Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gürcüstanın təhsil və elm naziri ilə görüş

 

Aprelin 20-də təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov Bakıda işgüzar səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti, həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə edilib. İki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan və Gürcüstanda təhsil sahəsində aparılan islahatlar barədə məlumat verilərək bu sahənin inkişafı üçün ölkələrimiz arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
  Mixail Çxenkeli 18-20 aprel 2018-ci il tarixlərində Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ev sahibliyi etdiyi ikigünlük “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı yarımillik konfransında iştirak etmək üçün Bakıda işgüzar səfərdədir.


Tarix: 10-05-2018, 11:01

Xəbəri paylaş