Bakı məktəbliləri beynəlxalq müsabiqənin qalibi olublar
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 144 nömrəli tam orta məktəbin V sinif şagirdi Fikrət Əliyev Batumidə təşkil olunan “Wonderland – Gürcüstandan məhəbbətlə” III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində birinci dərəcəli laureat adına layiq görülüb.
Fikrət Əliyev 5-10 yaş arasındakı vokalçıların qrupunda pop-vokal nominasiyasında I yerə sahib olub.
Müsabiqədə iştirak edən 132-134 nömrəli Təhsil Kompleksinin IV sinif şagirdi Selin Hüseynova isə eyni yaş qrupunda estrada vokalı nominasiyasında III yeri tutub.
Qaliblər medal və sertifikatla təltif olunub.
Fikrət Əliyev və Selin Hüseynova Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin yetirmələridir.
“Wonderland – Gürcüstandan məhəbbətlə” III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Rusiya, Latviya, Belarus və başqa ölkələrin nümayəndələri də iştirak ediblər.
7 iyul 2017-ci il
Tarix: 19-09-2017, 11:23