkanı verir. Bu baxımdan şagirdlərin əmək hazırlığının nəzəri və praktik məsələləri standartlarla tənzimlənməsi məqsədi daşıyır.
 
 
    Əmək tərbiyəsinin sisteminə ailədə valideynlərin müx­təlif növ əməyinin uşaqlar üçün nümunə olması, on­ların valideynləri kimi iş görməyə səy göstərmələri, yaşlarına uyğun özünəxidmət, təsərrüfat məişət, təbiətdə və əl əməyində iştirak etmələri, uşaq bağçalarından baş­layaraq təhsilin müxtəlif pillələrində fəaliyyətlərini davam etdir­mə­ləri kimi uzun müddətli proses daxildir. İbtidai sinif­lərdə şagirdlərin əmək hazırlığı pedaqoji prosesdə müxtəlif təlim fəaliyyətlərinin inteqrasiyasına təminat verərək əmək tərbi­yəsinin başlıca yollarını təşkil edir. Bura daxildir: əmək təlimi; təlim əməyi; özünəxidmət əməyi; məişət əmə­yi; ictimai-faydalı əmək; məhsuldar əmək.Yaş dövrləri ilə əlaqədar şagirdlərin əmək növlərinin ardıcıl olaraq dəyişməsi və mürəkkəbləşməsi əmək tərbə­yəsinin sistemini təşkil edir.
   
   Pedaqoji proses üçün ayrılan vaxt ərzində şagirdlərin hamılıqla faydalı əməkdə iştirak edib təlim məqsədinin  reallaşdırılmasına nail olmaqda müəllimin çətinliklərlə üz­ləş­diyinin şahidi oluruq. Burada ilk növbədə əməyə maraq aşılanmalı, mahiyyəti dərk etdirilməlidir. İzah olunmalıdır ki, əmək insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti olub onun tələbatını ödəməyə xidmət edir. Bəşər tarixi yarandığı vaxtdan əmək vasitəsilə insan özü ilə təbiət arasında münasibəti tənzim­ləyir. İnsan əmək prosesində özünü və eləcə də təbiəti dəyişir. Bu zaman o yeni imkanlarını aşkarlayır. Əmək in­sanın dünyaya bağlılığının ilk faktorudur. Yaradılan daxili maraq şagirdlərin pedaqoji prosesdə fəllığını artırır.
 
   Aparılan araşdırmadan aydın olur ki, ibtidai sinif şa­girdlərinin əmək hazırlığının formalaşmasında “Azər­bay­can dili”nin geniş imkanları vardır. Şagirdlərin əmək hazır­lğını şərtləndirən yeni söz və terminlərin lüğətini tərtib etməkdə 2.1. standartının (“Qarşılaşdığı yeni sözlərin mə­na­sını başa düşdüyünü nümayiş etdirir”) tətbiqi didaktik əhəmiyyət kəsb edir. Bu məqsədlə digər fənlər üzrə tədris olunan mövzuların yeni söz və terminlərin lüğətini tərtib etmək üçün geniş imkanlar yaranır.
 
 
Əmək hazırlığı şagirdlərdə iş yerini təşkil etmək, emal texnologiyaları və vasitələri seçmək, fəaliyyət pro­sesini nizamlamaq, zəruri düzəlişlər aparmaq, nəticələri qiymətləndirmək, faydalı təkliflər irəli sürmək kimi mədəni keyfiyyətlər tərbiyə edir.
 
Əmək hazırlığında fənlərin inteqrasiyasının tətbiqi zamanı Blum taksonomiyasından səmərəli istifadə etməklə şagirdlərin idrak fəallığı inkişaf edir. Təlim  məqsədlərinin Blum taksiono­miya­sını tətbiq etməklə reallaşdırılması təd­ris materialının   şagirdlər tərə­findən bütün səviyyələr üzrə (bilmək, anlamaq, tətbiq, təhlil, tərkib, qiymətləndirmə) dərk olunmasını təmin edir.
Texnoloji mədəniyyət yeni sosial iqtisadi şəraitdə şa­girdlərin müstəqil həyata, kütləvi və perspektivli pe­şə­lərə hazırlanmalarını, ümuməmək bacarıqlara yi­yə­lənmələrini, yaradıcı düşüncə əsasında müxtəlif şə­rait­lərə asanlıqla uyğunlaşmalarını təmin edir. Şagirdlərin əmək fəaliyyəti prosesində məntiqi ya­naş­maları onların hər hansı məmu­latın istehsalında mər­hələlərin ardıcıllıqla yerinə yetirilməsi ilə inteqrativ əlaqələr müəyyən­ləş­dirilir. Məmulat hazırla­narkən konstruksiya işləri aparılır. Bunun üçün məmulatın modeli ha­zırlanır, daha sonra  çertyoju tərtib edilir. Çertyoj­la tanışlıqdan sonra müxtəlif texnoloji işlər görmək üçün lazım olan materiallar, alətlər, tərtibatlar müəyyən­ləş­dirilir. Şagirdlərin kiçik yaşlardan əmək hazırlığı for­malaşmış olur.
    
