Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
 Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham ƏLİYEV,
 Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 10 fevral 2017-ci il


Tarix: 13-03-2017, 11:28

Xəbəri paylaş