Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Analar Günü - Adın Şərəflidir Sənin Ey Qadın...






 
 

NAZİLƏ ƏLİYEVA,
Bakı şəhəri 177 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi
 
 
 
   Azərbaycan qadınının emansipasiyası tarixi bir hadisə, böyük inqilabdır
 HEYDƏR ƏLİYEV
 
Azərbaycan qadını tarix boyu ağlı, zəkası, namusu ilə millətini hədsiz dərəcədə sevmiş və cəmiyyətdə aparıcı qüvvə olmuşdur. O, tarixin bütün dövrlərində istər müharibələrdə, istərsə dövlət idarəçiliyində öz sözünü demiş şəxsiyyət olmuşdur.
Azərbaycan qadını ailədə ana olmaqla bərabər siyasətçi, məmur və deputat kimi öz vəzifəsini layiqincə yerinə yetirmişdir.
Tarixdə öz dəst-xətti olan Uzun Həsənin anası Sara Xatun, Həcər xanım, Nigar xanım və digərləri Azərbaycana, onun tarixinə qəhrəman qadın kimi yaddaşlara həkk olmuşlar.
XIX yüzillikdə yaşayan romantik şair Məhəmməd Hadi yazmışdır:
 
Qoymuş miləl imzasını övraqi həyatə,
Yox millətimin imzası imzalar içində.
 
 

   Lakin Ulu Öndər Heydər Əliyev sovet dönəmində Azərbaycan qadınının  cəmiyyətdə nüfuzunu qaldırmış, onların kişilərlə bərabərhüquqlu olmalarını vurğulamış və öz qərarları ilə təmin etmişdirMəhz həmin dövrdə cəmiyyətin müxtəlif sahələrində çalışan qadınlar haqqında filmlər çəkilmiş və mahnılar bəstələnmişdir.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Hazırda Azərbaycan qadınları təhsildə, elmdə və mədəniyyətdə layiqincə təmsil olunmuşlar. Həqiqətən də imzalar içində imzası olmayan Azərbaycan qadını üçün 1975-ci ildə bütün yer kürəsində Beynəlxalq Qadın İli elan edildi.

          Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Məhz 1998-ci ildə Azərbaycan  Qadınlarının Birinci Qurultayında ölkəmizdə Qadın hərəkatının əsası qoyulmuşdur.
Bizə məlumdur ki, 2021-ci il Azərbaycanla konstruktiv əməkdaşlıq edən İCESCO-nun xətti ilə Qadınlar İli  elan olunmuşdur.
Zamanla müqayisədə müasir dövrümüzdə Azərbaycanda qadınların savadlılıq səviyyəsi yüksək nəticələr əldə etmişdir. Bu işdə əsas rol oynayan İCESCO və YUNESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın yürütdüyü uğurlu siyasətin nəticəsidir. Təhsilimizin hamisi, birinci xanım qadın və qızların bütün sahələrdə işləməsini zəruri hesab etmiş, bu sahələrdə mühüm işlər aparmışdır.
 


 
Azərbaycan qadını! Bu həmin Azərbaycan qadınıdır ki, ailədə qayğıkeş ana, həyat yoldaşına arxa və xalqımıza yardım edən Mehriban xanım Əliyevadır.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevə dəstək verən, qazilərimizə və şəhid ailələrinə hərtərəfli yardımçı olan bir şəxsdir.
Ölkəmizin birinci xanımı ərazi bütövlüyümüzün bərpasından sonra çətin şəraitdə Ali Baş Komandanla işğaldan azad edilmiş torpaqlarımıza səfər edərək Qarabağda məhv edilmiş mədəni irsimizin bərpa olunmasına misilsiz töhfələr verməkdədir. Məhz buna görə də “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri birinci xanımın müasir üslubda yaratdığı ideyasıdır.
 
 

Hazırda işğaldan azad edilmiş torpaqlarda yenidən quruculuq, bərpa işləri sürətlə davam etdirilir. Bu yolda Ali Baş Komandan, Prezident İlham Əliyevə və ona dəstək olan xanımına uğurlar arzu edirik.
Mən bir müəllim kimi deyə bilərəm ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Şair Hüseyn Cavid   məşhur bir şeirində demişdir:
 
“Qadin gülərsə, bu issiz mühitimiz güləcək,
Sürüklənən bəsəriyyət qadinla yüksələcək.
 
Ömrünü   dövlətin, ailənin çırağında əridən Azərbaycan qadını torpağını azad, toxunulmaz, övladlarını şən, firavan görmək istəyir, sülh istəyir:
 
                            “Mən anayam, oz səsimdə,
                             Yerin, goyün dərdi var.
                             Sülhə gəlin, ey insanlar -
                            Yoxsa dünya məhv olar!”




Tarix: 18-05-2023, 01:12

Xəbəri paylaş