Pedaqoji texnologiya sistemində yeni təlim texnologiyalarının səciyyəsi
İnsanlar hər bir dövlətin həqiqi sərvətidir. Davamlı modernləşmə ali təhsil sisteminin infrastruktunda, xüsusi olaraq onun idarə olunması və maliyyələşdirilməsində, təhsil proqramlarının məzmununda və tipologiyasında, tədris-təlim prosesinin xarakterində öz müsbət təsirini göstərir. Ali təhsil modelinin yeniləşdirilməsi eyni zamanda onun keyfiyyətinin yüksəldilməsi ilə müşahidə olunur. Ali təhsil müəssisələrinin effektivliyinin və keyfiyyətinin qiymətləndirilməsi, bu gün pedaqoji ali təhsilə, bütövlükdə hər bir təhsil müəssisəsinə cəmiyyət tərəfindən olan ciddi tələblərlə bağlıdır. Təhsil sistemi müasir cəmiyyətin inkişafının tələblərinə cavab verən mütəxəssis, eyni zamanda kamil insan formalaşdırmalıdır. Pedaqoji kadr hazırlığı aparan təhsil müəssisələrinin kadr potensialı və maddi-texniki bazası nəzərə alınmadan, çoxlu sayda təhsil müəssisələrində ilkin pedaqoji kadr hazırlığına icazə verilmişdir.
Pedaqoji yönümlü ali təhsil sisteminin keyfiyyət təminatında, səmərəli idarə olumasında, maliyyələşməsində və digər sahələrdə islahatın taleyi, birinci növbədə, təhsil müəssisələrinin auditoriyalarında nələrin baş verdiyindən, tədris prosesinin əsas iştirakçıları, yəni müəllim və tələbələr arasında pedaqoji qarşılıqlı təsirlərin xarakterindən çox asılıdır. Təhsilin keyfiyyəti ilə bağlı məsələlərin təhlili göstərir ki, ilk növbədə onun mahiyyət xarakteristikaları nəzərə alınmadan təhsilin yaşaması, mövcudiyyəti mümkün deyildir. Bu xarakter əlamətlər çoxluğu təhsilin unikallığının əsas göstəriciləridir. Belə sistemyaradan əlamətlərin çoxluğu, şübhəsiz, təhsilalanlar və təhsilverənlər arasındakı xüsusi növ münasibətlərin əsasında pedaqoji qarşılıqlı təsirlərin xarakterik xüsusiyyətləri durur. Bu gün belə münasibətlər müntəzəm olaraq müəllim və tələbənin tədris-təlim prosesində roluna, onların kompetensiyalarına xüsusi tələblər qoyaraq dəyişir. Bunların nəzərə alınmaması keyfiyyətin idarə olunması fəaliyyətinin imitasiyasına (təqlid edilməsinə) gətirib çıxara bilər və modernləşməni heçə endirər.
Müasir dövrdə məlumdur ki, müvəffəqiyyətin təminatı tələbələr tərəfindən elmi anlayışların, məlumatların mənimsənilmə sayından deyil, peşəkar va açar kompetensiyaları sistemləşdirməkmövcud informasiyalar əsasında yeni informasiyaların əldə olunma qabiliyyəti ilə müəyyən edilir. Ona görə də müəllimin yeni vəzifəsi, təhsilalanların sərbəst idrak (dərk etmə) fəaliyyətinin, məhsuldar dialoq əsasında həqiqətin birlikdə axtarışı kimi fərdi tədris prosesinin qurulmasından ibarət olmalıdır. Bu təhsilvermə prosesinin dialoqlu qurulmasına uyğun olub dissensus (sensualizm-idrakın yeganə mənbəyi duyğular olduğunu iddia edən fəlsəfi cərəyan) proses adlanır. Müəllimlərə və tələbələrə tədris prosesində tərəf müqabili və ya tərəfdaş kimi baxılır. Bu işin əsasında, qabaqcadan təhsilalanlara cavabı məlum olmayan məsələlərin həllində birğə fəaliyyətin strateji layihələndirmə və komanda formasında işin təşkili dayanır. Belə sistemdə müəllimin ənənəvi rolunun forması dəyişir. Onun fəaliyyətinə kommunikasiyanın təşkili, sahə və texnoloji ekspert, layihə işlərinin rəhbəri kimi funksiyalar əlavə olunur.
