ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İDEYALARININ İŞIĞINDA
Gələcək nəslin sağlam, xoşbəxt, firavan yaşaması Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin ən vacib istiqamətlərindən olub. Heç təsadüfi deyil ki, Azərbaycan 1994-cü ildə BMT-nin “Uşaq hüquqları” Konvensiyasına qoşulub. Bu Konvensiyaya qoşulmaqla ölkəmiz uşaq hüquqlarına yüksək dəyər verdiyini, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində addımlar atdığını bir daha təsdiqləyib.
Ümummilli Lider öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi böyüməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Onun ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün qərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olub. O deyirdi ki, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.
Bu gün Ulu Öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadəti Ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycan uşaqlarının həyatında yeni bir mərhələdir.
Mən də bir müəllim kimi Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsində öz əməyimi əsirgəmirəm və əzmlə çalışıram.
Sevil Cəfərova, Quba rayonu
1-ci Nüqədi kənd 2 nömrəli
ümumi orta məktəbin ibtidai sinif müəllimi
Tarix: 28-10-2023, 21:33
Xəbəri paylaş