"İngilis dilini bilək, dünyaya səslənək!”
Rüfanə Mirzəyeva “Özünü inkişaf etdirmək istəyən hər bir gənc həm də liderlik ruhuna sahibdir”
Azərbaycan Gənclər Fondunun 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalib layihələrindən biri də "İngilis dilini bilək, dünyaya səslənək!” layihəsidir
Layihə rəhbərinin rəhbəri Saatlı rayon Azad Bayramov adına Məmmədabad kənd tam orta məktəbin ibtidai sinif müəllimi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Saatlı rayon üzrə koordinatoru Rüfanə Mirzəyevadır.
Layihənin məqsədi ingilis dili öyrənmək istəyən gənclər üçün ingilis dili danışıq klubunun təşkil edilməsi, onların ingilis dili biliklərini inkişaf etdirmələrinə dəstək olmaqdan ibarətdir.
Layihə müddətində ingilis dili öyrənmək istəyən 30 nəfər gənc ingilis dili danışıq klubuna cəlb edilib. Həftədə 2 dəfə olmaqla, Saatlı rayon Heydər Əliyev Mərkəzi - Gənclərin Karyera və İnkişaf Mərkəzində keçirilən təlimlərdə təlimçi Sübhan Hacıbabazadə tərəfindən müxtəlif interaktiv oyunlar, maraqlı öyrənmə üsulları tətqbiq edilərək gənclərin ingilis dili bacarıqlarının inkişafına şərait yaradılıb.
Gənc müəllim Rüfanə Mirzəyeva layihəsi barədə bildirir:
- Layihəni yazarkən “Gənc lider” qrantı istiqamətini seçmişdim, məqsədim isə rayonumuzda özünü inkişaf etdirmək, özünə yeni dəyərlər qatmaq istəyən gəncləri ortaya çıxarmaq, onlarla bir komanda formalaşdırmaqdan ibarət idi. Çünki inanıram ki, özünü inkişaf etdirmək istəyən hər bir gənc həm də, liderlik ruhuna sahibdir.
Layihə 15.11.2022 – 01.03.2023 tarixlərində keçirilib. Fevralın 27-də layihənin “Bağlanış tədbiri” keçirilib. Tədbirdə iştirakçılara sertifikatlar təqdim edilib, həmçinin, layihə müddətində görülən işlər və layihənin davamlılığı üçün nəzərdə tutulan planlar haqqında ictimaiyyətə məlumat verilib.
"Təhsil"
Tarix: 28-02-2023, 22:51