Göstərilən tələblərə uyğun pedaqoji prosesin təşkilində olan çətinliklər təkcə didaktik yeniliklərlə bağlı olmayıb, ali təhsil sistemində tələbə kontingentinin kütləviliyi şəraitində müəllim-tələbə xarakterik xüsusiyyətlərindən, eyni zamanda onların müxtəlif səviyyəli hazırlıqlara malik olmasından da çox asılıdır. Ona görə də səmərəli müəllim-tələbə münasibətlərinin qurulmasında və pedaqoji qarşılıqlı təsirlərin xarakterik xüsusiyyətləri nəzərə alınmasında tələbələr sistemini deferensiallaşdırmaq, bu münasibətlərdə fərdi təhsil trayektoriyasında qurulmasının təmini, mənimsəmədən geri qalan öyrənənlərə pedaqoji köməyin göstərilməsi, istedadlı təhsilalanların fərdi tədqiqatçılıq fəaliyyətinin dəstəklənməsi, onlar üçün müvafiq şəraitin yaradılması təmin olumalıdır. Bu halda müəllim təkcə öz fənnini öyrətməklə kifayətlənməməli, o, tədris-təlim prosesinin təşkilinə dair kompetensiyaların və onun keyfiyyətinin qiymətləndirilməsinə dair bacarıqlarınformalaşmasınıtəminetməlidir.Müəllimlər təhsilalanlarda şəxsi-peşəkar inkişafı təmin edərək, dəyərlər sisteminin korreksiyasının təmin olunması istiqamətində özfəaliyyətini yeniləşdirirlər. İnformasiya texnologiyalarının sürətli inkişafı insanın daha rahat (komfort) yaşamasına imkan verən virtual dünyanın yaranmasına səbəb olmuşdur. Belə tendensiya çərçivəsində gənc insanların təfəkkürü inikasa (əks etdirməyə) deyil, həqiqətin təcrübə yolu ilə modelləşdirilməsinə istiqamətlənir. Tədris materialının mənimsənilməsi birbaşa müəllimin nəzəri bilikləri və peşəkarlıq səviyyəsinin inkişafının perspektivləri arasında olan əlaqələrdən asılıdır. Müasir təhsil alanların sağlam praqmatizmi (gerçəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan) təhsil proqramlarının məzmunu onlar tərəfindən qəbul olunmasına inamı azaldır. Bu baxımdan tələbə və müəllimlər arasındakı yeni münasibətlərin təşəkkül tapması üçün pedaqoji qarşılıqlı təsirlərin yeni tip əlaqələrin yaradılmasına olan tələblər ali təhsilin müasir çağırışları kimi dəyərləndirilməlidir.. Eyni zamanda bizim və xarici ölkələrin təhsil sistemində toplanmış pozitiv təcrübənin qəbul olunması və yayılması təqdirə layiqdir. Birinci növbədə belə təcrübəni aşağıdakı kimi də yərləndirmək olar:-
• Ali məktəb müəlliminin səriştəlilik (kompetentlik) modelinin və moderinləşdirmənin onun kvalifikasiyasına və müasirləşdirilmə tələblərinə müvafiq yeniləşdirilməsi;
• Tədris prosesinin məzmunun, forma və şərtlərinin müasir tələblər səviyyəsində dəyişdirilməsi;
• Tələbələrin tədris prosesinin təşkilinə və keyfiyyətin idarə olumasına geniş cəlb edilməsi.
Ali məktəb müəllimlərinin pedaqoji fəaliyyətinin ənənəvi funksiyasının məzmunu müasir yanaşmalarla zənginləşməli və səriştəlilik səviyyəsi yüksəlməlidir. Bu prosesin didaktik funksiyası, məhsuldar tədris-təlim mühitinin yaradılmasını, təşkilati funksiyası isə müəllimin mövqeyini moderator kimi müəyyən edib, təlim prosesini stimullaşdıraraq kommunikasiyanın inkişafının təmin olunmasını tələb edir. Təlimin elmi-metodiki funksiyası təhsilalanların şəxsi biliklərini daima artıraraq, səriştəlilik səviyyəsinin yüksəldilməsi ilə bağlı bacarıqların formalaşdırılmasını, qiymətləndirmə funksiyası isə təhsilalanların təlim nəticələrinin obyektiv və əsaslandırılmış formada ekspertizasının təmin olunmasını əsas vəzifə kimi qarşıya qoyur.
