“NUR ŞƏHƏRİNİN DİL YADDAŞI”
Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun rəhbərliyi ilə “Nur şəhərinin dil yaddaşı” adlı (“Elm və təhsil”, 2023-cü il) dialektoloji lüğət tərtib edilmişdir.
Lüğətdəki sözlərin toplanmasında müəllimlərlə birgə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr də yaxından iştirak etmişlər. Onlar Mingəçevirin yaşlı sakinləri ilə görüşmüş, dialektoloji materiallardan, çap olunmuş lüğətlərdən, monoqrafiyalardan istifadə etmiş, ədəbi dilimizdə işlənməyən, lakin Mingəçevir şəhər şivəsində mühafizə olunan mindən artıq söz toplamışlar.
Lüğətin sözlüyü sübut edir ki, Mingəçevir ərazisi həqiqətən qədim və əbədi türk yaşayış məskənidir. “Ön söz”də qeyd olunduğu kimi, yerli əhali ilə ətraf ərazilərdən vaxtilə köçüb gəlmiş və Mingəçevirin salınmasında bilavasitə iştirak etmiş insanların iş birliyi zaman keçdikcə həm də “dil birliyinə” çevrilmiş, daha döğrusu, vahid şəhər şivəsini formalaşdırmışdır.
Xalqımızın və dilimizin tarıxi ilə bağlı bir çox əlamətlər Mingəçevir şəhər şıvəsində qorunub saxlanır. Bu şıvədə işlənən qədim türk mənşəli sözlərin doğmaliğı insanı heyrətdə qoyur: “çalkeçir” (məhəccər), “de:cilik” (xəbərçilik), “dö:ürə” (məcməyti), “qıymaz” (xəsis), “micir” zəif) və s. Mingəçevir şəhər şıvəsinin kənd təsərrüfatına, maldarlığa, balıqçılığa və gəmiçiliyə, meşəçilik və bağçılıq təsərrüfatına, ev və çöl heyvanlarına , ev əşyalarına, adət- ənənələrə dair zəngin terminoloji leksikası öz orijinallığı ilə fərqlənir.
Kitaba AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova və Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya elmləri doktoru Flora Namazova rəy vermişlər.
MDU-nun “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında II kursda tədris olunan “Azərbaycan dilinin interregional xüsusiyyətləri” fənni üçün (payız semestri, 15 saat mühazirə, 30 saat praktik məşğələ) nəzərdə tutrulmuş bu vəsaitdən tələbələr, mağistrantlar, tədqiqatçilar, eləcə də geniş oxucu kütləsi faydalana bilər.
“Nur şəhərinin dil yaddaşı” (Mingəçevir şəhər şivəsinin qısa lüğəti, təkmilləşdirilmiş ikinci nəşr) Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuşdur.
Tarix: 20-10-2023, 12:52