Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Respublikasında gənclərlə iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
Azərbaycan Respublikasında gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
 Rəşidova Vüsalə Nazim qızı
 “Tərəqqi” medalı ilə
 Cəfərov Müşfiq Cəfər oğlu
 Əhmədov Yalçın Talverdi oğlu
 Zeynalova Ülviyyə Tamerlan qızı.

İlham ƏLİYEV,
 Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 30 yanvar 2017-ci il


Tarix: 13-03-2017, 11:27

Xəbəri paylaş