HEYDƏR ƏLİYEV - 100: ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN YOLU İLƏ UĞURLU GƏLƏCƏYƏ
NAZİLƏ ƏLİYEVA,
Bakı şəhəri 177 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi
“Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdü. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və xalqının xoşbəxtliyi üçün misilsiz fədakarlıq göstərmişdir. O, ölkəsini bəlalardan qurtaran dövlət başçısı idi”.
İhsan Doğramacı
May ayı təqvimin 5-ci ayıdır, bu söz bəşəriyyətə Bizans imperiyasından keçmiş və fransız sözü olub “böyük biri” deməkdir. Məhz Ulu Öndər Azərbaycan adlı məmləkətdə, Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcında Türkiyə və İran sərhədində, Araz çayı boyunda yerləşən Naxçıvan şəhərində anadan olmuşdur. Valideynlərinin zamanında heç ağıllarına belə gəlməzdi ki, onların övladı böyüyüb “böyük birisi” adı ilə Azərbaycanı şöhrətləndirib, tarixə həkk olan, Azərbaycanın dövlət xadimi kimi dünyada tanınacaq.
Ulu Öndərin işlədiyi müxtəlif sahələr haqqında olan bilgilər sübut edir ki, dahi şəxsiyyət geniş erudisiyaya malik olmuşdur. Onun dərin elmi dünyagörüşü, uzaqgörənliyi təkcə Azərbaycan adlı məmləkətdə deyil, Sovet dönəmində SSRİ-də də, daha sonra isə bütün dünyada tanınmışdır. Hazırda bir sıra dövlətlərdə Ulu Öndərin abidələri ucalmaqdadır, siyasi, dövlətçilik irsi bir sıra elmi araşdırmaların mövzusudur.
İntellektual səviyyəli şəxsiyyət olan Heydər Əliyev, dahi şəxsiyyətlər Ruzvelt, Çörçill, Şarl De Qoll kimi sağlığında canlı əfsanəyə çevrilmişdir.
Bu gün gənc nəslin təlim-tərbiyəsində Ümummilli Lider Heydər Əliyevin keçdiyi yol etalondur. Onun Azərbaycan dilinə, tarixinə verdiyi qiymət bunun bariz nümunəsidir. O, dahi sənətkar Hüseyn Caviddən tutmuş Səməd Vurğuna qədər olan sənətkarların yaradıcılığından bəhrələnərək dövlət quruculuğu konsepsiyasında onların əsərlərindən yararlanmışdır.
Xarizmatik dövlət xadiminin vətənpərvərliyi onun söylədiyi “Azərbaycan” şeirində öz əksini tapmışdır. Şəxsiyyətin üzündəki ifadə, səsinin titrəyişi onun necə vətəninə olan ülvi məhəbbətindən, xalqa möhkəm bağlılığından xəbər verir.
Dahi şəxsiyyətin bir çıxışında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” ifadəsi Azərbaycana olan sonsuz sevgisinin təcəssümü idi.
Neft sahəsində olan irəliləyişlər, TASİS proqramı çərçivəsində TRASEKA nəqliyyat dəhlizinin bərpa olması, “İpək yolu”nun Cənubi Qafqaz üzərindən keçməsi məhz Heydər Əliyev zəkasının parlaq nümunəsidir.
Az müddət ərzində 1990-cı illərdə çökmüş Azərbaycanın hərtərəfli inkişafı, iqtisadiyyatının güclənməsi məhz Ulu Öndərin zəhməti nəticəsində bərqərar olmuşdur.
Biz bu gün dərslərimizdə şagirdlərə dahi şəxsiyyətin dərin elmi savadını örnək gətirərək, onun natiqlik sənətindən faydalanmağa çağırırıq. Bu səviyyəyə çatmaq üçün vaxtaşırı mütaliə etməyi onların nəzərinə çatdırırıq.
Siyasət sahəsində böyük bir ədəbi məktəb qoyub gedən şəxsiyyətin ardınca Azərbaycanda Diplomatiya Akademiyası açılmışdır.
Ulu Öndərin estafetini davam etdirən müzəffər Ali Baş Komandan İlham Əliyev atasının vəsiyyətinə sadiq qalaraq 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasına nail oldu və öz adını “Tarixin əvəzolunmaz sərkərdəsi” kimi yaddaşlara həkk etdi.
Uğurlu, parlaq gələcəyə start götürən Azərbaycan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük layihələrə imza atır, ölkəmizdə keçirilən bir sıra mötəbər tədbirlərə ev sahibliyi etməklə dünya dövlətləri arasında öz nüfuzunu daim gücləndirir.
Heydər Əliyev siyasi məktəbindən yararlanan İlham Əliyev siyasi iradəsi, qətiyyətli mövqeyi ilə qüdrətli dövlət başçısı kimi Azərbaycan dövlətini beynəlxalq arenada güclü, çiçəklənən, heç bir dövlətdən asılı olmayan bir dövlət səviyyəsinə gətirib çıxarmışdır.
Məktəbimizdə Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə 8a sinif şagirdləri söylədikləri bayatı və şeirlər, hazırladıqları layihələr, divar qəzetləri ilə Ulu Öndərə olan məhəbbətlərini sübut etdilər.
Tədbir Tamerlan Məmmədlinin ifasında “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısı ilə başa çatdı.
Tarix: 17-05-2023, 14:00