Səriştəli – səmtləşdirilmiş təhsil modeli tədris-təlim prosesində inteqrativ tendensiyaları gücləndirir. Yeni təhsil standartlarının reallaşdırılması müəllimlərin yaradıcı qarşılıqlı təsirlərinin nəinki kafedralarda, eyni zamanda kafedralararası səviyyədə inkişafını önə çəkir. Səriştəliliyin formalaşdırılması razılaşdırılmış hərəkətlər nəticəsində, ali məktəb müəllimlərinin ümumi məqsəd ətrafında əməkdaşlığı formasında həyata keçirilməlidir. Səriştəli kadrların (xüsusi halda gənc müəllimlərin) hazırlanması kollektiv bir məqsəd ətrafında birləşdikdə və kollektivin bütün üzvlərinin tədris prosesinin ümumi məqsəd ətrafında əməkdaşlığı formasında həyata keçirilməlidir. Səriştəli kadrların (xüsusi halda gənc müəllimlərin) hazırlanması kollektivi bir məqsəd ətrafında birləşdikdə və kollektivin bütün üzvlərinin tədris prosesinin ümumi dəyərini nəzərə alaraq fəaliyyət göstərdikdə təmin oluna bilər. Araşdırmalar göstərir ki, komanda prinsipi əsasında fəaliyyətin bütün mərhələlərində, yəni tədris kurslarının inteqrativ xarakterli planlaşdırılmasından son attestasiyayadək işin reallaşdırılması müvəffəqiyyətin əsasını təşkil edir. Bu isə ümumi bir metodologiya əsasında fənlərin və modulların məzmununun və müəllimin manevrasının birgə refleksiyaya uyğunlaşdırılmasını qarşıya qoyur.Pozitiv pedaqoji praktikanın genişləndirilməsi və möhkəmləndirilməsi tədris-təlim prosesinin metodiki təminatını yeni yanaşmalarla koordinasiya etməyə geniş şərait yaradır. Belə fəaliyyət prosesin mərhələlərinin müvafiq səviyyədə detallaşdırlmasını, yəni hər bir mühazirəni, seminarı, praktik məşğələni müasir tələblər əsasında qurmağı yüksək dəyərləndirir. Öyrədən öyrənən arasındakı qarşılıqlı münasibətlərdə nələrin baş verdiyini və verəcəyini, tədris prosesinin məzmunun, istifadə olunan metodika və texnologiyaların qarşılıqlı təsirlərin variasiyalarının qiymətləndirmə prosedurlarının və çətinliklərin modelləşdirilməsi nəticəsində həyata keçirilməlidir. Ancaq bunların hesabına tədris-təlim prosesinin nəzərdə tutulmuş ritmi saxlanılar və inkişaf etdirilə bilər..
Metodiki materialların keyfiyyəti, bütövlükdə təlim prosesinin əsas keyfiyyət göstəricilərindən biri hesab edilir. Standartlar və nümunəvi proqramlar, tədris prosesinin birinci səviyyəsinin layihələndirilməsinə uyğun gələn çərçivə sənədlərdir. Bu sənədlər nəticəyə müəyyən tələblər qoysa da, səmərəli təlimin qurulmasına kifayət etmir. Bu gün təlim prosesinin səmərəli və əsaslandırılmış formada sənədləşdirilməsinin bir səbəbi də müasir təhsil paradiqmalarının və təlim texnologiyalarının tələblərinə cavab verən dərslik və dərs vəsaitlərinin olmamasıdır. Yeni nəsil təhsil standartları ənənəvi mühazirələrin həcmini və təşkilini məhdudlaşdırır və dərslərin inteqrativ formada təşkilinə üstünlük verir. Pedaqoji ali təhsil müəssisələrində tədris-təlim prosesinin təşkili, başqa təhsil müəssisələrindən fərqli olaraq konservativ xarakter daşımalıdır. Ali təhsil müəssisəsinin tələbləri əminliklə müəyyən etməlidirlər ki, aldıqları təhsil, qazandıqları bilik onların potensialının reallaşdırlılmasına imkan verəcəkdir. Yüksək ixtisaslı, ruh yüksəkliyi ilə işləyən səriştəli müəllimlər və müasir tələblərə cavab verən təhsilalanlar tələbələr olmadan, tələbə-müəllim pedaqoji qarşılıqlı təsirlərin yeni modellərinin tətbiqi həyata keçirilmədən təhsil öz keyfiyyətini itirir. Azərbaycan təhsil sistemində Dövlət Strategiyasının tələblərinə uyğun yeni səmərəli ideyaların tədris prosesinə gətirilməsinin intensivliyi artırılmalıdır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, tədris-təlim prosesinin məzmununa və şərtlərinə qoyulan tələblərin təzələnməsi, təhsilverənlərin və təhsilalanların fəaliyyətinin müasirləşdirilməsi reallıq olub, zamanın tələbi kimi dəyərləndirilməlidir. Cəmiyyətdə təhsilin, elmin inkişafı innovasiyaların tətbiqinə geniş imkanlar yaratmışdır. Yeni ideyaların, elmi biliklərin, texnologiya və yüksək səmərələliyə malik innovasiyaların tətbiqi kadr hazırlığında intellektual səviyyənin yüksəlməsinə, onların müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirməkyə imkan yaradır. Müasir müəllim daim təhsildə tətbiq edilən innovasiyalarla yaxından tanış olmalı, bilməli, anlamalı və tətbiq etməlidir.
Zülfiyyə Vəliyeva
ADPU ETM-nin elmi əməkdaşı
Respublikanın Əməkdar Müəllimi
Tarix: 9-10-2023, 11:40
Xəbəri paylaş