Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UŞAQLARDA NİTQ QÜSURLARI VƏ ONLARIN ARADAN QALDIRILMASI

Dilarə Dostuzadə,
ARTİ-nin İnklüziv təhsil şöbəsinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
                                                                                                   
Kar və zəifeşidən uşaqlar nitq formalarının müxtəlifliyi və qavrama üsulları ilə xarakterizə olunur. Karlarda nitqin formalaşması xüsusi təhsil şəraitində bütün qorunmuş analizatordan kompensasiya olunmuş istifadəyə əsaslanır. Yalnız surdopedaqoqun köməyi ilə göz və qulaq qavraması (səsgücləndirici aparatdan istifadə etməklə) daktil-vibrasiya həssaslığı ilə genestetik hissetməni aktiv cəlb etmək mümkündür.
Müəllim uşaqlara dil orqanının işləmə funksiyasını başa salır, həmçinin öz eşitməsi ilə uşaqların nitqinin düzgün səslənməsinə nəzarət edir. O, kar şagirdlərdə dil orqanının hərəkətini başa düşərək mənimsənilməsinə müvafiq olan səs, söz və cümlələrin tələffüz etməsinə kömək edir.
Kar şagirdlərdə şifahi nitqin formalaşması dil fəaliyyətinin bir komponenti olaraq eşitmə qavranılmasının inkişafı üçün intensiv iş şəraitində aparılır. Surdopedaqoq isə kar şagirdləri yazılı və şifahi daktil nitqə öyrədir. Ona görə ki, eşitməsi qüsurlu uşaqlar üçün yazılı və şifahi daktillə ünsiyyət saxlamaq asan olsun.
Yazılı və şifahi daktil nitqindən istifadə olunması lüğət ehtiyatının artmasına, yeni söz və cümlələrin başa düşülməsinə kömək edir. Təhsilin ilkin mərhələsində kar şagirdlər şifahi daktillə ünsiyyət əsasında müəllim və ətrafdakı uşaqlarla danışıq dilinə yiyələnirlər.
Erkən yaşda eşitməsi zəifləmiş uşaqların nitqləri onlarda olan qalıq eşitmə əsasında inkişaf edir. Normal danışıq səsinin natamam qavranılma imkanı şifahi dillə onun müxtəlif pozuntuları olsa belə, müstəqil mənimsənilməsinə kömək edir. Xüsusi təhsilə qədər uşaqda nitq hərəkətlərinin mənasının başa düşülməsi formalaşır, söz və cümlənin mənasının dərk edilməsi baş verir. Zəifeşidən uşaqlarda sözləri xatırladan, lakin təhrif olunmuş sözlər, komplekslər mümkün məna kəsb edir. Eşitmənin qavranılma imkanı sözün natamam səs imkanından ibarət olmasına baxmayaraq, uşağa sərbəst olaraq bir qədər söz ehtiyatı əldə etmək imkanı verir. Məktəbdə təhsilin başlanması ilə eşitmənin intensiv inkişafı və istifadəsi şəraitində müstəqil lüğət ehtiyatının artmasına və nitqin qrammatik quruluşunu mənimsəməyə imkanı artırır.
Məktəbəqədər yaşda, sonra məktəbdə xüsusi təhsil zamanı zəifeşidən uşağın nitqi bir-birindən fərqlənir. Bu fərq zəifeşidən uşağın müəyyən dərəcədə eşitmənin köməyilə ətrafdakılarla dil ünsiyyəti zamanı müstəqil şəkildə yiyələnməsi ilə əlaqədardır. Bu, kar və zəifeşidən uşaqların xüsusi təhsilinin müxtəlif şərtlərini tələb edir.
Kar və zəifeşidən uşaqlar nitqin qavranılmasına görə də seçilirlər. Karlar nitqi göz və qulaq-göz (səsgücləndirici aparat vasitəsilə) analizatorları ilə yalnız xüsusi təhsil prosesində qavrayırlar.
Zəifeşidənlər nitqin qavranılmasına görə müstəqil yiyələnmə imkanına malikdirlər (qulaq seyvanı yaxınlığında danışıq səsi ilə). Həmçinin onların ətrafdakılarla təbii ünsiyyət prosesi vasitəsilə imkanları olur. Zəifeşidənlərin eşitməsi yaxşı olduqda, onların təlim-tərbiyə prosesində iştirak etmək imkanı (göz vasitəsilə qavranılmasının əhəmiyyəti) böyük olur.
Eşitməsi qüsurlu uşaqlarda nitqin göz analizatoru vasitəsilə qavranılmasının əhəmiyyəti qüsurun ağır olması ilə artır. Kar və zəifeşidən uşaqlarda dilin qavranılması xüsusiyyətləri pedaqoji prosesdə müxtəlif tələblər irəli sürür. Gec kar olan uşaqlar üçün xüsusi məktəbdə ayrıca qrup təşkil edirlər. Onlarda eşitmə qüsurunun müxtəlif dərəcəsi və dilin saxlanılmasının müxtəlif səviyyəsi müşahidə olunur. Gec kar olmuş uşaqların dilinin inkişafı eşitmə əsasında təbii dil ünsiyyəti şəraitində olur. Bu cür uşaqlar dilə yiyələnmiş olurlar.
