Heydər Əliyevin yandırdığı işıq daima şölələnəcək
Ulu Öndərmiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə Mərkəzi Komitənin və İttifaq Hökumətinin bir neçə tarixi qərarının qəbul edilməsinə nail olmuş və bunun nəticəsində ölkədə kənd təsərrüfatı dinamik sürətlə inkişaf etmişdir.
Heydər Əliyevin təşəbbüsü və gərgin zəhməti, eləcə də böyük nüfuzu sayəsində reallaşmış Tərtərçay su qurğuları kompleksi ötən əsrin 70-ci illərinin ən nəhəng layihələrindən biri olmaqla, ətraf rayonların, həmçinin Tərtər rayonunun inkişafında müstəsna rol oynamışdır.
Layihəsi 1935-ci ildə verilmiş Tərtər HES-in tikintisi 1940-cı ildə tamamilə dayandırılmışdır. Tərtər HES-in tikintisində 1974-1980-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Naziri işləmiş Nadir Rüstəmov 1935-ci ildə iş icraçısının köməkçisi vəzifəsində işləmişdir. Tərtər HES-ə dahi şairimiz Mikayıl Müşfiq 1936-cı ildə “Tərtər HES nəğmələri” adlı poemada həsr etmişdir. Poemadan bir parçanı təqdim edirəm:
Tərtərhеsi sеyrə gəlin,
Еybi yoхdur bu gözəlin,
Bu torpağın aləmi var.
Hər dərənin bir əsrarı,
Hər yamacın bir baharı,
Hər dağın bir görкəmi var.
Bu yеrlərdə çalışanın,
Ay, gün кimi alışanın
Nə dərdi var, nə qəmi var?
Aхşamçağı tarın səsi,
Qarabağın şiкəstəsi,
Hər кəsin bir həmdəmi var.
Batma, günəş, bir az dayan,
Dar gəlməzmi sana o yan,
Bundan gözəl ölкəmi var?!
Və 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra Tərtər SES-in tikintisinə başlandı və tikinti 1976-cı ildə başa çatdırılaraq istifadəyə verildi. Həmin tikintiyə nəzarəti Heydər Əliyev şəxsən özü aparırdı. 1975-ci ilin avqust ayında tikintinin vəziyyətini yoxlamaq üçün tikinti meydanına gəlmişdi. 1976-cı ilin dekabr ayında isə Tərtərçay kompleksini işə salmaq üçün Ulu öndər Tərtərə gəlmişdi. Həmin dövrdə Tərtərçay su qurğuları kompleksinin açılşı Sovet İttifaqında böyük tarixi əhəmiyyət daşıyırdı. Ona görə də SSRİ-nın rəhbərliyi Tərtərçay SES-in açılışı üçün dərin məzmunlu təbrik yazıb göndərmişdir.
“Kommunist” qəzeti 30 dekabr 1976-cı il tarixli buraxılışında yazırdı:
“Kiçik Qafqazın çox füsünkar dərələrindən birində insan əli ilə yaradılmış dənizin - Sərsəng dəryaçasının dümdüz sinəsində dağ zirvələri nəhəng güzgüdə olduğu kimi əks edir. Sıldırım qayalıqlar arasında su qurğuları inşaatçıların böyük dəstəsinin fədakar əməyi ilə 130 metrlik bənd ucaldılmışdır. Öz yolunda bu nəhəng süni maneəyə rast gələn Tərtərçayı sürətli axınını yavaşıdır və yüngül dalğaları ilə sahili döyəcləyir.
Yeni dəryaçanın bir sıra əhəmiyyəti vardır. Onun suları bəndin aşağı hissəsində tikilmiş su elektrik stansiyasının turbinini hərəkətə gətirəcək, sonra da yaxın rayonların tarlalarına axacaqdır. Əlavə su pambıq və üzüm plantasiyalarının, digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmağa imkan verəcəkdir. Bu hadisə münasibətilə izdihamlı mitinq keçirildi. Tikintinin iştirakçıları, istismar işçiləri,yaxın rayonların əməkçiləri su elektrik stansiyasının binasının qarşısındakı meydana toplaşmışdılar. Həmin təntənəli açılışda Heydər Əliyevin tikintidə əməyi olan insanlara təbrikini qeyd etmək əsas məqamlardan biridir:
Əziz yoldaşlar!
Azərbaycan fəhlə sinfinin gözəl nailiyyətlərinin salnaməsinə yeni parlaq səhifə yazılmışdır. Bu gün respublikanın ən böyük enerji və su təsərrüfat qurğularından biri - Tərtərçay kompleksi işə salınır.
Uca dağlarda, mürəkkəb relyefli ərazidə nadir enerji və su təsərrüfatı kompleksi tikmək, misilsiz mərdlik və böyük ustalıq tələb edən çətin bir iş idi. Biz hər dəfə tikintiyə gələndə sizin necə inadla və əzmlə işlədiyinizi, bütün çətinlikləri necə fədakarlıqla aradan qaldıracağınızı görürdük. Bizim üçün xoşdur ki, fəhlələrin, mühəndislərin, texniklərin qəhrəman əməyi böyük müvəffəqiyyyətlə və ləyaqətlə nəticələnmişdir. Kiçik Qafqaz dağlarında möhtəşəm bənd ucaldılmış, dəryaça yaradılmış, su elektrik stansiyası tikilmiş, fəhlə qəsəbələri salınmışdır.
Tərtərçay kompleksinin tikintisinə əməyini, zəkasını qüdrətini, qəlbinin hərarətini sərf edənlərin hamısını gözəl qələbə ilə əlaqədar olaraq, dərin razılıq hissi ilə səmimi qəlbdən təbrik edirəm və sizə yenimüvəffəqiyyətlər, yeni nailiyyətlər, möhkəm cansağlığı və şəxsi səadət arzulayıram”.
Tərtər SES-in tikintisi nəticəsində respublikanın 6 rayonunun Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Sərsəng su anbarının erməni vandallarının işğalından tamamilə azad olunmasına yaxın günlər qalıb. Heydər Əliyevin dediyi kimi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörənliklə səsləndirdiyi vəsiyyəti cənab prezidentimiz İlham Əliyev tərəfindən zaman-zaman həyata keçirilir və öz həllini tapır.
Bəli, Heydər Əliyevin yandırdığı işığı möhtərəm Prezidentimiz, Ali Baş komandan İlham Əliyev heç zaman sönməyə qoymayacaq. Bu işıq daha alovlu, daha şöləli olacaq.
Raqub Rza oğlu Yunisov
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci.
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı
23 saylı Ərazi partiya təşkilatının sədri.
Tarix: 9-04-2023, 18:35