Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Çinin Lonqdonq Universiteti ADNSU ilə birgə layihələr gerçəkləşdirmək arzusundadır

 
Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı dekabrın 23-də Qansu əyalətinin Lonqdonq Universitetinin prorektoru Ma Yueninqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Prorektor Ma Yueninq Lançjouya Lonqdonq Universitetinin rektorunun tapşırığı ilə əməkdaşlıq münasibətlərini müzakirə etmək məqsədilə gəldiklərini qeyd edərək təmsil etdiyi ali məktəbin neft-qaz təhsili sahəsində Çində aparıcı universitetlərdən biri olduğunu bildirib.
Rektor, professor M.Babanlı Lonqdonq Universitetinin ADNSU ilə əməkdaşlığa böyük önəm verməsinə görə təşəkkürünü ifadə edərək ali məktəbin imkanları və nailiyyətləri barədə ətraflı məlumat verib və universitetin əməkdaşlığa hazır olduğunu bildirib.
Lonqdonq Universitetinin prorektoru ADNSU-nun yüksək potensialından istifadə etmək arzularını ifadə edərək ixtisasartırma və elmi kadrların hazırlanmasında, azərbaycanlı müəllimlərin tədrisə cəlb olunmasında, birgə layihələrin gerçəkləşdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
  Tərəflər Lonqdonq Universitetinin nümayəndələrinin ADNSU-da təhsil imkanları ilə yerində tanış olmaları üçün Azərbaycan paytaxtına səfərə gəlmələrinə dair razılıq əldə ediblər.


Tarix: 15-01-2018, 13:28

Xəbəri paylaş