Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Birlik və həmrəyliyimiz

31 dekabr - Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 80-dan çox ölkəsində yaşayan 60 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbay­canlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Mən də öz növbəmdə, təhsil işçisi olaraq bütün təhsil işçilərini həmrəylik günü münasibətilə təbrik edir, gələcək işlərində müvəffəqiyyətlər arzulayıram.

Cəmil QULİYEV,
Lənkəran Dövlət Humanitar Kollecinin
müəllimi, tarix üzrə fəlsəfə doktoru


Tarix: 15-01-2018, 13:59

Xəbəri paylaş