Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:
Hacıyev Məhəmməd Şahbaz oğlu
Hüseynov Allahverdi Yaqub oğlu
Maqsudov Elbəyi Sadıq oğlu
Məhərrəmova İnara Eldar qızı
Məmmədov Əbülfəz Məmməd oğlu
Nuriyev Mübariz Əsgər oğlu
Orucova Sevinc Vaqif qızı
Rəhimov Novruzəli Həmzə oğlu.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il


Tarix: 11-12-2017, 10:19

Xəbəri paylaş