İnklüziv təhsildə rus dili və ədəbiyyatı fənninin tədrisi metodikası
Fəridə BAYRAMOVA
ADPU-nun nəzdində Azərbaycan
Dövlət Pedaqoji Kollecinin
rus dili müəllimi
Sağlamlıq imkanları məhdud uşaqların təhsil problemləri bu gün ən aktual problemlərdən biridir. Bu onunla bağlıdır ki, sağlamlıq imkanları məhdud uşaqların sayı durmadan artır. Hazırda ölkə ərazisində 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq vardır. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunmuşlar. Sağlamlıq imkanları məhdud uşaqlar xüsusi və son dərəcə müxtəlif tərkibli uşaqlar qrupudur. Buraya eşitmə məhdudiyyətli, görmə məhdudiyyətli, ağır nitq qüsuru olanlar, dayaq-hərəkət aparatının funksiyaları pozulanlar, əqli cəhətdən geri qalanlar və s. pozuntuları olan uşaqlar daxildir.
Dünyanın bir çox ölkələrində (Böyük Britaniya, ABŞ və s.) xüsusi qayğıya ehtiyacı olan uşaqlar digər yaşıdları ilə birlikdə ümumtəhsil məktəblərində təhsil alırlar. İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin əsas prioritetlərindəndir.
Müasir dövrdə təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyi və onların təhsili üçün maneəsiz mühit yaratmağı əsas məqsəd kimi qəbul edir. Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilmişdir.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində İnklüziv təhsil ixtisasında da sağlamlıq imkanları məhdud tələbələr təhsil alırlar. .Qruplarda eşitmə qüsurlu, serebral iflic, əqli geriliyi (yüngül dərəcədə), görmə qabiliyyəti zəif olan və s.tələbələrlə dərs keçirik. Yüksək intellektə və müxtəlif inkişaf səviyyələrinə malik tələbələr də sağlamlıq imkanları məhdud tələbələrlə birlikdə təhsil alırlar. Bu cür tələbələrlə işləyən hər kəs bilir ki, onlarla əlaqə qurmaq, diqqətini tədrisə yönəltmək, dərsi tələbəni maraqlandıracaq şəkildə qurmaq nə qədər çətin və məsuliyyətlidir. Bu, həm tələbələrin birgə öyrənmə fəaliyyətini, həm də müəllimin dərsə hazırlığını xeyli çətinləşdirir. Belə bir sinifdə işləmək üçün pedaqoq korreksiya, tədris, tərbiyəvi və inkişafetdirici vəzifələrin prinsiplərini birləşdirməlidir.
Məlumdur ki, rus dilinin öyrənilməsi ən çətin dillərdən biri hesab olunur. Çünki rus qrammatikası qaydaları çox mürəkkəbdir və bir çox istisnalar vardır. Bundan əlavə, bir çox tələbə tələffüzlə bağlı problem yaşayır. Sözlərdə vurğu əsasən gözlənilməlidir və çoxlu homofonlu isimlər var. Ona görə də rus dilini asan öyrənməyin yollarından istifadə etmək daha məqsədəuyğun olar. İlk növbədə rus dilində kiril əlifbasını öyrədirəm. Hər hərfin özünəməxsus səsi var. Bu əlifbanı öyrənmək rusca - azərbaycanca lüğətdən istifadə etməyə imkan verəcək. Onlayn proqramlardan istifadə etmək də olar. İnternetdə kiril əlifbasını öyrənməklə bağlı çoxlu videolar və onlayn dərslər var. Tələbələrə məsləhət görürəm ki, rus dilini öyrənəcəyiniz proqramları telefonlarına yükləsinlər. Belə olduqda rus dili səviyyənizdə xeyli irəliləyişlər olacaqdır.
Növbəti mərhələdə bəzi isim və sifətləri öyrətməkdir. Ən çox istifadə olunan isim və sifətləri əzbərlətməklə danışıqları rahat şəkildə başa düşəcəklər. “Ev”, “ana“,“kitab”, “qara”, “vətən”, “çörək”, “soyuducu” kimi müntəzəm olaraq rastlaşdığımız isim və sifətlərə diqqət yetirirəm. Bu, lüğətin yadda qalmasını asanlaşdıracaq, çünki üşaqlar onları həmişə görəcək və rus sözlərini xatırlayacaqlar.
Əsas cümlələri birləşdirə bilmək üçün daha çox feillərə ehtiyac olacaq. Buna görə də ən çox işlədilən feilləri əzbərləmək lazım gəlir. Hətta həmin feilləri bir dəftərə yaxud kompüterlərinə yazdıraraq daim səsli şəkildə təkrarladıram.
Tədris zamanı sağlamlığa zərər verməyən texnologiyalara xüsusi diqqət yetirirəm. Belə tələbələrlə ünsiyyət qurmağa başlayanda mənə aydın oldu ki, hər kəsə fərdi yanaşmaq lazımdır, çünki sağlamlıq imkanları məhdud olan tələbələrin cəmiyyətin qanunlarına və şərtlərinə alışması və uyğunlaşması çətindir.
Tədrisə təqvim və tematik planlaşdırmanı hazırlamaqla başlayıram. Mən korreksiya - inkişafetdirici tapşırıqlara - nitqin inkişafına (fonetik, leksik, morfoloji, sintaktik) xüsusi diqqət yetirirəm. Sağlamlıq imkanları məhdud olan tələbələrlə işləyərkən təlimin çoxsəviyyəli diferensiallaşdırılması zəruridir. Tədris prosesinin müxtəlif mərhələlərində geniş istifadə edirəm: yeni materialın öyrənilməsi; fərqli ev tapşırığı; əhatə olunan materialın mənimsənilməsinin davamlı sınaqları; səhvlər üzərində işin təşkili; möhkəmlətmə dərsləri.
