Karyera planlama təlimləri davam edir
"Məktəblinin dostu" layihəsi çərçivəsində 2017-2018-ci tədris ili üzrə karyera planlama təlimləri başlayıb.
Təlimlər layihə daxilində fəaliyyət göstərən Psixoloji Mərkəzin əməkdaşları tərəfindən keçirilir.
Təlimlərin təşkilində əsas məqsəd məktəblilərə peşələr haqqında məlumat vermək, onlara ixtisas seçimində kömək etmək, həmçinin, seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirməkdən ibarətdir.
Təlimlərdə ixtisas seçimi, bu zaman diqqət yetirilməli olan məqamlar, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi, əmək bazarındakı vəziyyət və digər məsələlər ətrafında müzakirələr aparılır, şagirdləri maraqlandıran suallara aydınlıq gətirilir.
Qeyd edək ki, bu ilin aprel ayından start verilən karyera planlama təlimləri 14 məktəbdə icra olunur.
Təlimlərin növbəti mərhələlərdə "Məktəblinin dostu" layihəsinin əhatə etdiyi digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.
Tarix: 14-11-2017, 09:12