Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU ilə “Microsoft Azərbaycan” şirkəti arasında əməkdaşlıq genişlənir

 

Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının “Microsoft Azərbaycan” şirkətinin biznesin inkişafı üzrə meneceri Emin Axundov, şirkətin Sloveniya və Bolqarıstandan olan təhsil həlləri üzrə mütəxəssisləri Oliver Zofiç və Teodora Varbanova ilə görüşü olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı universitetin “eazi-START” Startap və İnnovasiya Mərkəzi və “Azİİ İT Academy” haqqında ətraflı məlumat verib, gələcək inkişaf istiqamətlərindən danışıb. “Microsoft Azərbaycan” şirkətini ən etibarlı tərəfdaşlardan hesab etdiyini deyən rektor şirkətlə sıx əlaqələrin qurulmasının, “Microsoft”un informasiya resurslarının universitetin təhsil proqramına inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.
ADNSU ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edən E.Axundov təhsil həlləri üzrə bir sıra problemli məsələlərin həllində birgə layihələrin həyata keçirilməsinin və əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
  Görüşdə, eyni zamanda, universitetdə müəllim və tələbələrlə birgə iş imkanları nəzərdən keçirilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.


Tarix: 15-01-2018, 13:26

Xəbəri paylaş