Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında 
Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 13; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1350) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü bəndin beşinci abzasında və 5-ci bənddə “onları əvəz etmək üçün ehtiyat kadrların” sözləri “dövlət qulluğunun ehtiyat kadrlarının” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:
“3-1. Akademiya dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını və əlavə təhsili həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzidir.”.
3. 6-cı bənd ləğv edilsin.
4. 11-ci bəndin beşinci abzasında “onların əvəz edilməsi üçün ehtiyatın” sözləri “dövlət qulluğunun ehtiyat kadrlarının” sözləri ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda 20-1-ci və 20-2-ci bəndlər əlavə edilsin:
“20-1. Akademiyanın tədris fəaliyyəti ali təhsilin bakalavriat, magistratura, doktorantura və əlavə təhsil səviyyələrində həyata keçirilir.
20-2. Akademiyada doktoranturanın yaradılması, doktoranturaya qəbul, o cümlədən dissertant kimi təhkim olunma qaydaları, təhsilalma formaları və təhsil müddəti “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.”.

İlham Əliyev,
AzərbaycanRespublikasınınPrezidenti
Bakı şəhəri, 22 sentyabr 2017-ciil


Tarix: 13-10-2017, 10:15

Xəbəri paylaş