    Ümumtəhsil məktəblərinin I-IV siniflərində fənn kurikulumları ilə tədrisin təşkili təlimin məzmununu, onun strategiyaları və qiymətləndirmənin aparılması kimi yeni­likləri müəllim mükəmməl mənimsəməklə, səmərəli fəaliy­yət göstərmiş olur.
 
 Bu məqsədlə müəllimlər ilkin mərhələdə müvafiq kurs­larda problemlə bağlı bilik və bacarıqlar qazanmaqla kifa­yət­lənməyib, təhsilimizin uğurlarından olan İKT-nin öyrə­nilməsi və səmərəli tətbiqinə nail olmaqla səriştə və peşə­karlıq nümayiş etdirmiş olurlar.
Ümumitəhsil  fənlərinin   hər  birinin  iqtisadi   tərbiyə  im­kanları  vardır. Bu   baxımdan  “Texnologiya”  fənnin   səmərəsi  daha  genişdir. Texnoloji  mədəniyyətin   forma­laş­­dırılması  prosesində  şagirdlər mülkiyyət  və   onun  müx­təlif  növləri, əmək   intizamı, əmək  haqqı, əməyin  təşkili, əmək   bazarı,  bazar  idtisadiyyatı   və  s,  anla­yışlarla   tanış  olur. Pedaqoji  ədəbiyyatda   iqtisadi  tərbiyə  ilə  əlaqədar  şagirdlərin   qazanmış  olduqları  bilik   və  ba­carıqlarının müəyyənləşdirilməsi üçün, iqtisadiyyat  anla­yışının  mahiyyətini, tərbiyənin məzmunu və vəzifələrini, sistemini, bu prosesin ailədən   başlanmasına zərurət olduğu ifadə edilir.
 
    Məktəb təcrübəsində mənimsəmə ünsürlərinin qar­şılıqlı əlaqəsinə laqeydlik halları müşahidə olunur. Bəzən müəllim yeni biliyi şərh edir və ya kitabdan oxutdurur (qavrama mərhələsi), anlama üçün isə xüsusi iş aparmır, birdən-birə möhkəmlətməyə keçir. Bu da təlimdə əzbər­çiliyə, formalizmə gətirib çıxarır.Təlim fəaliyyəti şagirdin müəllim tərəfindən istiqamət­ləndirilən fəal, müstəqil fəaliyyəti olub, dörd başlıca kom­ponenti ilə (təlimin məqsədi və vəzifələri, təlim əməliy­yatları (proses), özünənəzarət və özünüqiymətləndirmə)  ayırd edilir. Bunlar bir-biri ilə şərtlənən müəyyən tamlıq təşkil edir.
 
   Sosial-iqtisadi əhəmiyyət kəsb edən biliyin tətbiqi bacarığına şagirdlərin alışdırılması problem kimi daim tədqiqatçıların diqqətini cəlb etmişdir. Bu didaktik məsə­lənin həllində uşaqlarla əməli işlərin təşkilinin texnolo­giyasını düzgün planlaşdırılması həlledici əhəmiyyət daşı­yır. Problemin həllinə iki cəhətdən (nəzəri və praktik) yanaşılır. Hər bir bacarığın elmi tərəfi onun nəzəri bazası üzərində qurulur. Təlim texnologiyalarında bütün bu mə­sələlər öyrənənlərin pedoqoji prosesdə təfəkkürün (mən­tiqi, yaradıcı, tənqidi) sistemli inkişafını həyata keçirən layihələrdə ehtiva olunur. 
 
  Pedaqoji sistem öz daxilində çoxlu sayda texno­logiyaları birləşdirir. Demək istənilən pedaqoji sistemdə texnolo­giya­ları birləşdirmək funksiyası olsada özü texnologiya de­yildir. Müşahidələr göstərir ki, uşaqlar əməli işlərin fəal iştirakçıları olduqda, müstəqil, tədqiq etdikdə onlarda şəx­siy­yətin psixoloji keyfiyyət göstəricilərindən diqqət, nitq və ünsiyyətin dinamik inkişafı, idrak proseslərinin (duyğu, qavrayış, hafizə, təfəkkür, təxəyyül) və iradi göstəricilərin (hisslər, iradə) qarşılıqlı əlaqədə fəallığı təmin olunur.
 
