Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UFAZ-da «Açıq qapı» günü keçirilib

 
İyunun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) abituriyentlər, onların valideynləri və UFAZ-da təhsillə maraqlananlar üçün «Açıq qapı» günü keçirilib.
Tədbir UFAZ haqqında videoçarxın nümayişi ilə başlayıb. UFAZ-ın direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Payen universitet haqqında təqdimatla çıxış ediblər. Sonra tədbir iştirakçılarına UFAZ-a qəbul prosesi və tədris proq­ramları haqqında ətraflı məlumat verilib.
Sonda UFAZ-a sənəd vermək istəyən abituriyentlər və onların valideynlərinin sualları cavablandırılıb.
  Qeyd edək ki, UFAZ 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-Fransız Universitetinin yaradılmasına dair sərəncam imzalayıb. UFAZ-da bütün ixtisaslar üzrə tədris 1 il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.


Tarix: 11-07-2018, 10:28

Xəbəri paylaş