HEYDƏR ƏLİYEV – BƏNZƏRSİZ ŞƏXSİYYƏT
Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdir, onların əməllərinin sayəsində dünyanın nuru artır.
Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsirlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu, yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındaki xidmətləri misilsizdir.
Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev məhz belə bənzərsiz dahi tarixi şəxsiyyətdir. Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcəkdi. Böyük öndərin yeganə amalı, yaşamaq devizi belə idi. Taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, nəqli və fiziki potensialını ana yurdu Azərbaycana həsr etmək! Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı, ilk növbədə, müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Heydər Əliyevin böyüklüyü, ilk növbədə, onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları və yanğıları ilə əsl azərbaycanlı idi. Heydər Əliyevin həyatsevərliyinin, bitib-tükənməyən yaradıcı təfəkkürünün təməlində ana Vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərinə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq durmuşdur. Ölkəmiz və xalqımız üçün 2023-ci ilin əlamətdar hadisələrindən biri də mayın 10-u Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün tamam olduğu gündür.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il Respublikamızda “Heydər Əliyevin İli" elan edilmişdir. Bu münasibətlə 2023-cü il mayın 4-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyə-İqtisad Kollecində “dəyirmi masa” keçirilmişdir. Tədbirdə Kollecin kollektivi və tələbələri iştirak etmişlər. Tədbiri Kollecin direktoru, dosent, hüquq üzrə fəlsəfə doktoru Oruc Məmmədov açdı. O, Ulu Öndərin keçdiyi şərəfli, müqəddəs həyat yolundan danışdı.
Onun nitqindən: “Bu gün Azərbaycan mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanınır. Azərbaycan dövlətinin hər bir atributu Ulu Öndər Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır.
Ulu Öndər rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətmizin dünya miqyasında tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur".
Kollecin tərbiyə işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Murad Muradov Heydər Əliyevin ölkəmiz üçün tarixi missiyasından danışdı. Kollecin “Mühasibat və bank” şöbəsinin müdiri Mehriban Aslanova, dil-ədəbiyyat müəllimləri: Ayqün Alıyeva və Ayqün Xəlilovanın da çıxışlarından bir ideya hasil olurdu:
"ÖLkəmiz Ümummilli Lider Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalq qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan və verdiyi bütün vədləri yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm! Umummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun daha da zənginləşdirən ölkə başçısı cənab İlham Əliyev inkişafın Azərbaycan modelini yaratmışdır”.
Daha sonra tələbələr (2201-ci qr., 2202-ci qr., 9205-ci qr, 2206-ci qr, 2209-cu qr.) çıxış etdi. Tələbələrdən Gülər, Aynur, Nazlı, Nigar, Xədicə, Nərmin, Leyla, Aylin, Fidan, Gülcan, Röya çıxış etdilər. Aydanla Fidan “Heydər xalq deyir, xalq Heydər deyir” mahnısını ifa etdilər. Ulu Öndərin çox sevdiyi “Ayrılıq” mahnısını Gülay Nəsibova ifa etdi.
Ölməz Heydər Əliyevin 100 illiyinə həsr olunan yaddaşlarda qalan bir tədbir sona çatdı.
Aybəniz QULİYEVA,
Filoloq, dilçi
Tarix: 10-05-2023, 16:00
Xəbəri paylaş