Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BƏNZƏRSİZ TARİXİ ŞƏXSİYYƏT, MÜDRİK VƏ DAHİ LİDER



  

Zenfira SEYİDOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
 Elmi-təşkilati şöbəsinin mütəxəssisi
 
Tarixdə az-az insanlar olub ki, yaddaşlarda əbədi qalıb və hər zaman böyük ehtiram ilə yad edilir. Belə şəxsiyyətlər sırasında Heydər Əliyevin yeri dünyanın ən uca zirvəsi kimidir. Özünün mübarizliyi, cəsarətliliyi, əyilməzliyi, qətiyyəti, fövqəl əqli gücü, fenomenal analitik təfəkkürü, yorulmazlığı sayəsində o, bənzərsiz şəxsiyyət zirvəsi yaratdı. Ulu Öndər Heydər Əliyevdə xalq sevgisi hüdudsuz idi. Hər zaman xalqını qorumaq, hifz etmək, ona firavan həyat şəraiti yaratmaq, Azərbaycan dövlətini bütün təhlükələrdən qorumaq və inkişaf etdirmək, daha da gücləndirmək sahəsində bütün gücünü ortaya qoydu. Bütün ömrünü xalqının, dövlətinin inkişafına həsr edən Heydər Əliyev çiçəklənən, inkişaf edən, məğlubedilməz Azərbaycan yaratdı və xalqına əmanət etdi. Bu gün Azərbaycanın dünyanın enerji təminatçısı, tarixi İpək yolunun açar dövlətinə çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
 

 
Heydər Əliyevin böyük siyasəti təkcə öz ölkəsinə yox, əslində dünya üçün uğurlu inkişaf siyasətidir.
Heydər Əliyevin Azərbaycan tarixində böyük xidmətlərindən biri də zamanında özünün layiqli varisini hazırlaması idi. Ölkəmizin çox hörmətli Prezidenti İlham Əliyev cənabları dahi və müdrik Heydər Əliyevin böyük və uğurlu siyasətini davam etdirərək çiçəklənən və inkişaf edən Azərbaycan yarada bildi.

  Bu gün Azərbaycanın yenilməz ordusu var. Azərbaycan yüksək inkişaf səviyyəsində olan neft və qaz ölkəsidir, Şərq və Qərb arasında əsas tranzit ölkədir, hamını heyran edən turizm ölkəsidir, multikulturalizmin həyat tərzinə çevrildiyi bir ölkədir, əmin-amanlıq ölkəsidir. Dahi və müdrik Heydər Əliyevin ruhu həmişə şaddır. Çünki onun dövləti və xalqı günü-gündən inkişaf edir, onun siyasi kursu uğurla davam edir. Heydər Əliyev daima xalqının qəlbində ən əziz yerdədir.

Xalqımız hər il may ayının 10-da dünyanın ən nüfuzlu, dahi və müdrik insanlarından biri olan Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edir.
Dünyanın şərəf tarixində öz qızıl səhifəsi olan şəxsiyyətlər ölməzdir, daima yaşardır. Belə şəxsiyyətlər sırasında Ümummilli Lider Heydər Əliyevin adı ən öncül yerdədir. O, işi, əməlləri ilə bu haqqı qazanıb.

Biz fəxr etməliyik ki, Böyük Azərbaycan xalqının, dünyaya Heydər Əliyev kimi bir dahini və müdrik şəxsiyyəti, bəxş edən xalqın övladlarıyıq. İşimiz və əməllərimizlə böyük siyasətin uğurlu davamında hamımız böyük əzmlə iştirak etməliyik. Heydər Əliyevin bizə əmanət etdiyi müasir Azərbaycanı daha da inkişaf etdirmək yolunda hamımız çox hörmətli Prezidentimiz İlham Əliyev cənablarının sədaqətli silahdaşları olmalıyıq.