Gec kar olmuş uşaqların əksəriyyəti xüsusi məktəblərə daxil olarkən artıq qulaq qüsurunun ağır dərəcəsini almış olurlar. Ona görə də dilin intensiv tərəfinin formalaşması məsələsi ön plana çəkilir. Beləliklə, dilin söz və ya qulaq-göz üsulu əsasında səsgücləndirici aparatdan istifadə olunur.
Gec kar olan uşaqlarda dodaqdan oxumağa yiyələnmə prosesi eşitməsi tam pozulmuş uşaqlardan fərqlidir. Kar və zəifeşidən uşaqlar dodaqdan oxunu dilin formalaşması zamanı öyrənirlər. Gec kar olanlar isə eşitməni itirdikləri zaman artıq dilə yiyələndikləri üçün şifahi nitqi göz analizatoru vasitəsilə qavrama vərdişini xüsusi olaraq öyrənməlidirlər.
Gec kar olmuş uşaqlara dodaqdan oxunu öyrətmək böyük çətinliklər törədir. Gec kar olmuş uşaqların xüsusi təhsil prosesində formalaşmış kinestetik və müvafiq olaraq söz və cümlə tələffüzünün göz obrazı əsasında yeni əlaqə təşkil etmək, kar uşağın qarşılıqlı aktivliyini artırmaq lazımdır. Çünki gec kar olanlar kar və zəifeşidən uşaqlarda nitqin formalaşması və qavranılması bir-birindən fərqli olur.
Eşitmə çatışmazlığı olan uşaqların diferensial təhsili probleminin həllində ünsiyyət zamanı daktil və əl-qol hərəkəti dilinin istifadəsi məsələsi başlıca əhəmiyyət kəsb edir. Tez kar olmuş uşaqların əl-qol hərəkəti, dilinin işlənilməsi zərurəti onun ünsiyyətdən istifadə etməsi üçün yaranır.
Söz dilinin öyrənilməsinə qədər əl-qol hərəkəti uşaqların həyat təcrübəsinin zənginləşməsinə, təfəkkürün inkişafına və ətraf mühitlə əlaqə yaratmaq istiqamətlərinə kömək edir.
Karların əl-qol hərəkətlərinin köməyilə ünsiyyəti onların söz dilinin inkişafını üstələyir. Buna görə də əl-qol hərəkətindən, təlim-tərbiyə prosesində köməkedici vasitə kimi uşaqların söz dili kasad olduğu zaman istifadə oluna bilər. Ancaq söz yazılı və şifahi dilin formalaşmasına əsasən dərs prosesində jest dilinin istifadəsi azaldılır.
Zəifeşidənlər üçün məktəbdə jest dilinin istifadəsi qadağandır. Belə ki bu uşaqlarda dilin inkişafı təkcə xüsusi təhsil şəraitində deyil, həm də ətrafdakılarla birbaşa ünsiyyətinə tələbat böyük olduqca, uşaqların müstəqil şəkildə dili daha aktiv inkişaf edir. Zəifeşidənlərdə jestin ünsiyyət zamanı istifadə olunması onların söz dilinin inkişafını gecikdirir. Surdopedaqoq zəifeşidən uşaqlarda jest dili vasitəsilə danışmaqdan çəkinməli, təhsil prosesində lazım olan bütün vasitələrdən maksimum istifadə etməlidir. Zəifeşidən uşaqları kar uşaqlarla bir sinifdə və ya bir məktəbdə oxutmaq, jest dilindən istifadə etmək olmaz. Çünki o nitqin göz vasitəsilə qavranılma vərdişlərinin formalaşmasını tormozlaşdırır.
Gec kar olmuşlarda şifahi dil ancaq dil ünsiyyəti zamanı saxlanıla bilir.
Daktilologiyanın istifadəsinə söz dilinin özünəməxsus formalaşması kimi eşitməsi pozulmuş uşaqların xüsusi təhsilin ilkin mərhələlərində icazə verilir. Məktəbdə kar uşaqların öyrənilməsində şifahi daktil nitqi təhsilinin ilkin mərhələlərində başlanğıc forma şəklində, dil ünsiyyətinin formalaşması prosesinə əsasən istifadə edilir.
Zəifeşidən uşaqlarda inkişaf etmiş dil, daktilologiya təhrif olunmuş söz, səs, hərf tərkibinin dəqiqləşməsinə xidmət edir. Kar, zəifeşidən, gec kar olmuş uşaqlar eşitmə funksiyasının pozulması və nitqin inkişafında özünəməxsus xüsusiyyətlərə malikdirlər.
Surdopedaqoqun təhsildə əsas vəzifələrindən biri eşitmə çatışmazlığı olan uşaqların kompleks şəkildə öyrənilməsi və pedaqoji təsnifatının təkmilləşdirilməsindən ibarətdir. Bu problemin aktuallığı ona əsaslanır ki, xüsusi məktəbdə etioloji faktorlarla əlaqələnən bir sıra ilkin pozuntuları olan uşaqlar müşahidə olunur. Belə mürəkkəb qüsurların özünəməxsusluğu, eşitmə pozuntusunun intellektual çatışmazlığı inkişafının ləngiməsi, patoloji xarakter və davranışı diffeksional təhsil və tərbiyə prosesi elmi əsas tələb edir. Mürəkkəb qüsurları olan uşaqların inkişaf etdiriməsi xüsusiyyətinin hərtərəfli öyrənilməsi, onların pedaqoji təsnifatının təkmilləşdirilməsi təhsil-tərbiyə işinin korreksiya dərəcəsinin artmasına kömək edər.

   


Tarix: 14-03-2017, 11:35

Xəbəri paylaş