Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun rektoru Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

 

Yanvarın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyevlə görüşüb.
Görüşdə iki ölkənin dost­luq və əməkdaşlıq əlaqələri, xüsusən də təhsil sahəsindəki qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı ali məktəb olaraq əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. ADNSU-nun tarixi, beynəlxalq əməkdaşlıq əlaqələri, əcnəbi tələbələr və tədris prosesi haqqında qonaqlara məlumat verən rektor M.Babanlı hazırda ADNSU-da 108 nəfər türkmən tələbənin təhsil aldığını qeyd edib. Dünyanın qabaqcıl ali təhsil ocaqları ilə uzunmüddətli əməkdaşlığın yaradılmasında maraqlı olduğunu deyən rektor M.Babanlı bu mənada Türkmənistan universitetləri ilə həm tələbə mübadiləsinə həm də digər əməkdaşlıq əlaqələrinə xüsusi önəm verdiyini bildirib.
ADNSU-da olmaqdan məmnun olduğunu deyən səfir M.İşanquliyev Azərbaycanı təkcə qonşu dövlət deyil, eyni zamanda Türkmənistanla eyni köklərə malik qardaş ölkə adlandırıb. ADNSU ilə Türkmənistan universitetləri arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu deyən səfir M.İşanquliyev tələbələrin universitetə cəlb edilməsi və digər istiqamətlərdə də hər zaman dəstək olacağını bildirib.
  Tədbirin sonunda səfir ADNSU-da təhsil alan türkmən tələbələrlə görüş keçirib.


Tarix: 14-02-2018, 11:33

Xəbəri paylaş