HEYDƏR ƏLİYEV QƏLBİMİZDƏ ƏBƏDİ YAŞAYIR
Qəlbi Azərbaycanla döyünən hər kəs Ulu Öndəri sonsuz sayğı və hörmətlə anır. Mən də bir müəllim kimi pedaqoji fəaliyyətimdə Heydər Əliyev ideyalarının, onun mənəvi irsini təbliğ etmiş, dahi rəhbərin təhsil işçilərinə olan tövsiyələrindən bəhrələnmişəm.
Heydər Əliyev hansı vəzifədə olmasından, hansı şəraitdə işləməsindən asılı olmayaraq, ona münasibətin vahid ünvanı və məzmunu Ümumxalq məhəbbəti olmuşdur. O, 1969-cu ildə hakimiyyətə gəldiyi andan etibarən respublikamızın həyatında qısa müddət ərzində bütün istiqamətlərdə nailiyyətlər əldə olunmuş, milli-mənəvi dəyərlərin dirçəlişi yolunda mühüm addımlar atılmışdır.
Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca istiqamətini milli özünüdərkin güclənməsinə şərait yaradan sürətli inkişaf strategiyası təşkil etmişdir. Beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu, suveren Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyən edilməsi kimi vacib məsələlərin həlli şəxsən Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.
İdarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı və yüksək peşəkarlığı ilə səciyyələnən Heydər Əliyev fenomeni düşüncə və fikir cəsarətinə, sərbəst qərar qəbuletmə qabiliyyətinə görə dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanınır, sevilir, öyrənilir və tədqiq edilir. Heydər Əliyev ideyalarının gerçəkləşməsinin parlaq təcəssümü müstəqil Azərbaycan Respublikasıdır. Dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideolojı əsası azərbaycançılıq məfkurəsinin şüurlara hakim kəsilməsi, milli-mənəvi dəyərlərimizin dövlətçilik ənənələrinə, strateji hədəflərə yönəldilməsi ilə nəticələnib. Azərbaycan dövlətçiliyinin və xalqının taleyində yeni sabahlara açılan tarixi yolun əsaslı dönüş mərhələsinin həlledici məqamları dəmir iradə, obyektiv prinsipiallıq, səmimiyyət, həssaslıq və müdriklikdən qaynaqlanan bu böyük şəxsiyyətə bağlıdır. Bu bağlılıq ənənəvi olaraq bu gün də uğurla davam etdirilir.
Heydər Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir ki, hazırda elmin inkişafı, təhsilin tərəqqisi, əhalinin sağlamlığı, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği sahəsində çoxsaylı Dövlət proqramları, regional inkişaf proqramları, xüsusi tədbirlər planı və konsepsiyalar yerinə yetirilməkdədir.
Bir müəllim kimi Azərbaycanla qürur duyur, ona layiq vətəndaşlar yetişdirməyə, Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərini həyata keçirməyə çalışıram.
Bakı şəhərindəki 284 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi
Tarix: 10-05-2023, 19:08