Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərən­camının tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 356) ləğv edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2017-ci il


Tarix: 11-12-2017, 10:11

Xəbəri paylaş