Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Magistr, doktorant və dissertantlar üçün müsabiqə: “Ana dilimiz – milli varlığımızdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamı ilə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi əməl olunmasını təşviq etmək məqsədilə “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müsabiqənin ilkin mərhələsi keçirilib, “Mənim akademiyam”, “Mən bu ixtisası niyə seçdim?” və “Ana dilim milli varlığımdır” mövzularında inşalar yazılıb.
Müsabiqənin təşkili üçün AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin sədrliyi ilə komissiya yaradılıb. Akademiyanın müxtəlif institutlarından 140-dək magistr, doktorant və dissertant qeydiyyatdan keçib, onlardan 115-nin müraciəti təsdiqlənib.
  Tədbirdə komissiya sədrinin müavini, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, komissiyanın üzvü, akademik Nizami Cəfərov və başqaları iştirak ediblər.


Tarix: 14-11-2017, 09:25

Xəbəri paylaş