Hərbi rəhbərə metodik dəstək - İnteraktiv dərs nümunəsi
Rəfail Əliyev,
Əməkdar müəllim, “Ən yaxşı müəllim” Respublika Müsabiqəsinin və “Təhsildə inkişaf və innovasiyalar üzrə” Qrant müsabiqəsinin fərdi layihə qalibi, Azərbaycan Respublikası Təhsil İnstitutunda yaradılmış ÇH fənnii üzrə işçi qrupun üzvü, fənn üzrə tədris proqramlarının həmmüəllifi, istefada olan zabit-baş leytenant,
Əmək veteranı.
Fənn: “ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ”, sinif XI
Tədris vahidi: TAKTİKİ HAZIRLIQ
Mövzu: MÜHƏNDİS TƏMİNATI
Standart: 2.1.1 Müasir ümumqoşun döyüşünün təşkili
və döyüş təminatı haqqında təqdimat edir.
Dərsin məqsədi : Müasir ümumqoşun döyüşünün mühəndis təminatının əsas tapşırıqlarının mahiyyət və rolu haqqında bilik və bacarıqlarını nümayiş etdirir.
İnteqrasiya: Azərbaycan dili-1.2.4. Müzakirələrdə
söylənilmiş mülahizələri dəyərləndirməklə təqdimatlar hazırlayır.
İş forması:Kollektiv və kiçik qruplarla iş
İş üsulu: Sual-cavab, təqdimat,debat
Resurslar: Dərslik,iş vərəqləri,video,PPT, kompyuter,proyektor
.
DƏRSİN GEDİŞİ :
Giriş hissə ( 3-5 dəqiqə). Bir cərgəli düzülüş, raport,salamlaşma
MOTİVASİYA (7 dəqiqə)
Mühəndis təminatı barədə qısa videolar,slaydlar nümayiş etdirilir.
Müəlliim bu məqsədlə 44 günlük Zəfər tariximizin internetdə yayımlanmış(yalnız MN tərəfindən-rəsmi) foto və video resurslarından da istifadə edə bilər.
https://www.youtebe.com/watch?v=JGh0Dxko
TƏDQİQAT SUALI
Mühəndis təminatının əsas tapşırıqlarının mahiyyəti və döyüşdə rolu nədən ibarətdir?
TƏDQİQATIN APARILMASI(10 dəqiqə)
Sinif 3 qrupa bölünür :
I qrup PUSQU
II qrup AXTARIŞ
III qrup-BASQIN
Hər qrupa tədqiqat aparmaq üçün iş vərəqləri təqdim olunur.(iş vərəqləri əlavə olunur)
MƏLUMATIN MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
(15 dəqiqə)
Hər qrup öz tapşırığı üzrə tədqiqat aparır və təqdimat hazırlayır.Təqdimatlar dinlənilir və müzakirə olunur.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏLƏRİN ÇIXARILMASI
( 3 dəqiqə)
Şagirdlərlə birlikdə dərs ümumiləşdirilir və nəticələr çıxarılır:
Mühəndis təminatı( hazırlığı) yüksək olarsa,döyüşdə itkilər az, fəaliyyət daha səmərəli olar.
YARADICI TƏTBİQETMƏ(2 dəqiqə): “Döyüş tapşırığının uğurlu olması üçün hansı təminat növü daha vacibdir ?”
QİYMƏTLƏNDİRMƏ ( 2 dəqiqə)
Qiymətləndirmə meyarı: təqdimatetmə
I | II | III | IV |
Müasir ümumqoşun dö- yüşünün mühəndis təmi- natının əsas tapşırıqları- nın mahiyyət və rolu haqqında bilik və baca- rıqlarını nümayiş etdirə bilmir. | Müasir ümumqoşun dö- yüşünün mühəndis təmi- natının əsas tapşırıqları- nın mahiyyət və rolu haqqında bilik və baca- rıqlarını çətinliklə nüma- yiş etdirir. | Müasir ümumqoşun dö- yüşünün mühəndis təmi- natının əsas tapşırıqları- nın mahiyyət və rolu haqqında bilik və baca- rıqlarını,əsasən, nüma- yiş etdirir. | Müasir ümumqoşun dö- yüşünün mühəndis təmi- natının əsas tapşırıqları- nın mahiyyət və rolu haqqında bilik və baca- rıqlarını nümayiş etdirir. |
Dərsin sonu : XÜDAFİZLƏŞMƏ”(1 dəqiqə)
Əlavə:
Dərs zamanı istifadə ediləcək slayd nümunələri:
Tarix: 31-10-2022, 12:30