Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” respublika müsabiqəsi başa çatıb

 

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir.
İl ərzində keçirilən müsabiqədə “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə ümumtəhsil məktəblərindən 2000-ə qədər IV-XI sinif şagirdi fərdi, kollektiv, siniflə və ya ailəvi olaraq iştirak ediblər. Gənc ekoloqlar milli sərvətimiz olan aqrobiomüxtəlifliyin qorunması və artırılması işinə öz töhfələrini veriblər.
Müsabiqənin final mərhələsində Azərbaycanın müxtəlif regionlarından 100-ə yaxın şagird il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini, arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə təcrübə işlərinin nəticələrini yekun sərgidə nümayiş etdiriblər.
Sərgidə iqtisadiyyat naziri Şahin Mustafayev, təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, Böyük Britaniyanın Ticarət və İxracın Təşviqi üzrə dövlət naziri Baronessa Rona Ferhed iştirak edib. Qonaqlar “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin iştirakçılarının stendləri və məktəblilər tərəfindən yetişdirilmiş məhsullar ilə tanış olublar. Məlumat verilib ki, ekoloji təmiz məhsullar yeni yaradılan Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” brendi ilə təqdim olunub.
Tədbirin ikinci günü Milli Məclisin Təbii ehtiyatlar, ekologiya və energetika şöbəsinin sektor müdiri Şamil Hüseynov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilk şöbəsinin müdiri İmran Cümşüdov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin İBİS proqramının rəhbəri Patrik Şlager, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin (RUGİM) direktoru Firuzə Sultanzadə çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafının və gənc nəslin bu istiqamətə yönləndirilməsinin vacibliyindən danışıblar.
Təhsil Nazirliyi, Kənd Təsər­rüfat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA-nın Botanika, Genetika, Əkinçilik Elmi-tədqiqat institutlarının, BDU-nun əməkdaşlarının daxil olduğu münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı təcrübəçilik işlərinın müəllifləri RUGİM-in təsis etdiyi medallar, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
edu.gov.az


Tarix: 15-01-2018, 11:38

Xəbəri paylaş