Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri anım mərasimində iştirak ediblər

 
Dekabrın 12-də Azərbaycan xalqının böyük oğlu, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin vəfatının 14-cü ildönü­mü ilə əlaqədar Lənkəran Dövlət Humanitar Kollecinin əməkdaş və tələbələri ümumrayon anım mərasimində iştirak ediblər.
Kollecin direktoru dosent Ruslan Həmidov başda olmaqla müəllim və tələbələr Heydər Əliyev Xatirə Parkında ulu öndərin əzəmətli abidəsini ziyarət edərək önünə təzə tər gül dəstələri düzdülər. Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadı, ümmandı. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdı. O dağınsa zirvəsi çox ucadır, ucadan da uca. Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin – Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq. Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.Müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirik.

Sarsıldı xalqlar, sarsıldı millət,
Ürəklər alışdı, ürəklər yandı,
Heydərtək, ölməz, dahi şəxsiyyət,
Əbədi olaraq, tarixdə qaldı.

Cəmil QULİYEV,
kollecin müəllimi


Tarix: 15-01-2018, 13:56

Xəbəri paylaş