Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Peşə təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığına dair konfrans

 

Dekabrın 6-da Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinin işəgötürənlərlə birgə əməkdaşlığa dair konfrans keçirilib.
Konfransın məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb olunması və bu prosesin təşviq edilməsidir.
Öncə konfransda ölkəmizdə peşə təhsili sahəsində aparılan islahatlara dair videoçarx nümayiş olunub.
Tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq rayonun sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl sektorun inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu, dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini və yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatının vacibliyini diqqətə çatdırıb.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sis­teminin həyata keçirilməsi zəruridir. İqtisadiyyatın müxtəlif sektorla­rında fəaliyyət göstərən işə­götürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviy­yələrdə tərəfdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayan Famil Mustafayev ixtisaslı və səriştəli kadrların hazırlanmasının bu prosesə mühüm töhfə verəcəyini qeyd edib.
Tədbirdə Avropa İttifaqının Bakı ofisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, British Petrolium (BP), British Council və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) kimi beynəlxalq təşkilatların, iri sahibkarlıq subyekt­lərinin nümayəndələri, yerli iş adamları iştirak edib və öz fikirlərini bildiriblər.
  Tədbir iştirakçıları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.


Tarix: 15-01-2018, 12:27

Xəbəri paylaş