Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Fərdi təhsil üzrə 2022-2023-cü tədris ili üçün tədris planının təsdiqi barədə



Fərdi təhsil üzrə 2022-2023-cü tədris ili üçün tədris planının təsdiqi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri

Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq  əmr  edirəm:
 
1. Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumi təhsil müəssisələrində təşkil olunan fərdi təhsilinin 2022-2023-cü tədris ili üçün tədris planı və “Tədris planına dair qeydlər” təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr).

2. Elm və Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.

3. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun. 
 
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Elm və təhsil naziri
24 avqust 2022-ci il
F-492


Tarix: 25-08-2022, 22:33

Xəbəri paylaş