Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Pedaqoji təhsil təkmilləşdirilir

 
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Təhsil ixtisasları üzrə təhsil proqramlarının praktik istiqamətliliyinin yüksəldilməsi” möv­zusunda seminar keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov seminarın keçirilməsini müsbət dəyərləndirib. O, qeyd edib ki, tədbirin keçirilməsinin məqsədi təhsil ixtisasları üzrə proqramların praktik istiqamətliliyinin yüksəldilməsi sahəsində qarşımızda duran vəzifələrin müəyyənləşdirilməsi, fikir və təkliflərin irəli sürülməsidir. Müasir dövrümüzdə yalnız elmi-nəzəri biliklərlə kifayətlənmək məqsədəuyğun hesab edilmir. Praktikaya xidmət edən biliklərə olan ehtiyac özünü kəskin büruzə verir. Akademik tədqiqatlar praktikaya yönəlməli, real müsbət nəticələr olmalıdır.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov belə seminarların keçirilməsinin vacibliyini vurğulayıb. Rektor deyib ki, universitetin müəllimləri təhsil sənədlərinin, o cümlədən pedaqoji təhsilin standartlarının müasir tələblərə uyğun hazırlanmasında fəal iştirak etməlidirlər. Fənn kurikulumları işlənilməli və pedaqo­ji təhsilin təkmilləşdirilməsi üzrə bütün elmi nailiy­yətləri özündə cəmləşdirən səmərəli fənn proq­ramları hazırlanmalıdır.
  Təhsil İnstitutu direktorunun müavini, dosent Ənvər Abbasov yeni təhsil sistemi, müasir təlim texnologiyaları, standartlar və kurikulumlar, fəndaxili inteqrasiya, fənlərarası inteqrasiya, ali və ümumi təhsil sahəsində dərsliklərin elmi-metodik baxımdan təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini səsləndirib.


Tarix: 14-02-2018, 11:38

Xəbəri paylaş