Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub

 

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında səfərdə olub. 
Ölkənin bütün regionları kimi Şamaxı rayonunda da abadlıq, quruculuq və yenidənqurma işləri uğurla davam edir. Rayonda bir-birinin ardınca mühüm əhəmiyyətli iqtisadi və sosial obyektlər istifadəyə verilir. Onlardan biri də Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin binasıdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva məktəbin açılışında iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, Heydər Əliyev Fondu təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Hazırda respublikada 4447 məktəb fəaliyyət göstərir. Bu il ümumilikdə ölkə üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.
Bu müasir təhsil müəssisəsinin istifadəyə verilməsi yeni dərs ili ərəfəsində Məlikçobanlı kəndinin sakinlərinə ən gözəl hədiyyədir.


Tarix: 6-11-2019, 18:54

Xəbəri paylaş