Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Zəkalı İnsan

                                   
                                        Zəka bəşəriyyətin əsas hərəkətverici qüvvəsidir

                                                                                  





  Təhsil sahəsi müqəddəs bir sahədir. 
Çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş,
 yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur.
Heydər Əliyev
 
         Azərbaycan məktəbi böyük iftixar hissi keçirir ki, onun yetirmələri içərisində zəkalı insanlar, böyük dühalar var. Azərbaycan müəllimi zəkalı, istedadlı dühaların yetişdirilməsində, formalaşdırılmasında gördüyü işlərlə bu gün haqlı olaraq iftixar hissi keçirir. Şəxsiyyətə pərəstişin əleyhinə olan biz müəllimlər, şəxsiyyətin, zəkanın, dühanın qiymətləndirilməsini, onların timsalında yeni nəsillərin formalaşdırılmasını özümüzün əsas iş istiqaməti hesab edirik. Bilirik ki, zəka sahibləri olan insanlar ilahi qüdrətin əlamətlərinin əsas daşıyıcılarıdırlar. Zəkalı insanın iradəsi parlaq və güclü olur. Dövlətçilik tarixindən bəllidir ki, dühalarını tanımayan, onların ideyalarını mənimsəməyən xalq özünü dərk edə bilməz, özünü dərk etməyən xalq isə güclü dövlət yarada bilməz. Dühaların ideyaları qüdrətli, alicənab şəxsiyyətlərin xarakterində təcəssüm etdikcə insanlığın bütün ali cəhətlərini özündə birləşdirir, bəşər təbiətini bitkin və kamil formasını nümayiş etdirir. 

          Cəmiyyətimizin mədəni, əqidəli, fəal, daim axtarışda olan, xalq üçün, vətən naminə yaşayıb işləməyi bacaran vətəndaşlara ehtiyacı olduqca böyükdür.  Heydər Əliyev nümunəsində bilikli, savadlı, zəhmətsevər, daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşdırılması bugünkü qayğılarımızdan biridir. Parlaq zəka ilə qüdrətli iradəni özündə birləşdirən şəxsiyyətlər dünya xoşbəxtliklərinin ən uca zirvələrini fəth edirlər. Zəkanın vüsəti tarixi şəraitin qanunauyğunluqlarını düzgün dərk etməkdə, xarakterin qüdrəti isə onu tarixin ümumi inkişafının mühüm məqamlarına uyğun idarə etməkdir. Zəka bəşəriyyətin əsas hərəkətverici qüvvəsidir. O, günəşdən fərqli olaraq insanların beynini işıqlandırır, gözdən fərqli olaraq mahiyyəti və gələcəyi görür, bütün yarananlardan fərqli olaraq Allahı dərk edir. Bu gün Azərbaycan məktəbi böyük iftixar hissi keçirir ki, onun yetirmələri içərisində zəkalı insanlar, böyük dühalar var. Onlardan öyrənməyə, onların simasında yeni-yeni sağlam nəsillərin formalaşmasına xidmət etmək təqdirə layiqdir.

      Ümummilli liderimiz, işıqlı şəxsiyyət Heydər Əliyev fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli potensialını ana yurduna, doğma xalqına həsr etmiş,zamanın nəbzini tutmağı, hər dövrün tələbinə, xüsusiyyətlərinə uyğun siyasi xətt yürütməyi və burada mütləq Vətənin, xalqın mənafeyinə uyğun üstün cəhətlər tapmağı bacarırdı. Xalqımızın gələcəyi olan gənc nəsil öz dühalarını, zəkalı insanlarını tanımaqla, ondan öyrənməklə bir daha dərk edirlər ki, parlaq zəkalar insanların beyinlərini işıqlandırır, onları vəcdə gətirir, güclü xarakter onların qəlbinə cəsarət verir, inamla böyük tarixi qələbələrə aparır. Gənc nəslin formalaşdırılmasinda Heydər Əliyev nümunəsi böyük məktəbdir, öyrənməli nümunə! Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Həyatda  yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Vətəni Sevmək İmandandır!Vətəndən öncə heç nə yoxdur! Hamılıqla məsuliyyət daşıyırıq! Bir olaq güclü olaq, ədalətli olaq! Vətən hamının dünyaya göz açdığı, torpaqinda uyuduğu məkandır! Vətənini, dilini, dinini sevəsən, sevmək azdır, həm də onu sevdirə bilmək! Olum-ölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz! Qəlbimizdə olan ambisiyaları öldürək. Vətənimizin, dövlətimizin  dövlətçiliyimizin qorunmas ıüçün bir olaq!
Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Biz Vətən  üçün    nə etmişik! “Vətən anadır” - kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun  sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izləri vardır. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. 
 Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Hər bir insan üçün əvəz olunmaz  məkandır   onun Vətəni.  Olan Vətən sevgisi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. 

