İnformatika üzrə Beynəlxalq Olimpiadada Azərbaycan məktəblilərinin uğuru
İyunun 17-dən 21-dək Türkiyənin İzmir şəhərində İnformatika üzrə (YSK İnternational Olympiad in Informatics 2017) Beynəlxalq Olimpiada keçirilib. Olimpiadada Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları və Makedoniyadan məktəblilər iştirak edib.
Azərbaycanı təmsil edən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Abutalıb Namazov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ələkbər Əskərov gümüş medala, X sinif şagirdi Ziya Muxtarov və Bakı şəhəri 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Rafael Saddatimov bürünc medala layiq görülüblər.
Qeyd edək ki, bu nailiyyət cari ilin avqust ayında İran İslam Respublikasında keçiriləcək 29-cu Beynəlxalq İnformatika Olimpiadasında (İOİ-2017) iştirak edəcək şagirdlərimiz üçün ümidvericidir. Türkiyədən geri döndükdən sonra həmin şagirdlər yay olimpiada düşərgəsinə cəlb ediləcək və növbəti olimpiadalara hazırlıq davam etdiriləcək.
Tarix: 4-08-2017, 12:08