Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev-100: Azərbaycan qürur mənbəyimiz – Uşaqlar gələcəyimizdir


 
           
Təhsil sahəsində çalışan  müəllimlər, təhsil müəssisələrinin rəhbərləri təhsil  sistemində işlərini  müstəqil   Azərbaycanın prinsipləri  əsasında  qurmalıdırlar.
           Ümummilli Lider Heydər Əliyev 


 Hər bir xalqın, dövlətin ən böyük və dəyərli sərvəti uşaqlardır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam iradəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan övladlar kimi yetişməlidirlər. Ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılıdır. Azərbaycanın müstəqilliyinin qorunması naminə, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanın uğurlarına təminatçı olsunlar. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyət, həm də şərəfdir. Azərbaycan daim yeniləşir, müasirləşir, dünyanın ən qabaqcıl ölkələrinin təcrübələrinin tətbiqinə çalışır. Bu yenilikləri şərtləndirən ən mühüm amillərdən biri ölkəmizin hər bir dövrün cağırışlarına uyğun addım ataraq, qabaqcıl texnologiyaların tətbiqi ilə uğurların davamlılığını təmin etməsidir. Uşaqlara yönəlik dövlət proqramlarının və tədbirlər planlarının hazırlanması ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi imkan veir ki, iş prosesində problemin həlli diqqətdə saxlanılsaın. Şübhəsiz, uşaqlarımizin milli- mənəvi dəyərlər əsasında formalaşması, onların  yüksək kreativ və intellektual keyfiyyətlərə malik kadrları  kimi  hazırlanması  işimizin əsas nəticəsidir.
      
    Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan qürur mənbəyimiz–Uşaqlar gələcəyimizdir" fikri ölkəmizin müstəqillik tarixində qazandığı uğurların ümumiləşdirilmiş ifadəsidir. Xalqımız daim azadlıq, müstəqillik qazanmaq arzusunda olmuşdur. Bu gün danışdığımız bütün uğurlar müstəqilliyin nəticəsidir, ölkəmizin bu illər ərzində müxtəlif sahələrdə qazandığı uğurların daha geniş miqyaslı və əhatə dairəsinin  möhtəşəmliyinin təmin olunmasi təhsilimizin inkişafı ilə bağlıdır. Bu  qarşımızda dayanan əsas vəzifələrdəndir.  Ölkəmizdə   İnsan amili dövlətin siyasətində öndə dayanır. Bu gün məhz bu siyasətin uğurlarını yaşayırıq. Təbii ki, müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilən təhsilin, elmin inkişafı sahəsində görülən işlər davamlılığı ilə diqqəti çəkir. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi də bir daha dövlətimizin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunələri biz təhsil işçilərinin qarşısında  daha mühüm vəzifələr durur.
 
   Biz müəllimlər Ulu Öndərin dediyi - “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”   sözlərini fəaliyyət   prosesində  diqqətdə saxlayırıq. Dövlət başçısınin respublikamızda “qara qızıl”ı insan qızılına, insan kapitalına çevirməliyik” ifadəsinin   təsdiqi istiqamətində aparılan işlərin nəticəsi olaraq çalışırıq dərs dediyimiz  şagirdlərdə bacarıqların inkişafına diqqət yetirir,calışriq onlar    dünyada gedən proseslərə bələd olsunlar,yeni təlim texnologiyalarını mənimsəsinlər. Ən qabaqcıl texnologiyaların tətbiqi  təhsilimizin səviyyəsinin artırılmasına öz tövhələrini  verir . Məhz  yeni texnologiyalar  yiyələnməyimizin  nəticəsi olaraq ölkəmizin gələcəyi olan uşaqlarımizin milli- mənəvi dəyərlər əsasında formalaşmasina, onların  yüksək kreativ və intellektual keyfiyyətlərə malik kadrları  kimi  hazırlaması   işimizin əsas nəticəsidir. Təbii bu uğurların əsası orta məktəbdə, ilkin olaraq ibtidai təhsil pilləsində qoyulur. Məhz ibtidai təhsil pilləsində  biz uşaqlarımıza Vətən sevgisi,İnsan sevgisi, Milli  zəmində Bəşəri dəyərlərin mənimsədilməsi ,onların sağlam düşüncə tərzinin formalaşdırılması, dövlət atrubutlarına hörmət kimi keyfiyyətlərin    inkişafına nail olmağımızin nəticəsində cəmiyyətimizə öz tövhəmizi veririk. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyət,  həm də şərəfdir. Şagirdlərdə bədii zövqün formalaşması fəal həyat mövqeyi ilə yanaşı, yaradıcı əmək prosesi ilə şərtlənir. Əgər şagirdlərdə düzgün  zövq yarada bilsək, onda onlar ətraf aləmi sevərək, ona qayğı ilə yanaşaraq, həyatlarını gözəllik qanunları əsasında qururlar. Əlbəttə, gözəllik məfhumu mürəkkəb və çoxcəhətlidir. Onun ilk mənbəyi bizi əhatə edən həyatdır. Gözəllik həyatın özüdür. Gözəllik insan qəlbi ilə gözəllik qanunları arasında rəftar, insan şüurunun ən dərin guşələrinə nüfuz etmək, onu ehtizaza gətirmək, insana öz qüvvəsini anlatmaq, insanı ucaltmaq, yüksəlmək kimi bir qüdrətə malikdir. Bəşər övladı gözəlliyin xoş qanadlarını öz üzərində daha dərindən duymağa başlamışdır.
   