    Müəllim kurikulim baxımından təlim hazırlığını müa­sir tələblər səviyyəsində formalaşdırmaq üçün, bu sahədə bir çox mühüm anlayışların-milli kurikulum, fənn kurikulumu, məzmun xətti, məzmun standartları, alt stan­dart, qiymətləndirmə standartları, təlim strategiyaları, ümu­mi təlim nəticələri, tədris vahidi, resurslar, şagird nailiy­yətləri və s, mahiyyətini deklarativ, prosedural  və  kon­tekstual biliklər üzrə bacarıqlara malik olduqda  aydın dərk edir.
 
    Dünyada müasir məktəbin müəllimi, onun əməyinin xüsusiyyətləri və bir çox funksiyalarla bağlı səmərəli modellər gerçəkləşdirməyə nail olmuşlar. Pedaqoji ədəbiyyatlarda müəllimin pedaqoji ustalığı iki cəhətdən  (tə­lim zamanı metodun və müəllimin şəxsi keyfiyyətinin aparıcı rol oynaması) səciyyələndirilir.
Təhsil  məktəblinin    müxtəlif   fənlərə  qarşı   se­çimli  münasibətini  ortaya   çıxarır. Bəzi uşaqlarda  müəy­yən  fəaliyyət   növlərinə-təsviri,  musiqi,  quraşdırma   və s.  ma­raq daha tez meydana   çıxır. İbtidai sinifdə peşə fəaliyyətinin müəyyən elementlərini başa düşmək şagird üçün çətindir, ancaq hər  bir   peşədə  elə  bir   sahə  vardır  ki,   onu  əyani  obrazlar,   həyatdan,  tarixdən,  maraqlı hadisələrdən götürülmüş   situasiyalar,   böyük­lə­rin   söhbətləri əsasında təsəvvür  etmək mümkündür. Məhz ona görə peşə aləmi   haqqında olduqca  rəngarəng  düşüncələr   palitrası yaratmaqla, həmin materiallar əsasında şagird peşə aləmini təhlilini apara bilir.
  
   Bazar iqtisadiyyatı şəraitində dünyada gedən qlo­ballaşma, əməksevərlik tərbiyəsininn vacibliyinin daha da aktuallaşdırmışdır. Bu məqsədlə faydalı əməyi tərənnüm edən müxtəlif təlim materiallarının məzmununa müvafiq olaraq: məqsəd, anlayışların şərhi, motivasiyası, problemin qoyulması, idraki taksonomiyanın tətbiqi, iş vərəqi və test nümunələri kimi didaktik tapşırıqlar ibtidai siniflərdə şa­girdlərin  əmək hazırlığının nəzəri və praktik problem­lə­rin həllində müəllimin səriştəliliyini artırır.

    Ümumtəhsil məktəblərinin ibtidai siniflərində şagirdlərin əməyə hazırlığının nəzəri və praktik məsələlərinin səmərəli təşkilində aşağıdakı təkliflərin həyata keçirilməsini faydalı sayırıq:
İbtidai siniflərdə tədris olunan bütün fənələr şa­gird­lərin əmək hazırlığında mühüm vasitədir.Buna baxmayaraq baza kimi, texnologiya fənni və onun fəndaxili və fən­lərarası inteqrsiyası imkanlarından geniş istifadə olun­malıdır.Çünki texnologiya fənni daha çox praktik səciyyə daşıyır. Pedaqoji prosesdə tərbiyəçilərlə tərbiyə olunanların əməyi bir-birinə qovuşmalı və qarşılıqlı təsir münasibətləri yaradılmalıdır.

