Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AMEA və Fransanın Montpellier Universiteti arasında iki saziş imzalanıb

 

Parisdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə sazişi və əməkdaşlıq və dissertasiya maliyyələşdirilməsi haqqında saziş imzalanıb.
Sazişləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn imzalayıblar. Sazişlərə əsasən azərbaycanlı gənclər AMEA ilə yanaşı, biomedisina və energetika sahələrində doktorantura səviyyəsində Montpellier Universitetində də təhsil alacaqlar. Sonda gənc alimlər hər iki təhsil ocağının diplomuna yiyələnəcəklər.
Qeyd edək ki, bu, iki ölkə arasında doktorantura səviyyəsində imzalanmış ilk əməkdaşlıq sazişidir.

AZƏRTAC


Tarix: 14-02-2018, 11:06

Xəbəri paylaş