Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dini savadlılığın artırılması mövzusunda görüş

 
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dini savadlılığın artırılması mövzusunda görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd dini savadlılığın artırılması, uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin daha yaxşı təşkilinin təmin edilməsindən ibarətdir.
Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, hər iki qurumun əməkdaşları və paytaxtın məktəb direktorları iştirak ediblər.
Öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Fitnə” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, paytaxt məktəblərində müvafiq tədbirlərin keçirildiyini bildirib. İdarə müdiri gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunaraq hər bir gəncin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gənclərin dini radikalizm və ekstremizmin zərərli təsirlərindən qorunması üçün aparılan maarifləndirmə işlərindən danışıb. Komitə sədri qeyd edib ki, ümumi təhsil müəssisələrində dini savadlılığın artırılması ilə bağlı yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.
  Qeyd edək ki, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti əsasında ümumi təhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, Uşaq Birliyi Təşkilatı rəhbərləri, kitabxanaçılar üçün milli-mənəvi və ümumbəşəri dəyərlərin izahı, təbliği və tədris prosesi ilə əlaqələndirilməsi məsələlərini əhatə edən tövsiyə xarakterli mühazirələr keçirilir. Eləcə də,  VIII-XI sinif şagirdlərinin, həmçinin məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək”, “Mənəviyyatlı şəxs kimdir?”, “Milli bayramlarımızın nümunəsində xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması”, “Vətənpərvərlik ən mühüm mənəvi dəyərdir” mövzularında rəy sorğuları, seminar və diskussiyalar, “İslam Həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələr təşkil edilir.


Tarix: 11-04-2017, 12:39

Xəbəri paylaş