- “Ac olub, narahat olub ayaq üstə qalmaq olar,
Şəhid olub ölmək olar!
Müstəqil olan dövlət bəli, yaşasın deyə,
Bəxş olunan müstəqillik əbədi olsun deyə!”(Z.V)

  Qarabağda Vətənin azadlığı uğrunda   əbədiyyətə qovuşmuz şəhidlərin məzarı başında  hörmətlə dayanıb, sevinc göz yaşları içində: -Gözünüz aydın Vətən oğullarl, biz yurdumuzu yağılardan azad etdik sözünü deyə bildik! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət  bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın  milli və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün  qürurvericidir! Vətəni yaşadan da, onu ucaldan da,  şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır,müqəddəsdi!  Ulu Öndərin   anadan olmasının 100 illiyi dönümü Tarixi Qələbəmizlə qeyd olunur. 

    Heydər Əliyev nümunəsində bilikli, savadlı, zəhmətsevər, daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşdırılması bugünkü qayğılarımızdan biridir. Hər şeydən əvvəl ona görə ki, cəmiyyətimizin mədəni, əqidəli, fəal, daim axtarışda olan, xalq üçün, vətən naminə yaşayıb işləməyi bacaran vətəndaşlara ehtiyacı olduqca böyükdür.
Bunu nəzərə alaraq, təlim-tərbiyə prosesində təkzibolunmaz faktlarla H.Əliyev fenomeninin xarakterini, onun fəaliyyətini, xalqa xidmətlərini dünyada Azərbaycanı bir respublika kimi, azərbaycanlıları isə bir xalq kimi tanıtması səylərini onun parlaq zəkası və qüdrətli xarakterini, nə vaxt, harada, hansı şəraitdə işləməsindən asılı olmayaraq rəhbər və insan kimi fəaliyyətini, həyatının bütün sahələrində müdrikliyini və qətiyyətini zəka və iradəsinin ən ali, bitkin və kamil formalarını nümayiş etdirməklə dövləti möhkəmləndirməyi, xalqa xidmət etməyin əməli nümunələrinin geniş izahına daha böyük diqqətlə yanaşmalıyıq. Qeyd etmək lazımdır ki, o, rəhbər, dövlət başçısı və şəxsiyyət kimi öz xalqına bağlı olduğunu daim əməlləri ilə sübut edir.

   Tarixi qələbələr tarixi şəxsiyyətlərin nəsibidir. Tarix acizlərlə müxalifətdə, güclülərlə ittifaqdadır. O, acizlərə onların acizliyini bağışlamır, onları dərhal səhifələrindən silib aparır, dühalarda, güclü şəxsiyyətlərdə təzahür edib, onlarla ittifaqda böyük gələcəyə gedir.  
Şübhəsiz ki, bu gün onun böyük şəxsiyyəti, bütün həyatı, davranışı ilə nümunə olmaq qabiliyyəti, insanlara yalnız sevinc, xoşbəxtlik bəxş etmək xisləti, öz işi və əməlləri ilə xalqına baş ucalığı gətirmək xidmətləri təlim-tərbiyə prosesində daha qabarıq şəkildə öyrənilməlidir.
-Azərbaycan məktəbi və Azərbaycan müəllimi fəxr edə bilər ki, onun Heydər Əliyev kimi yetirməsi var, ondan öyrənməklə, onun nümunəsində Azərbaycanın gələcəyi olan sağlam gənc nəsil tərbiyə olunur!Unutmamalıyıq ki, xalqımızın gələcəyi olan gənc nəsil öz dühalarını, zəkalı insanlarını tanımaqla, ondan öyrənməklə bir daha dərk edirlər ki, parlaq zəkalar insanların beyinlərini işıqlandırır, onları vəcdə gətirir, güclü xarakter onların qəlbinə cəsarət verir, inamla böyük tarixi qələbələrə aparır. Bu gün gənc nəslin formalaşdırılmasinda Heydər Əliyev nümunəsi  vardır!
 
Öyrənməyi, öyrətməyi, davranışı, görkəmi,
Həm səliqə-sahmanı.
Öz dilini sevməyi, sevdirməyi,
Elə arxalanmağı, ona arxa olmağı!
Millətini, dövlətini dünyaya tanıtmağı.
Onun Haqqla bağlanmağı, 
Onun Haqqla qorunmağı!
Vətənini, dinini, dilini qorumağı!
Yüksək mədəniyyəti, natiqlik məharəti!
Ziyalıya diqqəti, uşağa da, qocaya da,   
Gəncə olan rəğbəti!
Yazıçını, şairi, bəstəkarı, rəssamı, həm alimi,
Müəllimi nəzərdə saxlamağı!
Özü böyük məktəbdir, öyrənməli nümunə!
İstedadlı olan millət gərəkdir ki, qorunsun!
Dövlətini, dilini, öz simasını qorusun!
Zəkasını, dühasını tanısın, onu sevib qorusun! (Z.V )
                                                             


 
Zülfiyyə Vəliyeva,
Respublikanın Əməkdar müəllimi
ADPU-ETM-nin Elmi işçisi


Tarix: 13-04-2023, 11:59

Xəbəri paylaş