   Uşaqlara yönəlik dövlət proqramlarının və tədbirlər planlarının hazırlanması ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Hər bir xalqın, dövlətin ən böyük və dəyərli sərvəti uşaqlardır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam iradəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan övladlar yetişdirməlidirlər. Şagirdlər Azərbaycan torpağında tarixən mövcud olan həyat tərzindən, ictimai-iqtisadi quruluşlarda daha yaxşı və həqiqi gözəllikdən ayrılmaz olduğunu, ictimai münasibətlərdəki ülviliyin və eybəcərliyin əsl mahiyyətini, hansı cəmiyyətdə adamlara daha böyük gözəllik yaratmağa qadir olduğunu ətraflı şəkildə məhz bu dərslərdə öyrənir. Dərs prosesində şagirdlərin “vicdan”, “borc”, “namus”, “qeyrət” kimi yüksək anlayışlar haqqındakı bilik və təsəvvürləri dəqiqləşir, onlar bu anlayışlardakı ülviliyi başa düşür, məktəblilərdə gözəlliklərə və böyük tarixi həqiqətlərə maraq inkişaf edir. Vətən! Bu söz insanlarda daha dərin və əziz hisslər oyadır. Vətənə məhəbbət öz xalqına məhəbbətdir. Vətən uğrunda hər cür fədakarlığa hazır olmaq lazımdır. Vətənpərvərlik əsrlərlə insanların qan yaddaşına həkk olunmuş hisslərdəndir. Vətəni sevmədən, qorumadan, atababalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər yetirmək olmaz. Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə istiqamətləndirən ən güclü mənəvi-əxlaqi hissdir. Bu hissi hələ uşaqlıq illərindən aşılamaq başlıca vəzifədir. Hərbi-vətənpərvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir.44 dünlük Vətən müharibəsində tarixi ,əzələi əbədi Qarabağımızın mənfur düşmən tapdağından azad edilməsi   ilə bağlı əldə olunan Qələbənin qorunması bunu  bizdən tələb edir. Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Vətənpərvərlik ən ülvi bir hissdir. Bu gözəl və nəcib əxlaqi keyfiyyəti gələcəyin qurucularına aşılamaq bizim borcumuzdur.
           
    Şagirdlərimiz  Cavanşir, Babək, Koroğlu, Qaçaq Nəbi kimi mərd insanları, Həzi Aslanov, Gəray Əsədov, Mehdi Hüseynzadə, Rixard Zorge kimi unudulmaz qəhrəmanları, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş  Mübariz Məmmədov, Çingiz Mustafayev, Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov kimi fədəkar insanları  özlərinə ideal seçir, vətəni, xalqı sevməkdə onlara oxşamağa səy edirlər. Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdirBizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir. Məktəblərimizdə təkcə bilik, savad verilmir, həm də gənclərə vətənpərvərlik hissi aşılanır.  Respublikamızda gənclər arasında ruh yüksəkliyinin, Vətənə məhəbbət hissinin nə qədər güclü olduğunu görürük. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu hissin təkcə dərs prosesində deyil, dərsdənkənar da aşılanması, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşdirilməsində mühüm rol oynayır. Məktəbdə vətənpərvərlik hissi ilə formalaşdırılan o şagirdlər bu gün 30 ildən sonra  düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən igid əsgərlərimizdir. Azərbaycanın işıqlı gələcəyi naminə şagirdlərin layiqli vətəndaş kimi tərbiyə olunmaları, vətənpərvərlik ruhunda böyümələri mənim ən mühüm vəzifəm, müqəddəs borcumdur. Azərbaycan ordusu və xalqının Qarabağ müharibəsində düşmən təhlükəsinə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqların, igidliklərin öyrənilməsi məktəblilərin vətənpərvərlik tərbiyəsi üçün xüsusi əhəmiyyətə malikdir. Vətənpərvərlik tərbiyəsini təkcə təlim prosesində aparılan işlərlə məhdudlaşdırmaq olmaz. Bu işdə sinifdən və məktəbdənkənar tərbiyə işlərinin müxtəlif formalarından, yol və vasitələrindən istifadə etmək lazımdır. Gənc nəslin vətənpərvərlik tərbiyəsini yüksəltmək və gənclərdə ruh yüksəkliyi yaratmaq, öyrənməyə həvəsi artırmaq üçün çalışmalıdır. Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir.  Hansı peşədə çalışmasından asılı olmayaraq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir.
       
  Hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir. Bu baxımdan məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması daim olmalı, bu mövzunun  təşkili, təbliği metodikanın başlıca vəzifələrindən biri olmalıdır. Qələm tutub yazı yazmağa, oxumağa başlayan şagirdlərin ilk yazısı, ilk oxusu “Ana” və “Vətən” kəlmələri olur. “Vətən” bizim azadlığımız, mənliyimiz, namusumuz, şərəfimizdir. Vətən alınmır, verilmir, dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Vətəni qorumaq hər bir vətandaşın borcudur, onu sevmək isə anamızı sevməyə bərabər hissdir. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gəlsə də, vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalı, vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Uşaqların milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi, onlarda ölkə, Vətən sevgisinin formalaşması hər bir müəllimi düşündürən vacib məsələlərdən biri olmalıdır. Məktəblərdə milli şüur tərbiyəsinin aktual problem olduğunu dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirir. Belə tədbirlərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında xalqımızın min illər əvvəl dedikləri tarixi kəlamlarda ifadə olunan Vətənə vurğunluq şagirdlərə xatırlanır. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən birincisi vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Hər kəsə bəllidir ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu istiqamətdə keçirilən tədbirlər göstərir ki, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir.
  
 Uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimizdə hər zaman aktual məsələlərdən olub. İstər dövlət, istərsə də qeyri-dövlət təşkilatları həmişə bu istiqaməti əsas prioritet hesab edərək gənclərin vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər, layihələr həyata keçiriblər. İnsanın ən ali hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək demək deyil. Vətənpərvərlik həm də vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinmək, yeri gələndə canından keçməkdir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəblərin ən vacib vəzifələrindən olub. Vətənimiz, torpağımız uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan, daima qəlblərimizdə, yaddaşlarımızda yaşayan şəhidlərimizi yaşından asılı olmayaraq hər bir kəs tanımalı və bununla fəxr etməlidir. Çünki biz bu gün onların etdikləri qəhrəmanlıqlar və dövlətimiz sayəsində rahat həyat sürə bilirik. Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini öz qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, şərəfli şəhid adı qazanırlar. Bu vətən övladları doğma yurda sədaqət rəmzi, məhəbbət sinvoludurlar. Onlar Vətən torpağı uğrunda vuruşmuş, onun bölünməzliyı uğrunda canlarını qurban vermişlər! Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu mütəmadi olaraq aşılamaq lazımdır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar. Və onu qorumağı özünə borc hesab edər. Həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Vətənpərvərliyin kökündə öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. 
 İbtidai təhsil pilləsində yeni yaradılmış dövlət proqramında ( kurrikulumda) ibtidai təhsilin əsas məqsədi: idraki və yaradıcı (təhliletmə, tədqiqetmə, tətbiqetmə) bacarıq və qabiliyyətləri formalaşdıran, şəxsiyyətyönümlü ilkin, zərüri biliklər vermək, milli, bəşəri, vətəndaş, sosial dəyərlər sistemini formalaşdırmaq, ümumi təhsilin digər pillələrində təhsilini davam etdirmək üçün şagirdləri istiqamətləndirməyi nəzərdə tutur. İbtidai sinif şagirdləri Azərbaycan xalqının dili, dini, tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında ilkin biliklərə malik olmalı, fəaliyyətində, münasibətlərində onlara istinad etməlidir. Gerçəkliyi estetik qavramaq, gözəlliyi duymaq, dərk etmək qabiliyyətinə, müasir texnika və kommunikasiya vasitələrinə dair bilgilərə, tələbatlarına uyğun olanlardan ilkin istifadə bacarıq və vərdişlərə malik olmalıdır.
Vətən təkcə torpaq, yurd-yuva deyil. Vətən bizik, hamımızıq. Onun dünəninə, bu gününə və sabahına da  hamımız cavabdehik: əməyimizlə, lazım gəlsə canımızla və qanımızla. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlaımızın ruhu dolaşır. Vətəni bizlərə babalarımız ərmağan etmişlər. Əcdadlarımız onun uğrunda vuruşmuş, onu qorumuşlar. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir. Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, yəqin ki, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq, Vətənimizi düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız doğma Vətəni həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, Vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. 
 

 Hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də Vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Bir insan öz ölkəsi, Vətəni haqqında nə qədər çox məlumat alarsa, torpağını da bir o qədər çox sevər, onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar və onu qorumağı özunə borc hesab edər. 
Bizim gələcəyimiz olan uşaqları nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Gəlin bunu heç zaman unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir, hamımız onların xoş gələcəyinə çalışaq.
 
  

                                       Rəsmiyyə Quliyeva
                                                      Xətai rayonu Zakir Yusifov adına  194 nömrəli 
                                                      tam orta məktəbin ibtidai sinif müəllimi


Tarix: 14-03-2023, 12:15

Xəbəri paylaş