“Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 15-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 305; 2009, № 2, maddə 141; 2011, № 11, maddə 1063; 2014, № 8, maddə 1008; 2016, № 4, maddə 808; 2017, № 2, maddə 323) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikasının təhsil naziri
Kollegiyanın üzvləri:
Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Məmmədov Rəhman Əli oğlu - Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Məmmədov Muxtar Məmməd oğlu - Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri
Mustafayev Famil Front oğlu - Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru
Piriyev Yaqub Maksim oğlu - Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini.”.
Novruz Məmmədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 18 iyul 2018-ci il
№ 309
Tarix: 11-09-2018, 11:05