Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Qazaxıstan Milli Konservatoriyası ilə əməkdaşlıq edəcək

Oktyabrın 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Qazaxıstan Milli Konservatoriyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, müqavilənin imzalanmasında məqsəd ölkələr arasında elmi, mədəni əlaqələrin möhkəmləndirilməsi, yeni yaradıcı mühitin yaradılması, müəllim və tələbələrin fəaliyyətlərinin daha da genişləndirilməsidir.
Tədbirdə Qazaxıstan Milli Konservatoriyasının professoru, musiqi təhsili və pedaqogika kafedrasının müdiri Lyalya Kaliakbarova və kafedranın baş müəllimi Dariya Şabdenovanın iştirakı ilə hər iki təhsil ocağında musiqi müəllimliyi ixtisası, tədris olunan fənlər, qəbul zamanı tələb olunan bilik və bacarıqlar haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, uşaqlıqda musiqi ilə məşğul olan insanların gələcəkdə hər bir sahədə uğur qazandıqları artıq elmi cəhətdən təsdiqlənib. Bu səbəbdən orta ümumtəhsil məktəblərində musiqi müəlliminin üzərinə böyük iş düşür. Vur­ğulanıb ki, məktəblərdə keçirilən musiqi dərslərində əsas yer təcrübi dərslərə verilməlidir.
ADMİU-nun rektoru, professor Fərəh Əliyeva hər iki təhsil ocağının təşkilatçılığı ilə birgə elmi-təcrübi konfransın keçirilməsini təklif edib.
Sonda qazaxıstanlı qonaqlar ADMİU-ya hədiyyələr veriblər.
  Xatırladaq ki, ADMİU Qazaxıstanın bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edir.


Tarix: 14-11-2017, 09:11

Xəbəri paylaş