Tədris materialı kiçik hissələrdə təqdim edilməlidir. Hər dərsdə apardığım lüğət və orfoqrafiya işləri diqqətin, təfəkkürün, yaddaşın, nitqin inkişafında müsbət rol oynayır. Bu, tələbələrin diqqətini cəmləşdirməyə kömək edir. Bu zaman lövhədə vizual qavrayış üçün sözlər yazmağınızdan əmin olun. Tələbələrin mövzuya marağını artırmaq üçün müxtəlif üsullar mövcuddur: 1) əyləncəli (bu kateqoriyada olan tələbələr qeyri-adi və maraqlı məlumatlara son dərəcə həssaslıqla yanaşırlar); 2) tələbələrin təhsil fəaliyyətinin yekun nəticəsinə marağı; 3) müəllimin tələbəni tərifləməsi və fəaliyyətinin müsbət qiymətləndirməsi səyləri belə onlar üçün çox vacibdir.
Yazılı nitq çoxsaylı əməliyyatlardan ibarət olduğu üçün bu kateqoriyalı tələbələr üçün (xüsusilə serebral iflic, əqli gerilik) mürəkkəb prosesdir. Yazı sözün dəqiq və ardıcıl fonemik təhlilini, səsləri müvafiq fonemlərlə əlaqələndirməyi əhatə edir. Sağlamlıq imkanları məhdud olan tələbələr üçün nitqin inkişafı dərsləri leksik tapşırıqlarla zəngin olmalıdır - bu, müxtəlif nitq bacarıqlarının formalaşmasına birbaşa təsir göstərir.
Tələbələr verilən sualları cavablandırmağı, sadə, sonra mürəkkəb cümlələr qurmağı, dialoq və monoloq qurmağı öyrənirlər. Hesab edirəm ki, sistemli nəzarət olmadan yaxşı nəticələr əldə etmək mümkün deyil. Hər dərsdə ev tapşırığının yerinə yetirilməsini yoxlayıram və mövzunu test tapşırıqları ilə möhkəmləndirirəm. Tələbələrin biliklərində aşkar edilmiş boşluqları aradan qaldırmaq üçün əlavə fərdi dərslərin təşkili tələb olunur.
Sağlamlıq imkanları məhdud olan tələbələrdə əyani vəsaitlərdən (diaqramlar, cədvəllər, sxemlər və s.) istifadə olunan dərslər daha effektlidir. Növbəti dərsdə həmin tələbələr lövhədə tapşırıqlarını təkrar yerinə yetirirlər. Tələbə tapşırığı uğurla yerinə yetirdikdə, bu, ona ümid verir. Fərdi yönümlü tapşırıqları yerinə yetirməklə, öz imkanlarına inanmaları və müvəffəqiyyət hissi yaşamaları vacibdir ki, bu da öyrənmək istəyini doğuran ən güclü vasitəyə çevrilməlidir.
Dərslərimdə tələbələrin diqqətini, yaddaşını və təfəkkürünü inkişaf etdirməyə kömək edən üsullardan istifadə edirəm. Sözlərdə və ifadələrdə buraxılmış hərfin tapılması, əlavə sözün tapılması, səhvlərin düzəldilməsi ilə bağlı tapşırıqlara geniş yer ayırıram. Sağlamlıq imkanları məhdud, o cümlədən əqli geriliyi olan tələbələrdə maarifləndirici keyfiyyətləri formalaşdırmaq məqsədilə səyahət dərsləri, oyun dərsləri, viktorina dərsləri, nağıl personajlarından nümunə, sinifdənkənar dərslər təşkil edirəm.
İnformasiya və kommunikasiya texnologiyaları praktiki problemlərin həllinə kömək edir: orfoqrafiya və durğu işarələri bacarıqlarını güclü inkişaf etdirir, lüğəti zənginləşdirir və genişləndirir, tələbələrin biliklərinin formalaşdırılması üzrə işləri təşkil edir. İKT-dən istifadə etməklə diaqramların və cədvəllərin qurulması vaxta qənaət etməyə və materialı daha estetik dizayn etməyə imkan verir. Məsələn, serebral iflic olan tələbə yavaş-yavaş yazırdı. Ancaq kompüterdə esse yazmaq onun üçün çox asan idi və o, tapşırıqları uğurla yerinə yetirdi.
Bu cür tələbələrlə işləyərkən yadda saxlamalıyıq ki, onlara çatdırılan bütün məlumatlar bir neçə dəfə təkrarlanmalıdır, çünki tələbələrdə yaddaşın zəifləməsi onların təhsildəki çətinliklərinin əsas səbəblərindən biridir. Həm də öyrəndiklərini tez unudurlar, səhvlərini nadir hallarda görürlər. Buna görə də tədris aşağıdakı istiqamətlərdə aparılmalıdır: fərdi tapşırıqların seçilməsi, yorğunluğun bədən tərbiyəsi ilə aradan qaldırılması, tələbələrin uğrunu təşviq etmək, öz gücünə və imkanlarına inamı inkişaf etdirmək, o cümlədən maarifləndirici oyunlar, əyləncəli materiallar və s. təqdim etmək. Sağlamlıq imkanları məhdud olan tələbələr üçün rus dilində bütün fənlər və testlər üzrə yazılı tapşırıqların yerinə yetirilməsinin həcmini və sürətini azaltmaq lazımdır.

Tarix: 3-10-2023, 21:23
Xəbəri paylaş