Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

PİSA 2018-in nəticələri müzakirə olunub

 

Dekabrın 20-də Təhsil İnstitutunda PİSA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələrinin müzakirəsinə həsr olunmuş  tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, ümumi təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak ediblər.

Tədbirdə Təhsil İnstitutunun əməkdaşı Leyla Abbaslı nəticələrlə bağlı təqdimatla çıxış edib,  PİSA Proqramı haqqında ümumi məlumat verib.

Qeyd edək ki, PİSA qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir keçirilir. PİSA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. PİSA tədqiqatında 80-dən artıq ölkə iştirak edir.

2018-ci ildə PİSA tədqiqatında Azərbaycanı Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 6827 nəfər 15 yaşlı şagird təmsil edib. Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420, oxu üzrə 389, təbiət elmləri üzrə isə 398 bal təşkil edib.


Tarix: 24-12-2019, 14:27

Xəbəri paylaş