    Şagirdin düşüncəsinə hörmətlə yanaşmaq, onun təlim fəaliyyətini daim stimullaşdırmaq vacibdir. Əmək hazır­lığında tədris olunan fənlərin  imkanlarını fənlərarası inteq­rasiya əsasında inkişafına  diqqət göstərilməlidir.
Şagird qazanmış olduğu mə­­lumatı (informasiyanı)  başa düşmək üçün “inkişaf” sistemində təhliletmə səviyyəsində  bir ne­çə his­səyə ayırmalı, tədqiqat apar­malı, müqayisə etməli, ya­radıcı təfəkkür əsasında mə­mu­lat­ların  qrafik təsvirini,  çert­yoj­larını, texnoloji xə­ri­təni, çək­mək və oxumaqla bağlı ilkin bilikləri sadə for­­mada çatdırmaqla,  nəticədə texnoloji mədəniyyət nümayiş  et­di­rə bilər.
İntellektual əmək –emosional və əqli gərginlik, na­məlumu dərk edən tədqiqatçı tərəfindən yerinə yetirilən təfəkkür fəaliyyətidir. Belə əmək tədris prosesində real­laş­dırılaraq, müəllim öyrənənlərin naməlumun sərbəst axtarı­şını stimullaşdırmağa nail olmalıdır.
    Təcrübə göstərir ki, birnci sinifə qəbul olunan uşağın idrak fəallığı müəyyən qədər ləngiməyə başlayır. Çünki uşaq məktəbəqədər olan dövrdə daha sərbəst olur ətrafda baş verən bütün dəyişikliklərə tədqiqatçı kimi münasibət göstərir. İlk gündən uşaq məktəbdə elə bir təlim mühitinə düşür ki, burada ondan vərdiş etdiyi, öyrənmə metodundan əl çəkmək tələb olunur. Bir qayda olaraq müəllim tələb edir ki, uşaq ancaq ona qulaq asıb dediklərini yadda saxlasın. Bu zaman müəllim təlim prosesinin fəal iştirakçısı olub əməyə hazırlıqla bağlı şagirdə nəyi və necə dərk edilməsini diktə edir. İllərlə həyata keçirilən bu səmərəsiz təlim nə­ticəsində şagirdin dərketmə imkanları azalır. İdrak fəallığı üçün yeni pedaqoji texnologiyalardan faydalanmaq lazım­dır.
   
    Azərbaycanda üç mərhələdə (1999-cu il-hazırlıq; 2000-2003-cu illər-sosial-iqtisadi sabitliyini təmin edən prob­lemlərin həll olunması, təşkilati-hüquqi-normatib, kadr, maliyə, maddi-texniki, elm, tədris-metodiki, infor­masiya təminatı, yeni idarəetmə modelinin yaradılması; 2004-cü ildən sonra proqramda nəzərdə tutulan bütün təd­birlərin keçirilməsi yolları əhatə olunur) reallaşan təhsil islahatı proqramının həlli istiqamətində müəllim müxtəlif formalarda biliyini artırmaqla qazanmış olduğu səriştəni şagirdlərin  əməyə hazırlığına yönəltməyi bacarmalıdır.
 Pedaqoji prosesin təşkili və  təlim texnologiyalarının tətbiqi, “necə öyrətmək?” sualını cavab­lan­dırır. Tədris prosesinin təşkili və ona təsir göstərən amillər öyrədici mühitə daxildir, öyrənənin hansı şəraitdə öyrən­diyini şərtləndirir.Pedaqoji prosesin bütün komponentlərini xarakterizə edən cəhətlər barədə informasiyalar əldə etmək üçün mo­nitorinq və qiymətləndirmə həyata keçirilməlidir.
   
 
Tədris prosesində fəal təlim metodlarının düzgün   tət­biqi bir çox cəhətdən təhsilin keyfiyyətinin yüksəl­dil­məsini optimallaşdırır, şagirdlərin əmək hazırlığının nəzəri və praktik cəhətdən təfəkkür imkanlarını (müstəqil dü­şünmək və sərbəst nəticə çıxarmaq, onların fəallığı qısa vaxt ərzində daha çox informasiyanın qazanılması, tədqiqat vərdişlərinin formalaşması, əməkdaşlığın və qarşılıqlı hör­mətin təmin olunması) inkişaf etdirmiş olar.
 
 
Məktəbdə təlimlə yanaşı oyun şagirdin başlıca fəa­liy­yətlərindən biri olmaqla onun inkişafında mühüm əhə­miyyət kəsb edir. Oyunda əl hərəkətləri və əqli əməliy­yatlar tamamlanır. Ona görə birincilərin peşə marağı möv­zusuna aid, hər hansı sadə əməliyyatlarla bağlı 2-3 psixoloji oyun daxil  edilməklə, diqqətin, mənimsəmə və düşüncənin vəhdəti təmin edilməlidir.
 
Nəticə olaraq qeyd etmək istəyirəm ki, şagird əməyinin mahiyyətinin elmi baxımdan araşdırılması həmişə aktuallıq kəsb etmişdir.
 
 
“Təhsil” ,
15 yanvar 2024 ci il
 
 
 


Tarix: 15-01-2024, 22:34

Xəbəri paylaş