Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Clarivate Analytics” şirkəti seminar-təlim keçirib

 

Elmin İnkişafı Fondunda (EİF) dünyanın ən iri elmi informasiya və analitik təhlil nəşr şirkətlərindən olan “Clarivate Analytics”in Rusiya və MDB ölkələri üzrə təhsil proqramının rəhbəri Valentin Boqorov və bu qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadənin iştirakı ilə fondun əməkdaşları üçün seminar-təlim keçirilib.
  EİF-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarda istinadlarının maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub, həmçinin beynəlxalq verilənlər bazalarında işin optimallaşması barədə məlumat diqqətə çatdırılıb. İnteraktiv müzakirədə V.Boqorov sualları cavablandırıb, EİF ilə əməkdaşlığın “Clarivate Analytics” şirkəti üçün əhəmiyyətini vurğulayıb. Seminar-təlimlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.


Tarix: 15-01-2018, 12:51

Xəbəri paylaş