Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib





 Təhsil naziri Ceyhun Bayramov “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Tədbirlər planına görə, yanvarın 17-də təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan xüsusi dərs keçiriləcək. Təhsil müəssisələrində yanvarın 7-dən 19-dək konfrans, seminar, mühazirə və dəyirmi masalar təşkil ediləcək. Bundan başqa, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyalarının təşkil edilməsi nəzərdə tutulur.

Həmçinin Bakı şəhərində və respublikanın bölgələrində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına təhsil işçilərinin, şagird və tələbələrin ziyarəti təşkil olunacaq.




Tarix: 8-01-2020, 15:36

Xəbəri paylaş